Facebook Twitter WhatsApp

Səcdəyi-səhv

Sual: Səcdəyi-səhv hansı hallarda və necə edilir?
CAVAB
Səcdəyi-səhv [yanılma səcdəsi] fərzin gecikməsi, fərzin təkrarı, vacibin tərki, vacibin gecikməsi, vacibin təkrarı və vacibin dəyişməsindən ötrü o namazın sonunda edilməsi lazım olan iki səcdə ilə təşəhhüd, səlli barik və rəbbəna atina oxumaqdan ibarətdir. Belə edilir:

Namaz qılan son oturuşda əttəhiyyatu oxuduqdan sonra sağa salam verər. Ondan sonra “Allahu əkbər” deyərək səcdəyə gedər, üç dəfə “Sübhanə Rəbbiyəl əla” oxuyar. Ondan sonra “Allahu əkbər” deyib alnını səcdədən qaldırar və oturar. Bir az gözləyəndən sonra təkrar “Allahu əkbər” deyərək ikinci səcdəyə gedər.Yenə üç dəfə “Sübhanə Rəbbiyəl əla” oxuduqdan sonra “Allahu əkbər” deyib qalxar və oturar. Təhiyyat, səlli barik və rəbbəna atina oxuyub əvvəl sağ, sonra sol tərəfə salam verər.

Sual: Səcdəyi-səhv necə edilir?
CAVAB
Səcdəyi-səhv etmək üçün təhiyyat oxunub bir tərəfə salam verdikdən sonra iki səcdə edib oturmaq və təhiyyat, səlli barik, rəbbəna oxuyub namazı tamamlamaq lazımdır.


Sual: Səcdəyi-səhv edərkən salam iki tərəfə də verilə bilərmi?
CAVAB
Bəli, iki tərəfə də salam verdikdən sonra və ya heç salam vermədən də səcdəyi-səhv edilə bilər. Camaatla qılınarkən yalnız sağ tərəfə vermək daha uyğundur.


Sual: Hansı hallar səcdəyi-səhvi gərəkdirir?
CAVAB
səcdəyi-səhvi gərəkdirən hallar bunlardır:

1- Fərzin təxiri [gecikməsi]
2- Fərzin təkrarı
3- Vacibin tərki
4- Vacibin təxiri
5- Vacibin təkrarı
6- Vacibin dəyişməsi.

Sual: Namazda sıra ilə qılmaq, yəni tərtib fərzdirmi?
CAVAB
Bəli, fərzdir. Səcdələr əvvəl, ruku sonra edilsə, namaz səhih olmaz.


Fərzin təxiri halında:
Sual:
Hər fərzin təxirində səcdəyi-səhv lazımdırmı?

CAVAB
Hər fərzin təxiri səcdəyi-səhvlə xilas olmaz. Məsələn, ruku və iki səcdə təxir edilə bilməz. Təxir edilsə, namaz artıq pozular. Qiraət də təxir edilə bilməz. Qiraəti [Quran oxumağı] unudub yalnız sübhanəkə oxuduqdan sonra rukuya və ya səcdəyə gedən şəxs, geri dönüb qiraəti etdikdən sonra təkrar ruku və səcdəni etməlidir. Etməzsə, namazı səhih olmaz. Çünki namazda tərtib, yəni fərzləri sıra ilə etmək fərzdir.


İki səcdədən biri unudulub namazın içində xatırlananda dərhal o səcdə edilər, namazın sonunda da səcdəyi-səhv lazımdır. Son təşəhüddə əttəhiyyatu oxuyacaq qədər oturmayanın da namazı səhih olmaz. İki rükətli namazda ikinci rükətdə deyil, üçüncü rükətdə otursa və 4 rükətli namazda dörddə deyil, beşinci rükətdə otursa, namazı səhih olmaz. Çünki fərz yerində edilməmiş olur.

Fərzin təkrarı halında:
Sual:
Üç səcdə edən və ya iki ruku edənin səcdəyi-səhv ilə namazı tamamlanmış olarmı?

CAVAB
Bəli, tamamlanmış olar.


Vacibin tərki halında:
Sual:
Zəmmi-surə, fatihə və ya qunut dualarını oxumağı unudanın səcdəyi-səhv etməsi lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


Sual: Oturması lazım olan yerdə qalxan, məsələn, 4 rükətli fərzlərdə ilk təşəhüddə oturmayıb qalxan səcdəyi-səhv etməlidirmi?
CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


Sual: Qalxması lazım olan yerdə, məsələn, ilk rükəti qılıb oturana səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacib gecikdirilmiş olur.


Sual: Təşəhüddə dua oxunacaq yerdə Quran oxuyana, məsələn, təşəhüddə əttəhiyyatunu oxumayıb fatihə və ya başqa bir surə oxuyana səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki dua yerində Quran oxunmuş olur.


Vacibin təkrarı halında:
Sual:
Fatihəni ard-arda iki dəfə oxuyana səcdəyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki bu vəziyyətdə vacib olan zəmmi-surə gecikir və vacib təkrar edilmiş olur.


Sual: Fatihə və zəmmi-surədən sonra təkrar fatihə oxunsa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Fatihə təkrar edildiyi halda səcdəyi-səhv lazım deyil. Çünki həmin yer qiraət yeridir, orada nə qədər çox ayə oxunsa da, səcdəyi-səhv lazım deyil.


Vacibin təxiri halında:
Sual:
Zəmmi-surələri birinci və ikinci rükətlərdə oxumağı unudub üçüncü və dördüncü rükətlərdə oxuyunca səcdəyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib təxir edilmiş olur.


Sual: Əttəhiyyatunu oxuyub tamamladığı namazdan sonra unudub, ayağa qalxaraq vacib olan salamı gecikdirən, məsələn, iki rükətli namazda üçüncü rükətə, üç rükətlilərdə dördüncü rükətə, dörd rükətlilərdə isə beşinci rükətə qalxan səcdə etmədən əvvəl xatırlasa, dərhal oturub səcdəyi-səhv etməlidirmi?
CAVAB:
Bəli, etməlidir. Çünki vacib olan salam gecikdirilmiş olur.


Vacibin təbdili halında:
Sual:
Quran oxunacaq yerdə dua oxuyana, məsələn, qiyamda fatihəni unudub əttəhiyyatu oxuyana səcdəyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib olan fatihə tərk edilmiş olur.


Sual: Əgər qiyamda əttəhiyyatunu oxuduqdan sonra fatihəni də oxusa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Lazım deyil. Fatihə oxunmuş olur. Qiraət yeri olduğu üçün əttəhiyyatunun və ya başqa duaların oxunması səcdəyi-səhv gərəkdirmir.


Sual: İmam zöhr və əsrdə xəfif səslə oxumalı ikən səsli oxusa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacibin xüsusiyyəti dəyişdirilmiş olur.


Sual: İmam şam, işa və sübh namazında səsli oxuması lazım olarkən xəfif səslə oxusa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


səcdəyi-səhv tələb edən hallar

Sual: Fatihəni birinci və ya ikinci rükətdə ard-arda iki dəfə oxumaq səcdəyi-səhv gərəkdirirmi?
CAVAB
Bəli, gərəkdirir.


Sual: Birinci əttəhiyyatunu oxuduqdan sonra yanılıb “Allahümmə...” demək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Tədili-ərkanı tərk etmək və ya qunut dualarını unutmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Son rükətdə əttəhiyyatudan əvvəl fatihə oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir və ya iki rükət əlavə qılmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: İmamın səsli oxunacaq yerdə fatihənin yarısını gizli oxuması səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Namazın içindəki bir şeyi bir rükn miqdarı düşünmək sonrakı rüknün və ya vacibin gecikməsinə səbəb olsa, səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir. [Başqa namazdakını və ya dünya işlərindən birini düşünmək səcdəyi-səhv tələb etməz. Rükn üç dəfə sübhanallah deyəcək qədər vaxtdır.]


Sual: Unudaraq iki ruku və ya üç səcdə etmək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Zəmmi-surənin bir qismini rukuda oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Fərzin və vitrin ilk oturuşunda əttəhiyyatudan sonra az da olsa, bir şey oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: İlk oturuşda iki tərəfə salam verincə xatırlayıb namaza davam edilsə, namaz pozulmuş olarmı?
CAVAB
Xeyr, namaz pozulmuş olmaz, amma səcdəyi-səhv lazımdır.


Sual: Ayağa qalxanda oturmaması lazım ikən oturmuşsa, nə edər?
CAVAB
Namazın sonunda səcdəyi-səhv edər.


Sual: Dördüncü rükətdə təşəhhüd miqdarı oturub salam vermədən beşinciyə qalxsa, nə edər?
CAVAB
Beşinci rükətin səcdəsini etmədən xatırlasa, oturar və səcdəyi-səhvlə namazını tamamlayar.


Sual: Beşinci rükətin səcdəsini etdikdən sonra səhvini anlarsa, nə edər?
CAVAB
Altıncı rükəti də tamamlayıb səcdəyi-səhv edər. Fərzi tamamlamış olar. İki rükəti də nafilə olar.


Sual: Namazda bir səcdəni unudan nə edər?
CAVAB
Səcdəni unudan şəxs rukuda və ya səcdədə xatırlasa, rukudan dərhal səcdəyə gedər; səcdədə isə oturduqdan sonra o səcdəni edər, sonra ruku və səcdəni iadə edər. Fərzi gecikdirdiyi üçün namazın sonunda səcdəyi-səhv edər. Yaxud bu səcdəni və son oturuşda xatırladığı səcdəni son oturuş arasında və ya sonunda edər və təkrar oturaraq əttəhiyyatunu oxuyar və səcdəyi-səhv edər. Təkrar oturmazsa, namazı pozular. «Ə.Səadət»

Sual: 4 rükətli fərzlərin ilk təşəhhüdündə oturmağı unudub qalxmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Birinci rükəti qılıb, ikinci rükətə qalxması lazım olarkən unudub oturmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Birinci təşəhhüddə əttəhiyyatunu oxuyacaqkən fatihə və ya başqa bir surə oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Əttəhiyyatunu bitirmədən salam verilsə, o anda xatırlanınca dərhal səcdəyi-səhv edilərmi?
CAVAB
Bəli.


Sual: Zəmmi-surə unudulunca səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli.


Sual:
Yanılıb fatihəni ilk rükətdə ard-arda iki dəfə oxuyana səcdəyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Ancaq fatihəni surədən sonra da oxusa, səcdəyi-səhv lazım deyil.


Sual:
Qiyamda unudub fatihə yerinə əttəhiyyatu oxusa, səcdəyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Əgər o anda xatırlayıb fatihəni oxusa, səcdəyi-səhv lazım deyil. Çünki qiyam qiraət yeridir. Çox şey oxumaq səcdəyi-səhv tələb etməz.


Sual:
Son rükətdə səlli bariki oxuyub qalxan səcdəyi-səhv edərmi?

CAVAB
Vacib olan salamı gecikdirdiyi üçün səcdəyi-səhv lazımdır.


Sual: Son rükətdə əttəhiyyatudan əvvəl fatihə oxunsa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Vacib olan əttəhiyyatu gecikdiyi üçün səcdəyi-səhv lazımdır.


Sual: Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir rükət əlavə qılanın namazı səhihdirmi?
CAVAB
Son rükətdə oturduğu üçün səcdəyi-səhvlə namazı səhihdir. Lakin bir rükət əlavə qılıb sonra salam versəydi, son qıldığı iki rükət nafilə olardı.


Sual:
Vitri qılarkən, qunut dualarını oxumağı unudan nə edər?

CAVAB
Namaz bitmədən xatırlasa, namazın sonunda səcdəyi-səhv edər. səcdəyi-səhvi də unudana bir şey lazım deyil. Yəni təkrar qılmaq lazım deyil. Çünki unutmaq üzrdür.


Sual: Sünnə qılarkən zəmmi-surə yerinə qunut oxuyana səcdəyi-səhv lazımdırmı?
CAVAB
Vacib olan zəmmi-surəni tərk etdiyi üçün səcdəyi-səhv lazımdır.


Sual: Dörd rükətli bir namazın birinci rükətində zəmmi-surəni unudub ikinci rükətdə xatırlasa, nə edər?
CAVAB
Xatırlayınca üçüncü rükətdə oxuyar, burada da unutsa, dördüncü rükətdə oxuyar. Fərzlərin 3-cü və 4-cü rükətlərində də zəmmi-surə oxumağın zərəri olmaz. Namazın sonunda səcdəyi-səhv edər. Dördüncü rükətdə də oxumağı unutsa, səcdəyi-səhv edər. səcdəyi-səhvi də unutsa, bir şey etmək lazım deyil.


Sual: Bayram namazında imam ilk rükətdə zəvaid təkbirlərini gətirmədi. Namazın sonunda səcdəyi-səhv etdi, namaz səhih oldumu?
CAVAB
Vaciblər unudulunca səcdəyi-səhv qurtarar.


Sual:
İki və ya dörd rükətli bir fərzin son rükətində yanılıb, oturmadan qalxan nə edər?

CAVAB
Səcdəyə çatmadan xatırlasa, dərhal oturar, sonunda səcdəyi-səhv edər. Səcdəni etdikdən sonra xatırlasa, bir rükət əlavə qılar. Namazı nafiləyə dönər. Fərzi yenidən qılmalıdır.


Sual: Namazda ilk təşəhhüddə oturmayıb qalxarkən xatırlayan nə edər?
CAVAB
Əgər iki diz yerdən aralansa, qayıtmaq olmaz, yəni oturub təhiyyat oxunmaz və namazın sonunda səcdəyi-səhv edilər.


Sual:
Dörd rükətli bir namazın ikinci rükətində ikən namazın bitdiyini zənn edib iki tərəfə salam verən və dərhal səhvini anlayan şəxs qalxıb namaza davam edə bilərmi?

CAVAB
Bəli, namaza davam edər və sonunda səcdəyi-səhv edər.


Sual:
Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir rükət əlavə qılan nə edər?

CAVAB
Altı rükətə tamamlayar. Sonunda səcdəyi-səhv edər.


Sual:
Dörd rükətli bir namazın ilk təşəhhüdü unudulsa, nə edilir?

CAVAB
səcdəyi-səhv edilir.


Sual: Namazda fatihədən sonra hər hansı bir surə oxumağı unudunca səcdəyi-səhv lazımdırmı?
CAVAB
Birinci və ya ikinci rükətlərdə oxumazsa, səcdəyi-səhv lazımdır.


Sual:
Vitr namazında qunut dualarını oxumadığını təşəhhüddə ikən xatırlayan nə edər?

CAVAB
səcdəyi-səhv edər.


Sual:
Bəzən nələr oxuduğumuzu, neçə rükət qıldığımızı səhv salırıq. Bu vəziyyətdə nə etmək lazımdır?

CAVAB
İbadətlərdə zənn etibarlıdır. Yəni hansında zənn çoxdursa, elə hərəkət edilir. İki tərəfə də meyllik yoxdursa, iki tərəfə də 50 faiz zənn varsa, buna şübhə [şübhə] deyilir. Məsələn, üç və ya dörd rükət qıldığında şübhə edən iki tərəfin heç birinə çox zənn edə bilməzsə, yəni üç və ya dörd rükət qıldığını yəqin edə bilməzsə, üç rükət qıldığını qəbul edər və bir rükət əlavə qılar, üçüncü rükətdə oturar. Çünki üçüncü rükətin dördüncü rükət olma ehtimalı vardır. Sonra da səcdəyi-səhv edər.


Sual: Namazın ilk rükətində oturub bir şey oxumadan qalxmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Neçə rükət qıdığını səhv salıb, namazda düşünməsi sonrakı rüknün və ya vacibin bir rükn zamanı qədər gecikməsinə səbəb olsa, bu vaxt ayə və dua oxusa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır.


Sual: Son rükətdə oturmadan ayağa qalxan o rükətin səcdəsini etdikdən sonra xatırlasa, nə edər?
CAVAB
Fərz namazı nafilə şəklinə dönər. Bir rükət əlavə qılıb altıncı rükətə tamamlayar. Fərzi nafiləyə döndüyü üçün yenidən qılmalıdır.


səcdəyi-səhvin lazım olmadığı hallar
Sual: Zəmmi-surədən əvvəl və sonra fatihə oxuyana səcdəyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual: İkinci rükətdə fatihədən əvvəl əttəhiyyatu və ya başqa duaları oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərzin son iki rükətində zəmmi-surə oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərzin son iki rükətində fatihədən sonra bəsmələ çəkmək və ya hər hansı bir dua oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Son rükətdə əttəhiyyatudan sonra bir neçə dua oxumaq səcdəyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Unudub, səlli barikləri iki dəfə oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Əttəhiyyatu və ya sübhanəkədən əvvəl unudub bəsmələ çəkmək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərz namazların 3-cü və 4-cü rükətlərində fatihədən əvvəl səhvən hər hansı bir dua oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Namazda unudub əstagfirullah, əlhəmdulillah, Allahumməğfirli demək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Sübhanəkədən sonra əttəhiyyatunu, sonra da fatihəni oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Birinci rükətdə oxuduğu zəmmi-surəni unudub ikinci rükətdə oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Unutduğu üçün məkruh da olmaz.


Sual: Daha sonrakı zəmmi-surəni oxuyacaq yerdə daha əvvəlkini oxumaq. Məsələn, “Kövsər” surəsini oxuyub, ikinci rükətdə də ixlası oxuyacaqkən unudub “Fil” surəsini oxumaq səcdəyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Unutduğu üçün, məkruh da olmaz.


Sual: Zəmmi-surə oxuyarkən bir və ya bir neçə ayə irəli keçmək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Son təşəhhüddə əttəhiyyatudan sonra fatihə və ya başqa dua oxumaq səcdəyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Çünki ora dua oxuma yeridir.


Sual: Səfərdə dörd rükətli namazları unudaraq tam qılmaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Surəni yarısına qədər oxuduqdan sonra çaşıb yenidən başlamaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Əttəhiyyatunu və ya sübhanəkəni yarısına qədər oxuduqdan sonra çaşıb yenidən başlamaq səcdəyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Günəş çıxarkən və batarkən, səcdəyi-səhv edilirmi?
CAVAB
Xeyr, edilməz.


Sual: Başqa bir namazı qılıb-qılmadığını və ya dünya işlərini düşünən bir rüknün gecikməsinə səbəb olsa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual: Səlli barik iki dəfə oxunsa, səcdəyi-səhv lazımdırmı?
CAVAB
Lazım deyil.


Sual:
Təhiyyatdan əvvəl səhvən bəsmələ çəkilsə, səcdəyi-səhv lazımdırmı?

CAVAB
Xeyr, lazım deyil.


Sual: Namazın içində səcdəyi-səhv lazım olub-olmadığını düşünəndə səcdəyi-səhv etmək lazımdırmı?
CAVAB
Xeyr.


Sual: Heç lazım deyilkən, ehtiyat üçün səcdəyi-səhv etmək olarmı? «Məsələn, qiraətdə bir səhv edilməsi və ya tədili-ərkanın tam yerinə yetirilməməsi kimi şübhələri aradan qaldırmaq üçün...».
CAVAB
Ehtiyat üçün səcdəyi-səhv edilməz. Şübhəylə səcdəyi-səhv olmaz. Qiraətdəki səhv üçün edilməz. Qiraətdə bir sözü səhv oxuyanda və ya bir hərf səssiz çıxanda təkrar düz oxunduğunda səcdəyi-səhv lazım deyil.


Sual: Namazda unudaraq ikinci rükətdə əvvəlki rükətdə oxuduğu zəmmi-surənin əvvəlindəkini oxumaq və ya bir surə irəli keçib oxumaq məkruh olarmı və səcdəyi-səhv lazımdırmı?
CAVAB
səcdəyi-səhv lazım deyil, unudaraq bir əvvəlki surəni və bir sonrakını oxumaq da məkruh deyil. Bunlar unutmadan da edilsə, səcdəyi-səhv lazım deyil.


Sual: İmam səcdəyi-səhv edərkən, məscidə gəlib ona uymaq caizdirmi?
CAVAB
Bəli, caizdir.


Sual: səcdəyi-səhv edərkən, bir səhv daha edilsə, təkrar səcdəyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, hər namazda bir səcdəyi-səhv edilir. Bir namazda bir neçə dəfə yanılan da bir dəfə səcdəyi-səhv edər.


Sual: Səhv səcdəsi edərkən, yalnız təhiyyatı oxumaq kafidirmi?
CAVAB
Yalnız təhiyyatı oxumaq kifayətdir. Üstün olanı səlli barikləri də oxumaqdır.


Sual: Namazda səcdəyi-səhv edərkən iki səcdə yerinə bir səcdə etsək, qorxusu varmı?
CAVAB
səcdəyi-səhv edərkən səcdə bir dəfə edilməz, iki dəfə səcdə etmək şərtdir.


Sual:
səcdəyi-səhvdə əttəhiyyatunu oxumaq vacibdirmi?

CAVAB
Bəli.


Sual: səcdəyi-səhv unudulsa, namazı təkrar qılmaq lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil. Unutmaq üzrdür.


Sual: Məsbuq imam salam verdikdən sonra namazını tamamlayarkən səcdəyi-səhvi tələb edən bir iş etsə, sonunda səcdəyi-səhv etməlidirmi?
CAVAB
Bəli, səcdəyi-səhv lazımdır.


Sual: İmam zəmmi-surədə yanılsa və ya səhvən başqa ayələrə keçib oxumağa davam etsə, nə etmək lazımdır?
CAVAB
Bir şey etmək lazım deyil. Elə edilər. səcdəyi-səhv də lazım deyil. Davam edər. Bilmədən müdaxilə edilməməlidir.


Sual: İmama uyub camaatla namaz qılarkən çaşan adam səcdəyi-səhv edərmi?
CAVAB
Xeyr, etməz.


Sual: Namaz qılmağın haram olduğu üç vaxtda səcdəyi-səhv caizdirmi?
CAVAB
Caiz deyil.


Sual: Malikidə namazdan çıxmaq üçün salam vermək fərz olduğuna görə, səcdəyi-səhv lazım olanda salam vermədən səcdəyi-səhv etmək lazımdır?
CAVAB
səcdəyi-səhv edərkən salamdakı niyyətimiz namazdan çıxmaq olmadığı üçün, bir və ya iki tərəfə salam verərək səcdəyi-səhv etməyin zərəri olmaz.


Sual: Namazda zəmmi-surədən sonra səhvən sədaqallahulazim deyəndə səcdəyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual:
Əttəhiyyatunu yanılıb iki dəfə oxumaq səcdəyi-səhv tələb edirmi?

CAVAB
Əttəhiyyatu oxumaq vacibdir. Vacibin təkrar edilməsi halında səcdəyi-səhv lazımdır.


Sual:
Namazda sübhanəkədən əvvəl və ya sonra əttəhiyyatunu oxumaq, yaxud sübhanəkəni və ya səlli barikləri iki dəfə oxumaq, rəbbənadan başqa bir neçə dua əlavə oxumaq səcdəyi-səhv tələb edirmi?

CAVAB
Heç biri tələb etməz. Sübhanəkə oxunan yer dua oxuma yeridir. Orada başqa dualar da oxunsa, yenə səcdəyi-səhv tələb etməz. Yanılıb iki dəfə sübhanəkə oxunsa, üç dəfə oxunsa, yenə səcdəyi-səhv tələb etməz. Səlli barikdən sonra rəbbəna ilə başlayan bir çox ayəti-kəriməni dua niyyətiylə oxumaq və ya hədisi-şərif ilə bildirilən duaları oxumaq salamı gecikdirmək sayılmaz, səcdəyi-səhv də lazım deyil. Çünki ora dua yeridir.


Sual:
Zəmmi-surəni oxumadığını rukuda və ya rukudan qalxanda xatırlayan nə edər?

CAVAB
Rukuda xatırlayan dərhal qalxar, zəmmi-surəni oxuyub təkrar rukuya gedər. səcdəyi-səhv etməsi lazım deyil. Rukudan qalxanda və ya daha sonra xatırlasa, geri dönməz. Sonunda səcdəyi-səhv edər.


Sual:
Şəfii və Malikidə namaz qılan salam verəndə namazdan çıxar. O halda Hənəfi bir imam səhv səcdəsi etsə, Şəfii və ya Maliki nə etməlidir?

CAVAB
Onlar da salam verər. Çünki səcdəyi-səhv olduğunu bilirlər. Namazdan çıxmağa niyyət etmək fərzdir. Burada səcdəyi-səhv üçün salam veriləndə namazdan çıxmış olmurlar.


Sual:
Vitrdə qunut dualarını və zəmmi-surə oxumaq vacib ikən niyə zəmmi-surəni oxumadığını rukuda xatırlayan qalxıb zəmmi-surəni oxuyur, lakin qunut dualarını oxumaq üçün geri dönə bilmir? Dönsə, nə zərəri olar?

CAVAB
Unudulan qunut üçün qiyama dönə bilməz. Dönüb qunut dualarını oxusa, rukuya getmədən səcdəyə getməlidir. Rukunu təkrar etsə, qəsdən iki ruku etdiyi üçün, namaz pozular. Çünki ruku qiraətdən dərhal sonradır. Qunutu oxumasa da, səcdəyi-səhv lazımdır; geriyə dönüb oxusa da, səcdəyi-səhv lazımdır. Uyğun olanı rukuda qunutları oxumadığını xatırlayan şəxs artıq geri dönməz. səcdəyi-səhvlə namazını tamamlayar. «Rəddül-muxtar»

Camaata uymaq
Sual:
İmam səcdəyi-səhv etdikdən sonra camaata uyan şəxs camaat savabı qazanarmı?

CAVAB
Bəli, qazanar.


Sual:
Hər hansı bir rükətdə fatihə oxumağı unudan namazın içində bunun əvəzini edə bilərmi?

CAVAB
Hənəfidə fatihə oxumaq vacibdir. Fatihəni unudan səcdəyi-səhv edər. Malikidə isə fatihə oxumaq fərzdir. Bir rükətdə fərz tərk ediləndə səcdəyi-səhv ilə namaz xilas olmaz. Namazı təkrar qılmaq lazımdır.


Üçüncü rükətdə oturmayan
Sual:
Üç rükətlik namazda üçüncü rükətdə oturmağı unudub dördüncü rükətə qalxan şəxs səcdəni də etdikdən sonra xatırlasa, rükəti beşə tamamlayarmı?

CAVAB
Təşəhhüddə oturmadığı üçün beşə tamamlamaz, dördə tamamlayıb salam verər. Namaz nafiləyə döndüyü üçün fərzi təkrar qılmaq lazımdır. Əgər üçüncü rükətdə otursaydı, unudub dördüncü rükətə qalxaraq beşinci rükətin də səcdəsini etsəydi, onda beşə tamamlayardı. səcdəyi-səhvlə namazı da səhih olardı. Son ikisi də nafilə olardı.


Az bir şey
Sual:
Əttəhiyyatudan sonra az bir şey oxuyaraq, üçüncü rükəti gecikdirənə səcdəyi-səhv lazımdır. Burada az bir şey nə qədərdir?

CAVAB
«Allahummə»
desə, yaxud yalnız «Al...» belə desə, səcdəyi-səhv lazımdır. Dərhal «Allahu əkbər»ə çevirib ayağa qalxsa, səcdəyi-səhv lazım deyil.


Sual:
Rukudan qalxarkən, «Səmiallahu limən həmidəh» yerinə yanılıb «Allahu əkbər» deyilsə, səcdəyi-səhv lazımdırmı?

CAVAB
Xeyr, səcdəyi-səhv lazım deyil.


Sual: Namazda səcdəyi-səhv tələb etməyən bir işi etməyin və ya bir duanı oxumanın zərəri olarmı?
CAVAB
Namazda səcdəyi-səhv lazım olmasa da, bəzi işlər məkruhdur. Məsələn, namazda «Kafirun» surəsindən sonra «Nəsr» surəsini oxumağın yerinə «Kövsər» surəsi oxunsa, səcdəyi-səhv lazım deyil, amma məkruhdur. Unudulub oxunsa, məkruh olmaz. Sübhanəkədən əvvəl bəsmələ çəkmək, başqa dua oxumaq, məsələn, əttəhiyyatunu oxumaq kimi şeylər səcdəyi-səhv tələb etməsə də, bunları bilərək etmək caiz olmaz.


Sual: Namazda vacibin təkrarında səcdəyi-səhv lazımdır. Fatihəni bir dəfə zəmmi-surədən əvvəl bir də zəmmi-surədən sonra oxumaq səcdəyi-səhv tələb edirmi?
CAVAB
Tələb etməz; çünki ora qiraət [oxuma] yeridir. Fatihə ard-arda iki dəfə oxunsa, vacib təkrar edildiyi üçün səcdəyi-səhvi tələb edir. Əgər fərzlərin son iki rükətində fatihə ard-arda iki dəfə oxunsa, orada fatihənin oxunması doğru olan olan sözə görə vacib olmadığı üçün, səcdəyi-səhv lazım deyil, məkruh da olmaz. Fərzlərin son iki rükətində zəmmi-surə oxunmaz, oxunsa və ya ard-arda iki dəfə oxunsa, səcdəyi-səhv lazım deyil; çünki orada zəmmi-surə oxumaq vacib deyil. «Rəddül-muxtar»

Fatihəni iki dəfə oxumaq
Sual:
Qiyamda fatihə unudulub, ard-arda iki dəfə oxunsa, səcdəyi-səhv lazımdırmı?

CAVAB
Unudularaq ilk iki rükətdə oxunsa, səcdəyi-səhv lazımdır. Üçüncü və dördüncü rükətlərdə oxunsa, səcdəyi-səhv lazım deyil. Çünki son iki rükətdə fatihə oxumaq sünnədir. Digər sünnələri unudaraq iki dəfə oxumaq da səcdəyi-səhv tələb etməz. Məsələn, sübhanəkə və səlli bariklər unudularaq iki dəfə oxunsa, səcdəyi-səhv lazım deyil.


Üçüncü və dördüncü rükətlərdə fatihəni oxumaq unudulsa, yenə səcdəyi-səhv lazım deyil. Çünki son iki rükətdə fatihə oxumaq sünnədir.

Sual: Namazda sünnələri, məsələn, səlli barikləri bir neçə dəfə oxusaq, sübhanəkəni təkrar etsək, ruku və səcdədəki təsbihləri 21 dəfə, 41 dəfə, 100 dəfə çəksək, iki səcdə arası və rukudan qalxanda çox dayansaq, səcdəyi-səhv lazımdırmı?
CAVAB
səcdəyi-səhv lazım deyil; lakin qəsdən edilsə, sünnəyə uymayıb məkruh işlənmiş olar. Dəstəmazda da sünnə olan miqdardan, yəni üçdən çox yumaq məkruhdur.


Sual: Fərz və ya qəza namazının 3-cü və 4-cü rükətlərində qəsdən və ya unudaraq fatihədən sonra zəmmi-surə oxumaq və ya bəsmələ çəkmək səcdəyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


səcdəyi-səhv hökmdən düşər
Sual:
səcdəyi-səhv etdiyi təqdirdə sübh namazını qılarkən günəş çıxacaqsa və əsri qılarkən məkruh vaxt girəcəksə, səcdəyi-səhv hökmünü itirərmi?

CAVAB
Bəli, hökmdən düşər. Yəni artıq səcdəyi-səhv edilməz. «Dürrul-muxtar»

səcdəyi-səhv edilməsə
Sual:
səcdəyi-səhv lazım olduğu halda şübhələnib səcdəyi-səhv etməyənin bu namazı səhih olarmı?

CAVAB
Bəli, səhih olar.


Namazda ayə buraxmaq
Sual:
Namaz qılarkən surə içində bir ayə buraxılıb sonrakı oxunsa, səhv səcdəsi lazımdırmı?

CAVAB
Xeyr, lazım deyil.


Qəsdən fərzi təkrar etmək
Sual:
Unudaraq fərzi təkrar edən, məsələn, üç səcdə edən səcdəyi-səhv edir. Qəsdən edəndə də səcdəyi-səhv lazımdır?

CAVAB
səcdəyi-səhv yanılma səcdəsidir. Yanılanda səcdəyi-səhv edilər. Qəsdən ediləndə Hənəfidə səcdəyi-səhv xilas etməz. Günah işləmiş olar. Günah işləyən tövbə etməli və bir daha işləməməlidir.


Əsnəyərkən oxumaq
Sual:
Namazda əsnəyərkən oxumağa davam etməzsək, bir rükn keçəcəyi üçün səcdəyi-səhv lazımdırmı?

CAVAB
Əsnəmək əlimizdə deyil. Əsnəmə bitənə qədər ağızımızı bağlayarıq. səcdəyi-səhv də lazım deyil.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину