Facebook Twitter WhatsApp

Qüsl Bəhsi

   Qüslün fərzi hənəfidə üç, malikidə beş, şafidə iki, han­bə­lidə birdir. Hə­­nəfidə:

   1-Bir dəfə ağıza su almaq. Dişlərin arasını və diş diblərini is­latmaq fərz­­­dir. [Hənəfi məzhəbində olan şəxs, zərurət ol­ma­dan plomb və qapaq qo­­­ya bilməzlər. Taxma diş qoy­dur­maq olar, qüsl alarkən onları çıxarıb al­tı­­­nı yumaq lazımdır. Zə­rurət olarsa, plomb və qapaq qoydurmaq caizdir. La­­­kin qü­sl, dəstəmaz alarkən və namaza durarkən “Şafi və ya ma­­liki məz­hə­­­bini təqlid edirəm” deyə niyyət etmək lazımdır.]

   2-Bir dəfə buruna su vermək.

   3-Bir dəfə bütün bədəni yumaq. Bədənin isladılmasında çə­tinlik ol­ma­­yan yerlərini yumaq fərzdir. Bədənin bir yeri zə­ru­ri bir səbəblə, yəni in­­sa­nın özü etmədiyi, yaradılışında möv­cud olan hər hansı bir səbəblə is­la­dıla bil­məzsə, əfv olu­nur, qüsl səhih olur.

   “Dürr-ül-muxtar”da deyilir ki, dişlər arasında və ya dişin di­bində qa­lan ye­mək qüslün səhih olmasına mane olmur. Fitva belədir. Çünki on­la­­rın altı is­la­nır. Diş arasında qalan maddə qatı olduqda, mane olunduğu de­yilir. Doğ­ru olan da bu­dur. İb­ni Abidin (rahimə-hullahü təala) bunu izah edər­­kən bu­yurur ki, “Xü­la­sə” kitabında da mane olmadığı yazılıb. Çünki su axı­cı ol­duğu üçün yeməyin al­tı­­na sızır. Suyun sızmadığı an­la­­şılarsa, bu alim­lərə gö­rə də qüsl səhih olmur. “Hil­yə” ki­ta­bı bunu açıq bildirir. Dişdə qa­lan şey ağızda əzilərək qa­tı­laş­­mışdırsa, su­yu sızdırmayacağı üçün qüsl sə­hih ol­mur. Çün­ki burada zərurət yoxdur. [Yəni öz-özünə hasil olan bir şey de­yil­dir. Bunları təmizləməkdə çətinlik də yox­dur].

   “Hələbii saqir”də deyilir: Bir şəxsin dişləri arasında çö­rək, yemək və baş­­qa artıqlar var ikən, qüsl alsa, fitvalara gö­­rə altına su keçmədiyini zənn et­­sə belə, qüslu səhih olur. Çün­ki su axıcı olduğu üçün altına keçir. Belə fit­va verildiyi “Xü­lasə”də yazılmışdır. Bəzi alimlərə görə, dişdə qalan mad­də qa­­­tıdırsa, qüsl caiz olmaz. “Zahirə” kitabında da belə ya­zıl­mış­dır. Doğ­ru olan da budur. Çünki altına su keçmir, zərurət və çətinlik də yox­dur.

   “Dürr-ül-müntəqa”da deyilir: Diş dibində yemək artığı var i­­kən qüsl edən şəxsin qüslu səhih olur. Olmaz deyənlər də vardır. Ehtiyatlı olaraq, ye­mək artıqlarını əvvəlcədən çı­xar­maq lazımdır. “Mərak-il-fələh”in “Tah­ta­vi” haşiyəsində de­yilir: Diş dibində və ya dişlərin arasında yemək artığı qal­­mış­­­dırsa, qüsl səhih olur. Çünki su axıcı olduğu üçün hər ye­rə sızır. Ar­tıq­lar çey­nənərək sərtləşibsə, qüslə mane olur. “Fəth-ül-qadir”də də belə ya­zılıb.

   “Bəhr-ür-raik”də deyilir: Diş dibində və ya dişlərin ara­sın­da yemək qal­­mışdırsa, qüsl səhih olur. Çünki su lətif, yə­ni axıcı olduğu üçün hər ye­rə sızır. “Təcnis”də də bu cür ya­zıl­mışdır. Sədr-üş-şəhid Hüsaməddin de­yir ki, qüsl səhih ol­maz, artıqları çıxarıb, dişin içindən su axıtmaq la­zım­dır. Çı­­xa­rıb altını yumaq tədbirli olar.

   “Fətavai Hindiyyə”də deyilir: “Diş çuxurunda və ya diş­lə­ri arasında ye­­­mək artığı qalanın qüslü səhihdir” sözü da­ha doğrudur. “Zahidi”də də be­­­lə yazılıb. Lakin artığı çıxarıb diş dibinə su axıtmaq daha ehtiyatlı olar. “Ka­­­dihan”da de­yi­lir: Dişlərində yemək artığı qalanın qüslünün tam ol­ma­­­ya­­ca­ğı“Nətifi”də yazılmışdır. Bu artıqları çıxarıb altını yumaq la­zım­dır.

   “Əl-məcmuat-üz-zühdiyyə”də deyilir: İstər az, istərsə də çox olsun, diş­­­lərin arasında qalan təam qırıntısı qatı xə­mir kimi olub, suyun nüfuzuna (keç­­­məsinə) mane olarsa, qü­s­lə da mane olur.“Hələbi”də də belə ya­zıl­mış­­dır. “Yemək ar­­tıqlarını çıxarmaqda çətinlik yoxdur. Plomb və qapaq isə çı­­xa­rıla bilməz. Çıxarılmasında çətinlik vardır” demək düz­gün deyil. Düz­­dür, çə­tinlik var. Amma insanın etdiyi bir şey çə­tinliyə səbəb olarsa, baş­qa məz­hə­bi təqlid etmək üçün üzr­lü səbəb olar, fərzi tərk etmək üçün sə­bəb ola bil­məz. Fər­zin tərk edilməsi üçün başqa məzhəbin təqlid edilə bil­­mə­mə­si və bu halda zərurət və çətinliyin eyni zamanda mövcud ol­­ması la­zımdır. ”Diş plom­bu və qapaq, diş ağrısının qar­şı­sı­nı almaq və dişi tələf ol­maqdan qo­ru­maq üçündür. Buna gö­rə zərurət olmurmu?”, soruşulsa, ca­va­bında de­yə­rik ki, zə­ru­rət olması üçün, başqa məzhəbi təqlid edə bil­mə­mək şərtdir.

   “Qüsl alarkən, dişlərin yuyulması hökmü, qapaq və plom­bun zahirinə ke­çər” sözü, islamiyyətə uyğun söz deyil. Tah­tavi “İmdad” haşiyəsində de­yir: “Dəstəmaz aldıqdan son­ra məst geyinənin dəstəmazı pozulduqda, dəs­təmazın po­zulması ayaqlara deyil, məstlərə keçir”. Dini kitabların yal­nız dəstəmaz alarkən və yalnız məst üçün söylədikləri bu sö­zü, diş qapağı və qüsl almaq üçün söyləmək, özbaşına uy­dur­ma fitva verməkdir. Plomb və qapaq olan dişi sıx saq­qa­la bənzətmək də doğru deyil. Çünki dəstəmaz alar­kən sıx saq­qalın dibini yumaq məcburi olmasa da, qüsldə onun altın­da­kı dərini də yumaq fərzdir. “Dəstəmaz alarkən sıx saq­qalın altındakı də­ri­ni yumaq fərz olmadığı üçün, qüsldə da onun yuyulması fərz olmaz”, de­yən şəxs qüsl alarkən sıx saqqalın altını yumaz. Beləliklə də onun və ona ina­­nan­la­rın qüslləri və dolayısı ilə namazları səhih olmaz.

   Qapaq və plombu ayaqdakı çata qoyulan mərhəmə ya­xud yara və sı­nıq üzə­rinə qoyulan sarğı taxtasına, gips sar­ğı­larına bənzətmək də din ki­tab­­la­rı­na uyğun deyildir. Çünki on­ları yara və qırıq üzərindən çıxarmaq çə­­tin və ya zərərli ol­duq­­da, başqa məzhəbi təqlid etmək imkanı yoxdur. Bu üç sə­bə­bə görə, onların altını yumaq hökmü qüvvədən düşür.

   Şiddətli ağrı verən çürük dişi çıxarmaq, onun yerinə çı­xa­rı­la bilən süni diş, ya­­xud yarım və ya bütün damaqlı diş qoy­dur­maq istəməyib, plomb və ya qa­­paq qoy­durmaqda insan sər­bəst olduğu üçün, plomb, qapaq və ya kör­pü de­yi­­lən sa­bit diş qoydurmaq zərurət hesab olunmur. Zərurət olduğunu söy­­lə­mək, alt­la­rı­nın islanmasının qüvvədən düşməsinə sə­bəb ola bilməz. Çün­ki bu za­man baş­qa məz­həbi təqlid et­mək mümkündür. Zərurətin ol­du­ğu­nu de­yə­rək, Şa­fii və ya Ma­­liki məzhəbini təqlid edənlərlə alay etməyə heç ki­min haq­­qı yox­dur.

   İnsanı bir şey etməyə məcbur edən səmavi səbəbə, yəni in­sanın əlində ol­­mayan səbəbə“Zərurət” deyilir. İs­la­miy­yə­tin əmr və ya qadağan et­mə­si, şid­dətli ağrı, bir üzvün və ya hə­yatın tələf olma təhlükəsi, başqa bir şey edə bil­məmək məc­buriyyəti zərurətdir. Bir fərzə mane ola biləcək və ya bir ha­ram işləməyə səbəb ola biləcək bir şeyin qarşısını al­ma­ğın çətin, əziy­yətli ol­masına “Hərac”deyilir. Allahın əmr­lərinə və qadağalarına “Əh­­ka­mi- islamiyyə” deyilir. Əh­ka­mi-islamiyyədən bir hökm yerinə ye­ti­rilən za­man, yəni bir əmr icra olunarkən və ya bir qadağan olunmuş işi et­məkdən çə­­kinərkən öz məzhəbinin alimlərinin məşhur, seçilmiş söz­lə­ri­nə uymaq la­zım­dır. İnsanın etdiyi müəyyən bir şey üzün­dən, alimlərin bu söz­lərinə uy­maqda çətinlik olarsa, se­çil­mə­miş, zəif sözlərinə uymaq la­zım­dır. Buna uymaqda da çə­tin­lik olarsa, bu hökm başqa məzhəbi təqlid edə­rək icra olu­nur. Baş­qa məzhəbi təqlid etməkdə də çətinlik olarsa, hə­ra­ca, yə­ni çətinliyə sə­bəb olan şeyin edilməsində zərurət olub ol­ma­masına ba­­xılır:

   1-Həraca səbəb olan şeyin edilməsində zərurət mövcud ol­duğu za­man, o fərzi icra etmək qüvvəsini itirir.

   2-Həraca səbəb olan şeyin edilməsində zərurət yoxdursa [dı­rnaq boyası ki­­mi] və ya zərurət olduğu zaman, bir neçə şey edilə bildiyi halda hərac, çə­tin­­lik möv­cud olan şey edi­lər­sə, o ibadət səhih olmaz. Çətinlik olmayan şe­yi edə­rək o fər­­zi yerinə yetirmək lazımdır. Zərurət olsa da, olmasa da, yal­nız hə­rac, çətinlik möv­cud olduğu üçün, başqa məzhəbin təq­­lid ediləcəyi “Fə­tavəl-ha­disiyyə”də, “Xülasat-üt-təh­qiq”də, Tahtavinin (rahimə-hullahü təala) “Mə­rak-il-fələh” ha­­şiyəsində və molla Xəlil Əsirdinin (rahimə-hullahü təala) ”Ma­­füvat” ki­ta­bın­da yazılmışdır. Molla Xəlil 1259-cu [m. 18­43] ildə vəfat et­­mişdir.

   Ağrıyan, çürüyən dişini çıxararaq, taxma protez və ya da­maqlı diş qoy­dur­­maq istəməyib, plomb və ya qapaq qoy­du­ran bir hənəfi, qüsl alarkən Şa­fii və ya Maliki məzhəbini tə­­qlid etməlidir. Çünki bu iki məzhəbdə qüsl alar­­­kən ağız və bur­­nu yumaq fərz deyildir. Şafii və ya Maliki məzhəbini təq­­lid et­mək çox asandır. Qüsldə, dəstəmazda və namaza baş­layar­kən və ya unut­­duğu halda namazdan sonra, xatırladığı za­man Şafii və ya Maliki məz­hə­­bini təqlid etməyə niyyət etmək, yə­ni qəlbdən keçirmək lazımdır. Bu za­man qüslün, dəs­tə­ma­­zın və namazın Şafii və ya Maliki məzhəbinə görə sə­hih ol­ma­­ları lazımdır. Bir şəxsin qüsl, dəstəmaz və namazının Şa­fii məz­hə­bi­nə görə doğru olması üçün, bu şəxs, dərisi, ni­kah bağlaması əbədi ha­ram olan on səkkiz qadından başqa bir qadının dərisinə dəydiyi zaman, əli­nin içi özü­nün ön və ar­xa övrət yerinə dəydiyi zaman dəstəmaz almalı, imam ar­xa­sın­da səssizcə Fatihə oxumalıdır. Maliki məzhəbini təqlid et­mək üçün “Səa­də­ti Əbədiyyə” kitabının 146-cı və 158-ci sə­hifələrinə baxın! Baş­qa məz­hə­bi təqlid etmək, məzhəb də­yiş­dirmək deyildir. Təqlid edən bir hənəfi, hə­nə­fi məz­hə­bin­dən çıxmış olmur. Yalnız o ibadətin, yəni qüsl, dəstəmaz və na­­­mazın, uyduğu məzhəbdəki fərzlərinə və müfsidlərinə (po­zan şeylər) tabe olur. Vaciblərdə, məkruhlarda və sün­nət­lər­də öz məzhəbinə tabe olur.

   Əhməd Tahtavi (rahimə-hullahü təala) “Mərak-il-fələh” ha­şiyəsində de­­­­­yir: “Başqa məzhəblərdəki bir imama uy­ma­ğın doğru olması üçün, uya­nın məz­­həbinə görə, namazı po­zan bir şeyin o imamda olmaması, əgər var­sa, uya­­­nın bunu bil­məməsi lazımdır. Güvənilən söz budur. İkinci fikrə görə, ima­­­­­­mın öz məzhəbinə görə namazı doğru olarsa, uyanın məz­həbinə görə doğ­­­­ru ol­ma­dı­ğı görülsə belə, o imama uy­maq səhihdir”. İbni Abidində də be­­lə ya­zıl­mış­dır. Tahtavinin və İbni Abidinin (rahimə-hümullahü təala) bu söz­­­lə­­rindən ay­d­ın olur ki, diş qapağı və plombu olmayan hənəfinin, qapaq və plom­­bu olan ima­ma uymasının doğru olub olmaması haq­qın­da alimlərin iki müx­təlif hök­mü var: Birinci hökmə görə, di­şin­də plombu, qapağı ol­ma­yan hə­nəfinin, plom­bu, dış qa­pa­ğı olan imama uyması doğru deyil. Çünki bu ima­mın namazı Hə­nəfi məzhəbinə görə doğru deyil. İkinci hökmə görə, bu imam, Şafii və ya Maliki məzhəbini təqlid edirsə, diş qapağı və plombu ol­ma­yan hənəfinin ona uyması səhihdir. İmam Hin­duvani “(rahmətullahi aleyh) belə ictihad etmişdir. Maliki məz­həbi də belədir. Diş qapağı və plom­bu olan saleh bir ima­­mın maliki və ya şafii məzhəbini təqlid etmədiyi bi­lin­mə­­dik­cə, plombu olmayan hənəfilər də bu imama uymalıdır. On­dan, ma­liki və ya şafii məzhəbini təqlid edib etmədiyini so­ruşmaq, araşdırmaq caiz de­yil­dir. Bu ikinci hökm, hər nə qə­­dər zəif olsa da, çətinlik olduğu za­man zəif hökm ilə əməl et­mək lazım ol­du­ğu yuxarıda qeyd olunmuşdur. Fit­nəyə ma­ne ol­maq üçün də zəif hökm ilə əməl edilməli olduğu “Ha­di­ka”da yazılmışdır. Məz­­həb­­lərə qiymət verməyib, fiqh ki­tab­la­rı­na uyğun iba­dət etməyən şəxsin Əhli sün­­nət olmadığı ay­dın olur. Əhli sünnət ol­ma­yan da ya bidət sahibidir, ya da ima­­nı getmiş, mürtəd ol­muş­dur. Biz, diş qa­pa­ğı, plomb qoy­mayın, de­mi­rik. Bun­­ları qoydurmuş qar­daş­la­rı­mızın iba­dət­lə­­ri­nin qəbul olması üçün yol gös­tə­­ririk.

   Qüsl on beş növdür: Beşi fərz, beşi vacib, dördü sün­nət, biri müs­tə­həb. Fərz olan qüsl: qadın hayz (aybaşı) və ni­fasdan (zahılıq) kəsildikdə, ki­­şi cima etdikdə, yəni qadınla ya­xınlıq etdikdə, şəhvətlə məni axarsa, ih­ti­­lam olub (yuxuda cü­nub olmaq) yatağında və ya paltarında məni görərsə qıl­­­ma­dığı namazın vaxtı çıxmadan öncə qüsl etmək fərzdir.

   Vacib olanlar: meyiti yumaq, həddi-buluğa çatmamış bir şəx­sin həd­di-buluğa çatdıqda qüsl alması, bir yerdə yatmış ər və arvadın arasında gö­rül­­müş məninin hansınınki olduğu bi­lin­mədikdə ikisinin də qüsl alması, bir şəxsin üzərinə məni bu­laşdıqda və onun nə zamandan olduğu bilin­mə­dik­də və bir qa­dın dünyaya uşaq gətirdikdə qan gəlməsə belə, qüsl al­ma­sı. (Qan gəlsə, qüsl fərz olur).

   Sünnət olanlar: Cümə günü üçün, bayram günləri üçün, ih­ram vaxtı- nə niy­yətlə olursa olsun, Ərafata çıxmazdan əv­vəl qüsl almaq. Müstəhəb qü­sl, bir kafirin imana gəldikdə al­­dığı qüsldür (küfr halında ikən cünub idi­­sə, qüsl fərz olur, cünub deyil idisə müstəhəb olur).

   Qüslün haramı üçdür:

1-Kişilərin kişilərə və qadınların qadınlara qüsl vaxtı gö­bək­dən dizin al­­tına qədər olan yerlərini göstərmələri.

2-Müsəlman qadınların qüsl edərkən kafir qadınlara gö­rün­məsi (digər vaxt­­larda da bu hökm belədir).

3-Suyu israf etmək.

Qüslün sünnətləri hənəfidə on üçdür:

1-Su ilə istinca etmək. Yəni ön cinsiyyət üzvünü və arxa öv­rət yerini yu­­­maq.

2-Əlləri biləklərə qədər yumaq.

3-Bədəndə nəcasət varsa, təmizləmək.

4-Ağıza su alıb çalxalamaq (məzməzə) və buruna su ver­mək (istin­şaq). Ağız­da və burunda iynə ucu qədər is­lan­ma­yan yer qalarsa, qüsl səhih ol­­maz. Əvvəldə namaz dəs­tə­mazı almaq.

5-Qüsl üçün niyyət etmək.

6-Hər əzanı suyu tökərkən ovuşdurmaq.

7-Əvvəlcə başa, sonra sağ çiyinə, sonra da sol çiyinə üç də­fə su tök­mək.

8-Əl və ayaq barmaqlarını hilallamaq. Yəni barmaq ara­la­­­rını islatmaq.

9-Önünü və arxasını qibləyə döndərməmək.

10-Qüsl edərkən dünya kəlamı söyləməmək.

11-Məzməzə və istinşaqı üç dəfə etmək.

12-Hər əzada sağdan başlamaq.

13-Qüsl etdiyi yerdə sidik toplanırsa, sidiyə getməmək.

Bu saydıqlarımızdan başqa sünnətlər də vardır.

   “Əl-fıkhü aləl-məzahib-il-ərbəa”da deyilir: “Cünub olan ki­şi və qa­dı­­nın qüsl almadan əvvəl, dəstəmazsız edilməsi caiz olmayan, islam di­ni­nin əmr etdiyi ibadət və əməllərdən bi­rini etməsi dörd məzhəbdə də ha­ram­­dır. Məsələn, cünub ikən fərz və ya nafilə namaz qılmaq halal deyil. Su tap­ma­­dıq­da və ya xəstəlik kimi bir səbəblə su işlədə bilmədikdə, tə­yəm­müm et­mək lazımdır. Cünub ikən fərz və ya nafilə oruc tut­maq sə­hih­dir. Qurani-kərimi tutmaq və ya oxumaq ha­ram­dır. Qurani-kərimi dəs­tə­maz­sız tutmaq da halal deyil. Məs­ci­də girmək haramdır. Düşməndən qo­run­maq üçün və ya bir hökm çıxarmaq üçün, bir-iki qısa ayət oxumaq, məs­ciddən ve­drə, ip, su götürmək üçün və ya başqa yol tapmadığı üçün gi­­rib dərhal çıxmaq caizdir. Dua niyyəti ilə bir qısa ayət, mə­sə­lən Bəsmələ oxu­maq olar. Məscidə gir­mədən öncə tə­yəm­müm etmək lazımdır.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину