Facebook Twitter WhatsApp

Bayram Namazları

    Şəvval ayının birinci günü fıtr, yəni Ramazan bayramının, Zilhiccənin onuncu günü isə, Qurban bayramının birinci günləridir. Bu iki gündə günəş doğduqdan və kərahət  vaxtı (haram vaxt) çıxdıqdan sonra iki rükət bayram namazı qılmaq kişilərə vacibdir. Bayram namazlarının şərtləri Cümə namazının şərtləri kimidir. Lakin burada xütbə sünnətdir və namazdan sonra oxunur. Ramazan bayramında namazdan öncə şirin [xurma və ya şəkər] yemək, qüsl etmək, misvak istifadə etmək, ən yaxşı paltarları geyinmək, fitrəni namazdan əvvəl vermək, yolda yavasça təkbir oxumaq müstəhəbdir. Qurban bayramı namazından əvvəl bir sey yeməmək, namazdan sonra ilk olaraq qurban əti yemək, namaza gedərkən yüksək səslə, üzrü olan yavasça təkbir gətirmək müstəhəbdir. Bayram namazları iki rükətdir. Camaat ilə qılınır, tək qılınmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину