Bayram namazı necə qılınır?

1- İlk əvvəl “Niyyət etdim vacib olan bayram namazını qılmağa, uydum hazır olan imama” deyə niyyət edərək, namaza durulur. Sonra “Sübhanəkə” oxunur.

2- Sübhanəkədən sonra əllər üç dəfə təkbir gətirərək qulaqlara qaldırılıb birinci və ikincisində iki yana buraxılır. Üçüncüsündə göbək altına bağlanır. İmam öncə Fatihə, sonra bir surə oxuyur və birlikdə rüküyə əyilirlər.

3- İkinci rükətdə imam əvvəl Fatihə və bir surə oxuyur. Sonra iki əl üç dəfə təkbir gətirərək qaldırılır. Hər üçündə də əllər yanlara buraxılır. Dördüncü təkbirdə əlləri qulaqlara qaldırmayıb, rüküyə əyilir. Qısa olaraq: İki salla, bir bağla, Üç salla, bir əyil!  deyə əzbərlənir.

  Təşrik Təkbirləri:

Qurban bayramının ərəfəsi günü, sübh namazından dördüncü günü əsr namazına qədər, hacıların və həccə getməyənlərin, kişi, qadın hər kəsin camaat ilə qılsın, tək qılsın, fərz namazından sonra salam verər-verməz, bir dəfə “Təşrik təkbir”ini oxuması vacibdir. Cənazə namazından sonra oxunmaz. Məsciddən çıxdıqdan sonra və ya danışdıqdan sonra oxumaq lazım deyildir. İmam təkbiri unudarsa, camaat tərk etməz. Kişilər, yüksək səslə oxuya bilər. Qadınlar yavaş söyləyər.

 Təşrik Təkbiri:

“ALLAHÜ-ƏKBƏR, ALLAHÜ-ƏKBƏR. LƏ İLƏHƏ  İLLƏLLAH VALLAHÜ-ƏKBƏR. ALLAHÜ-ƏKBƏR VƏ LİLLƏHİLHƏMD”.