Facebook Twitter WhatsApp

Zəkat borcu var ikən sədəqə vermək

Sual: Zəkat borcu var ikən sədəqə vermək, Ramazandan oruc borcu var ikən nafilə oruc tutmaq və digər fərz borcu var ikən nafiləsini etmək caizdir

CAVAB: Caiz deyildir. Çünki fərzin önəmi böyükdür. Hədisi-şəriflərdə buyrulur ki

“Ən fəzilətli cihad fərzləri ifa etməkdir”. [İ.Əhməd]

“Hər kəs nafilə ilə məşğul ikən, siz fərzləri yerinə yetirməyə çalışın!” [Miftahün-necat]

“Fərzi yerinə yetirməklə Allahu təalaya yaxın olunduğu kimi, heç bir şeylə yaxın olunmaz”. [Beyhəqı]

“Fərz ibadətlərini yerinə yetirən, insanların ən abidi olar”. [İbni Adiy]

“Qəzaya qalmış namaz borcu olanın nafilə namazları qəbul olunmaz”. [Dürrətül fahirə]

Həzrəti Əbu Bəkir, Həzrəti Ömərə etdiyi vəsiyyətdə buyurdu ki “Allahu təalanın gecə edilməsi lazım olan haqqını gündüz etsən və gündüz edilməsi lazım olanı da gecə etsən qəbul etməz. Üzərinə fərz olan ibadətləri ödəmədən nafilə ibadətini qəbul etməz”. [Kitabül Harac]

İmamı Rabbani həzrətləri buyurdu ki “Nafilələrin fərzlər yanındakı dəyəri, dəniz yanında bir damla belə deyildir”. [m. 260]

“Nafilə ibadət, bir fərzi tərk etməyə səbəb olursa, ibadət olmaz, zərərli olar”. [m. 123]

Bu halda, bir insanın bir manat zəkat borcu olsa, bu fərz borcunu ödəmədən, min məscid tikdirsə, milyonlarla insana, milyonlarla manat sədəqə versə qəbul olmaz.

Sual: Zəkat borcumuz var ikən sədəqə verməyimiz düzgündür Yaxud zəkat pulu ilə yol, körpü, bulaq, məscid tikdirsək uyğun olar Qəza namazı borcumuz var ikən çox savab olan “Təsbeh namazı”, “Quşluq namazı” qılsaq problem ola bilərmi

CAVAB: İmamı Rabbani həzrətləri buyurur ki “Fərz ibadətin yanında nafilə ibadətin heç qiyməti yoxdur, dəniz yanında damla belə deyildir. Məlun şeytan, möminləri aldadaraq, fərzləri kiçik göstərir, nafiləni təşviq edir. Zəkat verdirməib nafilə sədəqəni gözəl göstərir. Halbuki bir qızıl zəkat vermək, yüz min qızıl sədəqə verməkdən daha savabdır”. [Məktubatı Rabbani]

Milyonlarla sədəqə verməklə, minlərlə bulaq və məscid tikdirməklə hasil olan savab, bir quruş zəkat savabına bərabər ola bilməz. Çünki bulaq və məscid tikdirmək nafilə ibadətdir, zəkat isə fərz ibadətdir.

Peyğəmbər əfəndimiz, qəza namazı borcu olanın nafilələrinin qəbul olmayacağını bildirir. Ömür boyu nafilə namaz qılınsa da iki rükət fərz namaz savabına qovuşula bilməz.

Nafilə namaz qılmaq və fərz olmayan ibadətləri etmək yerinə fərzi ayn olan [hər kəsin özünə lazım olan namaz, oruc kimi] elmləri öyrənmək lazımdır. Bir kimsə ömür boyu nafilə ibadət etsə, bir səhifə fərzi ayn olan elmi öyrənmənin savabına qovuşa bilməz.

Fərzi ayn elmdən bir şey öyrənsən əgər,

Dünyanın xəzinəsi etməz bu qədər dəyər.

Sual: Zəkatını verməyən və imkanı var ikən borclarını ödəməyən kimsənin etdiyi xeyir-həsənətə savab verilirmi Duası qəbul olarmı

CAVAB: Zəkat verməmək və borcunu ödəməmək haramdır. Din kitablarında, “Haram işləyənin, haram yeyənin duası qəbul olmaz” və “Fərz borcu olanın nafilələri qəbul olmaz” buyrulur. Zəkat verməyən zəngin, minlərlə kasıbın haqqını qəsb etmiş olduğu üçün və Allahu təalanın əmrini etmədiyi üçün onun bütün xeyir işləri qəbul olmur. İmkanı var ikən borcunu ödəməyən də bu cür haqlar altında qalmaqdadır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину