Facebook Twitter WhatsApp

İftitah Təkbirinin Fəziləti

    Bir kimsə iftitah təkbirini imam ilə bərabər alarsa, payız günlərində agacların yarpaqları külək əsdikçə nə şəkildə tökülərsə, o adamın günahları da eləcə tökülür. Bir gün Rəsulullah “sallallahü aləyhi və səlləm” namaz qılarkən, bir kimsə sübh namazında iftitah təkbirinə çatmadı. Bir qul azad etdi. Ondan sonra gəlib Rəsulullaha “sallallahü aləyhi və səlləm” soruşdu: “Ya Rəsulallah! Mən bu gün iftitah təkbirinə çatmadım. Bir qul azad etdim. Görəsən iftitah təkbirinin savabına nail ola bildimmi?” Rəsulullah “sallallahü aləyhi və səlləm”, Əbu Bəkri Sıddıqa “radıyallahü anh”, “Sən nə deyərsənbu iftitah təkbiri haqqında?” deyə soruşdu. Əbu Bəkri Sıddıq “radıyallahü anh” buyurdu ki, “Ya Rəsulallah! Qırx dəvəyə sahib olsam, qırxının da yükü cəvahir olsa, hamısını kasıblara paylasam, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm”. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və səlləm”, “Ya Ömər! Sən ne deyərsən, bu iftitah təkbirinin haqqında?” dedikdə, Həzrəti Ömər “radıyallahü anh”, “Ya Rəsulullah! Məkkə və Mədinə arası dolu dəvəm olsa və bunların yükləri cəvahir olsa, hamısını kasıblara paylasam, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və səlləm”, “Ya Osman! Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” dedikdə, Həzrəti Osman zinnureyn “radıyallahü anh” “Ya Rəsulallah! Gecə iki rükət namaz qılsam, hər birində, Quran-ı azim-üşşanı xətm etsəm, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və səlləm” həzrətləri, “Ya Əli! Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” dedikdə, Həzrəti Əli “kərrəmallahü vəchəh”: “Ya Rəsulallah! Şərq ilə Qərb arası kafirlərlə ilə dolu olsa, Rəbbim mənə qüvvət versə, cümləsi ilə hərb etsəm, yenə imam ilə alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və səlləm” həzrətləri: “Ey mənim ümmət və Əshabım! Yeddi qat yerlər və yeddi qat göylər kağız olsa, dəryalar mürəkkəb olsa, bütün agaclar qələm olsa, bütün mələklər katib olsalar və qiyamətə qədər yazsalar, yenə imam ilə alınan iftitah təkbirinin savabını yaza bilməzlər” deyə buyurdu.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину