Facebook Twitter WhatsApp

İmama tabe olmağın şərtləri

İmama tabe olmanın doğru ola bilməsi üçün on şərt vardır

  1. Namaza durarkən təkbiri söyləməzdən əvvəl, imama tabe olmağa niyyət etməkdir. “Uydum hazır olan imama” deyərək qəlbindən keçirmək lazımdır.
  2. İmamın qadınlara imam olmağa niyyət etməsi lazımdır. Kişilərə imam olmağa niyyət etməsi lazım deyildir. Lakin niyyət edərsə, özü camaatın savabına da qovuşur.
  3. Camaatın topuğu imamın topuğundan geridə olmalıdır.
  4. İmam ilə camaat eyni fərz namazı qılmalıdır.
  5. İmam ilə camaat arasındə qadın sırası olmamalıdır.
  6. İmam ilə camaat arasında qayıq keçəcək qədər, çay və araba keçəcək qədər yolun olmaması lazımdır.
  7. İmam və ya camaatdan birini görmək və ya səsini eşitmək üçün əlverişli pəncərəsi olmayan divar arada olmamalıdır.
  8. İmam heyvanda, camaat yerdə və ya bunun əksinə olmamalıdır.
  9. İmam ilə camaat bitişik olmayan iki gəmidə olmaması lazımdır.
  10. Başqa məzhəbdəki imama tabe olan camaatın namazlarının səhih olması üçün iki qavl vardır: Birinci qavlə görə, camaatın öz məzhəblərinə görə namazı pozan bir şeyin imamda olduğunu bilməməsi lazımdır.  İkinci qavlə görə, öz məzhəbinə görə namazı səhih olan imama başqa məzhəbdə olanlar da tabe ola bilər. Bu qavlə görə, karonka və plomb dişi olan imama tabe olmaq caiz olar.

Camaat bir nəfər isə, imamın sağ yanında durur. Solunda durmaq məkruhdur. Arxasında durmaq da məkruh olar. Ayağının topuğu imamın topuğundan irəli olmazsa, namazı səhih olar. İki və ya daha çox kişi isə imamın arxasında durur. İmamla birlikdə tək qılmış kimi qılınır. Ancaq ayaq üstə ikən imam içdən oxusa da, yüksək səslə oxusa da, camaat bir şey oxumaz. [Şafii məzhəbində, imamla birlikdə camaat da səssizcə Fatihə oxuyur.] Yalnız birinci rükətdə “Sübhanəkə” oxuyur. İmam yüksək səslə Fatihəni bitirincə, camaat yavasça “amin” deyər. Bunu yüksək səslə söyləməməlidir. Rüküdən qalxarkən, imam “Səmiallahü limən hamidəh” deyincə, camaat yalnız “Rabbəna ləkəl həmd”deyər. Sonra əyilərkən “Allahü-əkbər” deyərək, imamla birlikdə camaat da səcdəyə gedər. Rüküdə, səcdələrdə və oturarkən tək qıldığı kimi camaat da oxuyar. Vitr namazı, Ramazanda camaat ilə qılınır. Başqa zamanlarda tək qılınır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину