Facebook Twitter WhatsApp

Səfərliliklə bağlı sual-cavablar

Sual: Doğulduğum yer Oğuzdur, burada 3 yaşına qədər yaşamışam. Buradan sonra 3 il Ağdamda, 5 il Naxçıvanda, 15 il Gəncədə yaşadım. 4 ildən bəridir ki, Bakıda yaşayıram. Əgər mən Oğuza 3 gündən az qalmaq üçün getsəm Oğuzda səfəri oluram, yoxsa mükim? Bu sualım daha əvvəl yaşadığım rayonlar üçün də keçərlidir.

CAVAB

Oğuz vətəni-əsliniz, digər bütün rayonlar vətəni-iqamət olur. Oğuza bir saatlığına da getsəniz mükim olursunuz, orada səfəri olmursunuz.

Sual: Məmləkətim Ağcabədidir. Bakıda işləyirəm. Evli deyiləm. 1 həftəliyinə Ağcabədiyə ailəmin yanına gedirəm. 1 həftə ərzində səfəriyəm?

CAVAB

Məmləkətiniz deyil, doğulduğunuz yer Ağcabədidirsə, ancaq yolda səfəri olarsınız. Ağcabədidə mükim olarsınız, yəni namazları Ağcabədidə ikən qısaltmazsınız.

Sual: Tez-tez tətil səbəbilə rayon və vəzifə yerimiz arasında gedib-gəlməkdəyəm. Öz rayonumdan vəzifə yerinə gedərkən 104 km-dən artıq və ya tam əksi halda, namazlarımı səfəri, yoxsa normal qılmalıyam?

CAVAB

Yollarda səfəri qılacaqsınız. Daimi iqamətə niyyət etdiyiniz yer yoxdursa, evləndiyiniz yer haradırsa, ora vətəni-əslinizdir. Oraya girdikdə bir gün və ya bir saat belə qalsanız namazları tam qılacaqsınız. Başqa şəhərlərdə isə15 gündən az qalsanız səfəri qılacaqsınız.

Sual: Gəncədə iqamət edən, eyni zamanda tələbə olub evli olmayan bir xanım “Atasının doğulduğu yeri və rayonu Ağdam, özünün doğulduğu yer Gəncə” Ağdama 10 günlüyünə gedərsə “Hənəfi məzhəbində olub diş dolğusu olduğu üçün Malikini təqlid edir” yolda və oraya getdikdə səfərilik vəziyyəti necə olacaq?

CAVAB

O xanımın doğulduğu yer Gəncədir, Gəncə vətəni-əslisidir. Ağdama gedərkən yolda səfəri kimi namazlarını qılar. Ağdamda giriş çıxış günləri daxil 5 gündən artıq qalacağı üçün səfəri ola bilməz, mükim olar, yəni namazlarını tam qılar, qısaltmaz. Yolda dörd rükətlik fərzləri iki qılar, üç rükətliləri eynilə qılar, sünnətləri isə vaxt müsaitdirsə qılar, deyilsə qılmaz.

Sual: Səfəri olan kimsə Cümə günü zöhrü-axırı iki rükətmi,yoxsa dörd rükətmi qılar?

CAVAB

İki rükət qılar.

Sual: Bir müddətliyə Amerikadayıq. Namaza evə çatmayacağımız zaman, maşını bir kənara çəkib, qibləni taparaq ayaqlarımızı altımıza yığaraq maşının içərisində imayla namaz qılırıq, doğru olurmu?

CAVAB

Ayaq üstə qılmalısınız. Ayaq üstə qılmaq imkanı yoxdursa, o zaman oturaraq dediyiniz şəkildə qıla bilərsiniz. Ancaq ayaq üstə qılınacaq yerlər tapılar. Başqalarının namaz qılarkən qadınları görmələri namazı pozmaz.

Sual: Bir kimsənin vətəni-əsli Bakıdır, namazda Maliki məzhəbini təqlid edir. İşlədiyi iş yerindən 21 gün illik məzuniyyətini alaraq yola çıxsa, niyyət olaraq 2 gün Balakəndə, 6 gün Göygöldə, 8 gün Naxçıvanda, bir neçə gün Masallıda və Sabirabadda  gedib qalaram deyə niyyət etsə, getdiyi yerlərdə bu adam namazlarını necə qılacaq?

CAVAB

Hənəfi olanlar davamlı səfəri kimi qılacaqlar. Maliki olanlar da giriş çıxış günləri xaric, 4 gün qaldığınız yerlər mükim, üç gün qaldığınız yerlərdə səfərisiniz.

Sual: İstanbul, New York kimi çox böyük şəhərlərdə şəhərin bir ucundan digərinə 104 km-dən artıq məsafə varsa, şəhərin içində bir ucundan digərinə getdikdə səfəri sayılırmı?

CAVAB

Bəli. Bəylikdüzündən Avcılardan çıxıb İzmitə gedilsə, demək olar ki,yollarda boş yer yoxdur, sanki bir şəhər kimidir. 104 kilometri keçərsə səfəri olar. Ankaraya qədər evlər bitişik olsa, hamısı bir şəhər olsa da yenə səfəri olar.

Sual: Vətəni-əslim İsmayıllıdır. Bakıda qalıram. Qaxa 15 gündən az qalmaq niyyətilə gəldim. Ancaq gəldiyim gündən 3 gün sonra 15 gündən daha artıq qalmağa niyyət etdim. Görəsən, bu üç günlük namazı qəza etməliyəmmi?

CAVAB

Üç gün 15 günün içərisindədirsə səfəri olmazsınız. Çünki niyyət etdiyiniz gündən etibarən 15 və ya daha artıq qalmağa niyyət etməlisiniz. Əgər, üç gün qaldıqdan sonra, yenidən 15 gündən artıq qalmağa niyyət etmisinizsə, o zaman mükim olacaqsınız. Üç gündür qıldığınız namazlar da doğrudur, qəza etmək lazım deyildir. Çünki o zaman səfəri idiniz.

Sual: Deyək ki, saat 20:35-də yatsı namazının vaxtı girir. Saat 21:00-də isə səfərə çıxılacaq. Yatsı namazı səfərə çıxılmadan əvvəlmi qılınmalı, yoxsa səfəri olduqda da qılına bilərmi?

CAVAB

Hər iki halda da qılmaq olar. Əgər səfərə çıxmadan qılınsa, dörd rükət qılınar. Səfərə çıxdıqda qılınsa, iki rükət qılınar.

Sual: Subayam. Naxçıvan vətəni-əslim idi. Daimi qalmaq üçün  gəlib İçərişəhərə köçdüm. Gəncədə evlənəcəyəm. Gəncədə evləndikdə vətəni-əslim hara olacaq?

CAVAB

Davamlı qalacağınız İçərişəhər vətəni-əslinizdir.

Sual: Yolçu, səfərdən qayıdarkən mükim olduğu yerə nə qədər yaxınlaşdıqda səfərilikdən çıxar?

CAVAB

Çıxarkən səfəri olduğu yerə gələnə qədər səfəri sayılır. Gəldikdə mükim olur.

Sual: Vətəni-əslim Naxçıvandır. Ailəmlə Mingəçevirə daimi qalmağa gəldik. Oteldəyik, ev tutduqda əşyalarımız gələcəkdir. Ailə-uşağım daha sonra gəlsəydi vətəni-əslim yenə Mingəçevirmi olacaqdı?

CAVAB

Bəli.

Sual: Sumqayıtda iqamət edərkən anam, doğuş üçün Bakıya getmişdi. Bakıda doğulmuşam. 7 gün sonra Sumqayıta gətirmişdir. Vətəni-əslim haradır?

CAVAB

Sumqayıtdır. Vətəni-süknada doğulanın, vətəni-əsli vətəni-sükna olmaz.

Sual: Xanımı vefat edən, başqa bir yerdə evləndikdə, son evləndiyi yermi vətəni-əsli olur?

CAVAB

Bəli.

Sual: Hər həftə Naxçıvandan Göygölə gedib-gəlirəm. Hər həftə gedəcəyimi bildiyimə görə, dövlət işi səbəbilə iqamət etdiyim Naxçıvanda da səfəri olurammı?

CAVAB

Səfərə çıxıldıqda səfərilik başlayır. Bilmək və təxminlə səfərilik olmaz. Niyyətlə iş bir arada olduqda səfərilik olur.

Göygölə getmək üçün Naxçıvandan çıxdıqda səfəri olursunuz. Göygöldən Naxçıvana gəldikdə də, bir həftə sonra təkrar getməyə qərar verilmişsə, Naxçıvanda da səfəri sayılır.

Sual: Vətən-əslim Oğuz ikən Bakıda evləndim. Xanımım rəhmətə getdi. Hələ də Bakıda yaşayıram. Vətəni-əslim haradır?

CAVAB

Başqa bir yerə daimi köçmədiyiniz müddətdə vətəni-əsliniz həmişə Bakı olacaq.

Sual: Gəncədə doğulmuşam. Məmuriyyət səbəbilə Zaqatalada iqamət edirəm. Bir iş səbəbilə Bakıya getdim. 20 gün Bakıda qalmağa niyyət etdim. Sonra Gədəbəyə getmək niyyətilə Bakıdan çıxıb Gəncədə 3 gün qaldım. Sonra Zaqatalaya baş çəkdim. 3 gün də Zaqatalada qaldıqdan sonra Gədəbəyə getdim. Gədəbəydə də 4 gün qaldıqdan sonra Zaqatalaya qayıtdım. Yolda və baş çəkdiyim yerlərdə namazlarımı necə qılmalı idim?

CAVAB

Gəncədə doğulduğunuz üçün vətəni-əsliniz Gəncədir. Zaqatala vətəni-iqamətiniz sayılır. Bakıya gedərkən və qayıdarkən yol boyu 4 rükətlik fərzləri 2 rükət qılmaq lazımdır.

Bakıda 20 gün qalmağa niyyət edildikdə, Zaqatala, vətəni-iqamət olmaqdan çıxar. Bakı vətəni-iqamət olar. Səfər niyyətilə vətəni- iqamətdən çıxdıqda vətəni-iqamət pozulur. Bakıda 15 gündən artıq qalmağa niyyət edilərsə namazlar qısaldılmaz, 4 rükət qılınar. Bakıdan çıxıb Gəncəyə dəydikdə Gəncədə istər bir saat, istər 3 gün qalınsın, Gəncə vətəni-əsli olduğu üçün Gəncədə namazlar heç vaxt qısaldılmaz. Gəncədən Gədəbəyə gedərkən yol boyu yenə namazlar qısaldılar. Zaqatalaya baş çəkilsə 3 gün öz evində qalsa, yenə namazlar qısaldılaraq qılınar. Gədəbəyə getdikdə, 15 gündən az qalındığı üçün orada da namazlar qısaldılar. Zaqatalaya geri gəlindiyində, 15 gündən öncə başqa bir yerə getməyə niyyət etmədikcə Zaqatalada namazlar qısaldılmaz.

Sual: Eyni şəxs, Zaqatalada evlənsə və eyni yolları getsə namazlarını necə qılmalıdır?

CAVAB

Gəncə vətəni-əsli olmaqdan çıxmış, Zaqatala vətəni-əsli olmuşdur. Gəncədə namazlarını qısaltmalıdır. Zaqatala vətəni- əsli olduğu üçün neçə günlüyünə gələrsə gəlsin Zaqatalada namazlarını qısaltmaz. Digər yerlər eynidir.

Sual: Eyni məmur, pensiyaya çıxıb Bakıda yaşasa, yuxarıdakı yerlərə getsə namazlarını necə qılmalıdır?

CAVAB

Bakıya daimi köçsə, Zaqatala vətəni-əsli olmaqdan çıxacaq. Gəncə isə daha əvvəl vətəni-əsli olmaqdan çıxdığı üçün Bakı xaricində 15 gündən az qaldığı yerlərdə namazlarını qısaldacaqdır.

Sual: Eyni şəxs, Yevlaxa getmək üçün yola çıxsa, Qobustanda bir neçə gün qaldıqdan sonra unutduğu bir şeyi götürmək üçün Bakıya gəlib, təkrar Yevlaxa yola düşsə, namazlarını necə qılmalıdır?

CAVAB

Yevlaxa getmək üçün Qobustanda olduğu müddətdə namazlarını qısaltmalıdır. Hətta bu gün-sabah gedərəm deyib Qobustanda 15 gündən artıq qalsa, yenə namazlarını qısaltmalıdır.

Əgər Qobustanda 15 gündən artıq qalmağa niyyət edərsə, Qobustan vətəni-iqaməti olar və namazlarını qısaltmaz.

Unutduğu şeyi götürmək üçün Bakıya qayıtmağa qərar verdikdə, Qobustan Bakı arası 104 km-dən az olduğu üçün namazlarını dörd rükət qılar. Bakıda isə, ora vətəni-əsli olduğu üçün həmişə dörd rükət qılmalıdır.

Təkrar Yevlaxa yola çıxsa, çıxışdan etibarən namazlarını qısaldaraq qılmalıdır.

Sual: 15 gündən artıq qalmaq niyyətilə Gəncədən Bakıya getdim. Bakıya gəldikdə işimin bir neçə gündə bitəcəyini anladım. Yəni 15 gündən artıq qalmayacağıma qərar verdim. Bakıda səfəriyəm,yoxsa mükiməm?

CAVAB

15 gündən az qalmağa qərar verdiyiniz andan etibarən səfərisiniz.

Sual: Vətəni-əslim Bərdədir, Saatlıda evlənib bir gün qaldıqdan sonra Gəncəyə gəldim. Daimi qalmaq niyyətim yoxdur. Vətəni- əslim haradır?

CAVAB

Evlənilən yer vətəni-əsli olur. Doğulduğu yer vətəni-əsli olmaqdan çıxar. Sizin vətəni-əsliniz Saatlıdır. Gəncədə daimi qalmağa niyyət etsəniz Gəncə vətəni-əsliniz olar.

Sual: Bakıda tələbəyəm. Hər şənbə günü bir iş üçün səfəri uzaqlığına gedirəm. Səfərdən dönüşdə də, bu həftə də filan yerə gedəcəyəm deyə niyyət edirəm. Bakıda səfəri olurammı?

CAVAB

Səfərə getmək fikrinizi dəyişdirmədikcə davamlı səfəri olursunuz.

Sual: Səfərilik, yatsı namazını kərahət vaxtına saxlamaq üçün üzrlü səbəb sayılırmı?

CAVAB

Bəli, üzrlü səbəb sayılır.

Sual: Bir ay qalmaq üçün, Naxçıvandan Zərdaba getdim. 2 gün qaldıqdan sonra, qayıtmağa qərar verdim. Qərardan etibarən səfəriyəmmi?

CAVAB

Bəli.

Sual: Vətəni-əslim Şəkidir. Bakıda iqamət edirəm. Hər həftə Şamaxıya gəlib üç gün sonra Bakıya qayıdıram. Davamlı səfərimi oluram?

CAVAB

Bəli, davamlı səfərisiniz.

Sual: Səfərə tək başına çıxarkən, bir neçə yoldaşa (Sən də gəl) deyə təklif etdikdə, tək getmək məkruhundan qurtulmuş oluruqmu?

CAVAB

Olunmaz.

Sual: Həsən Əliyev küçəsindəki Yataqxanadan səfərə çıxan, nə vaxt səfəri sayılır?

CAVAB

Qəbirstanlıq və ya fabrik-zavodları keçdikdə səfəri sayılır.

Sual: Məmuriyyət səbəbilə bir yerdə illərlə qalmağa niyyət edilsə, ora vətəni-əsli olarmı?

CAVAB

Bir kimsə, təhsil və ya vəzifə üçün bir yerdə illərlə qalmağa və sonra buradan çıxmağa niyyət edərsə, ora vətəni-iqamət olar. Daimi qalmaq üçün köçsəydi, bura vətəni-əsli olardı.

Sual: Bir neçə ay qalmaq üçün Naxçıvana gedəcəyəm. Gecələri Naxçıvanda qalıb, gündüzləri rayon və kəndlərinə gedəcəyəm. Naxçıvan vətəni-iqamət olacaqmı?

CAVAB

Gecələri Naxçıvanda, gündüzləri başqa yerdə qalmağa niyyət edilərsə, Naxçıvan vətəni-iqamət olacaq.

Sual: Masallıda yerləşən İstisu  sanatoriyasına qalmaq üçün 15 günlüyünə gedən, orada səfəri olarmı?

CAVAB

Səfəri uzaqlıqdan İstisu sanatoriyasına gələn kimsə, giriş-çıxış günləri xaric, 15 və ya daha artıq gün qalarsa mükim olar. Lakin giriş-çıxış günləri ilə birlikdə 15 gün qalarsa səfəri olar. Çünki giriş-çıxış günləri sayılmadığı üçün 13 gün qalmış olur. 5 gün qaldıqdan sonra, bir yoldaşı, (Mənim bağ evimdə 15 günlük də sən qal) desə, o da qəbul etsə, qərar verdiyi andan etibarən mükim olar. 15 gündən artıq qalacağı üçün mükim olar. Namazlarını qısaltmaz.

Bəzi kimsələr, (Bura da sizin evinizdir. Burada neçə gün istəyirsiniz qalın, həmişə mükim olacaqsınız) deyirmişlər. Ora kirayə qaldığımız bağ evi olmayıb hamısı bizim şəxsi evimiz olsa da, yenə mükim olmarıq. Mükim olmanın şərtləri vardır. Ancaq vətəni-əsli hər zaman mükim sayılır. İkinci, üçüncü, dördüncü evimiz, vətəni-əsli deyil ki, mükim olaq. 15 gündən az qaldıqda səfəri, 15 gündən artıq qaldıqda mükim sayılır.

Sual: Bakı Basqal arası təxminən 120 km-dir. Bakıdan Basqala gələn səfəri olarmı?

CAVAB

Bəli, Basqal, müstəqil rayon qəbul edildiyi üçün, səfəri olar.

Sual: Bakıdan Gəncəyə bir ay qalmaq üçün gedən bir kimsə, Gəncədə bir gün qaldıqdan sonra, qayıtmağa qərar versə, mükimlikdən çıxıb səfəri olacaqmı?

CAVAB

Gəncədə qalmaq qərarını dəyişdirənə qədər mükimdir. Sonra səfəri kimi geri dönəcək. (Hindiyyə)

Sual: Vətəni-əslinin üstündən təyyarə ilə keçdikdə səfərilik bitərmi?

CAVAB

Bəli.

Sual: 6 ay evləndiyi bağ evində, 6 ay şəhərdə qalanın vətəni-əsli haradır?

CAVAB

Şəhərdir.

Sual: Bakıdan Çuxuryurda gələn səfəri olurmu?

CAVAB

Bəli.

Sual: Su altında qalıb kəndi dağılanın vətəni-əslisi haradır?

CAVAB

Yeni məskunlaşdığı yerdir.

Sual: Vağzal və oteldə, namaz qılınan otaq, məscid hökmündədirmi?

CAVAB

Xüsusilə namaz üçündürsə və camaat ilə qılınırsa bəli, məscid hökmündədir.

Sual: Bakıda iqamət edirəm. Qubaya getdim. Hər həftə Bakıya gəlib 3 gün sonra Qubaya qayıdıram. Namazları necə qılmalıyam?

CAVAB

Davamlı səfərisiniz.

Sual: Göygöldə vətəni-iqamətdəyəm. Bakıya iki günlüyünə gəlirəm. Göygölə qayıdarkən bir həftə sonra təkrar Bakıya qayıtmağa niyyət edirəm .Göygöldə də səfəri olurammı?

CAVAB

Bəli. Hər iki yerdə səfəri olursunuz.

Sual: Vətəni-əslimə getdim. Bir şey almaq üçün vətəni-iqamətimə qayıdıram, namazı necə qılacağam?

CAVAB

Səfəri kimi qılacaqsınız. Çıxmaqla pozulmuşdur.

Sual: Vətən-ı əslim Şəkidir. Şamaxıdan İçərişəhərə gəlsəm, səfəriyəmmi?

CAVAB

Bəli.

Sual: Malikini təqlid edən, on gün qaldığı səfərdə, səfəri olurmu?

CAVAB

Səfəri olmaz.

Sual: Malikidə 3 gündən çox qalınan yerdə, fərzlər qısaldılırmı?

CAVAB

Xeyr.

Ev olmayan ada

Sual: Ev olmayan bir adaya, ərzaq aparıb düşərgə qurularaq, iyirmi gün çadırda qalınsa mükim sayılırmı?

CAVAB

Bəli, mükim sayılır, çünki çadır ev sayılır. Çadırsız qalınsa səfəri olar. Çünki ev olmayan adada, çöldə çadırsız qalan kimsələr , mükim olmaz. (Rəddül-muxtar)

Sual: Səfəri ikən zöhrü ikindi vaxtına təxir etdik. Gedəcəyimiz yerə çatdıqda mükim olduq. Çatdığımızda ikindi(əsr) vaxtı da hələ çıxmamışsa zöhr və ikindini cəm edərkən dördmü, yoxsa ikimi qılmalıyıq?

CAVAB

Artıq mükim olduqda cəm edilməz. Zöhr qəza edilir. Qəzaya bir üzrlə qaldığı üçün günah olmaz. İki rükət qəza edilir. İkindi də dörd rükət qılınır.

Sual: Vətəni-əslisi Xızı, vətəni-iqaməti Sumqayıt olan bir kimsə, Sumqayıtdan, səfəri uzaqlığında olmayan Xızıya getsə, Xızıdan Qəbələyə getmək fikrilə Sumqayıta gəlsə, Sumqayıtda üç gün qaldıqdan sonra Qəbələyə getsə, Sumqayıtdakı evində namazlarını necə qılmalıdır?

CAVAB

Vətəni-əslisi olan Xızıya getdikdə, Sumqayıt vətəni-iqamət olmaqdan çıxar. Qəbələyə getmək üçün Xızıdan çıxıb, Sumqayıtda 15 gündən az qalınacağı üçün, Sumqayıtda olduğu müddətdə səfəri olacaq.

Sual: Səfərilikdə məsafəni hesablayarkən qalacağı yerin mərkəzimi və ya evimizin qarşısımı əsas götürüləcək? Getdiyimiz yerdə də vəziyyət eynimi olacaq?

CAVAB

Olduğumuz yerdəki fina adlanan yerdən, getdiyimiz yerin finasına qədər hesablanır. Yəni, bir yerə girərkən də, çıxarkən də fina adlanan yer əsas götürülür. Fina, kəndin, qəsəbənin bitdiyini göstərən çıxışdakı boş ərazilərdir. Böyük qəbristanlıqlar, fabrik, məktəb, hərbi hissə kimi yerləri də ötüb keçmək lazımdır.

Sual: Bir kəsin uzaq yoldan gəlməsi və 15 gündən az qalması onu məmləkətində səfəri edərmi?

CAVAB

Vətəndə səfəri olmaz. Beş dəqiqə belə qalsa səfəri olmaz.

Sual: Səfəri olan nəcasəti təmizləmək üçün su tapmasa nə etməlidir?

CAVAB

Səfəri olan, bir mil içində su tapmazsa, nəcasətli örtü ilə qılar və təkrar qılmaz. Heç təmiz paltar tapa bilməyən kimsənin də, namazı tərk etməsi caiz deyildir. Dörddə birindən azı təmiz olan örtünəcək bir örtüdən başqa bir şey tapa bilməyən kimsə, bu örtü ilə qılar və ya oturub ima ilə qılar. Dörddə biri təmiz olan örtü ilə, ayaq üstə qılar və namazını təkrarlayıb qılmaz.

Variant 1: Malikini təqlid edən, gəldiyinin ilk 2 günü nə qədər qalacağını bilmir. Gəldiyindən 2 gün sonra, 1 gün daha qalacağını anladı. Bu vəziyyətdə namazları necə qılacaq? (İlk 2 gündə necə və sonrakı 1 gündə necə qılacaq?)

CAVAB

Hər üç gündə də səfəri qılacaq.

Variant 2: Gəldiyinin ilk 2 günü nə qədər qalacağını bilmir.

Gəldiyindən 2 gün sonra, 4 gün daha qalacağını anladı. Bu vəziyyətdə namazları necə qılacaq? (İlk 2 gündə necə və sonrakı 4 gündə necə qılacaq?)

CAVAB

İlk iki günü səfəridir, digər dörd gün mükimdir.

Variant 3: Gəldiyinin ilk 6 günü nə qədər qalacağını bilmir.

Gəldiyinin ilk 6 günü, 5 gün daha qalacağını anladı. Bu vəziyyətdə namazları necə qılacaq? (İlk 6 gündə necə və sonrakı 5 gündə necə qılacaq?)

CAVAB

İlk gündən altı günə qədər, bu gün-sabah gedərəm deyə qalıbsa, hamısını da səfəri qılar, 18 günə qədər belədir. Altı gündən sonra beş gün qalacağına qərar veribsə artıq mükimdir.

Malikini təqlid etməyərək, yəni Hənəfidə;

Variant 1: Gəldikdən ilk 13 gününə qədər qalacağını bilmir.

Gəldiyindən 13 gün sonra, 1 gün daha qalacağını anladı. Bu durumda namazları necə qılacaq? (İlk 2 gündə necə ve sonrakı 1 gündə necə qılacaq?)

CAVAB

Gəldiyindən etibarən davamlı səfəri qılar.

Variant2: Gəldikdən ilk 13 gününə qədər qalacağını bilmir.

Gəldiyindən 13 gün sonra, 4 gün daha qalacağını anladı. Bu vəziyyətdə namazları necə qılacaq? (İlk 2 gündə necə və sonrakı 4 gündə necə qılacaq?)

CAVAB

13 gün niyyət etmədən bu gün-sabah gedərəm deyə qalsa deyil, 2 və ya 3 gün 14 daha qalacağına niyyət etsə yenə həmişə səfəri olar. 14 gün sonra yenə 14 gün qalacağına niyyət etsə, yenə səfəridir, 15 gündən artıq qalmağa niyyət etmədiyi müddətdə davamlı səfəridir.

Sual: İşimə görə təxminən, gündə orta hesabla 400 km. səfər edirəm. Bu səfərlər məsələn; 200 km-lik bir nöqtəyə gediş və dönüş şəklində olur və hər axşam yenə evimə geri qayıdıram, bir sözlə, getdiyim yerlərdə heç gecəni keçirmirəm. Bu vəziyyətdə namazları səfəri kimi qılmalıyam? Həmçinin, səfərə bir gün gedib bir gün getmədiyimdə də bu səfərilik halı davam edərmi?

CAVAB

Bəli, getdiyiniz yerlərdə və yollarda davamlı səfəri olursunuz. Əgər eviniz vətəni-əslidə deyil, iqamət etdiyiniz yerdədirsə, öz evinizdə də davamlı səfəri olursunuz.

Sual: Evləndiyi yer, (ilk gecəni keçirib zifafa girdiği yermi) deməkdir?

CAVAB

Bəli. Məsələn, Bakıda toyu olan, lakin Şəkidə  zifafa  girən kəs Şəkidə evlənmiş sayılır.

Sual: Xanımımı Şəkidən, qardaşım öz xanımıyla birlikdə gətirə bilərmi?

CAVAB

Saleh naməhrəm də gətirə bilər. Səfərə göndərə bilməzsiniz. Saleh naməhrəm fasiq məhrəmdən daha yaxşıdır.

Sual: Axşam namazını qılmadan Bakıdan Gəncəyə avtobusla gedərkən tıxacdan ötrü, şəhəri çıxmadan işa vaxtı girsə, nə etmək lazımdır?

CAVAB

Şəhərdən çıxdıqda, digər üç məzhəbdən birini təqlid edərək axşamla işanı cəm etmək lazımdır.

Səfərə tək başına çıxmaq

Sual: S. Əbədiyyədə, (Bir və ya iki kişinin səfərə çıxması məkruhdur. Üç kişinin getməsi məkruh olmaz. Dörd kişinin getməsi və aralarından birini əmir [başçı] seçmələri sünnətdir) deyilir. Bir nəfər, şəhərlərarası avtobusla, qatarla, təyyarəylə, buxar gəmisilə uzun yola çıxsa, tək başınamı getmiş sayılır? Yəni məkruh olurmu?

CAVAB

Xeyr, məkruh olmaz, çünki yanında bir çox insan vardır.

Gecə qalınacaq yer

Sual: Səfərilik məsafəsində olan bir şəhərə gedib, gecələri bu şəhərdə qalsaq, gündüzləri isə müxtəlif  səbəblərlə bu şəhərin rayon və kəndlərinə gedəcək olsaq, bu şəhərdə mükimmi oluruq, yoxsa səfərimi oluruq?

CAVAB

Gecə qalınan yerə etibar edilir. Bu şəhərdə 15 gündən az qalmaq niyyətilə getmişiksə səfəri oluruq, 15 gündən çox qalmaq niyyətilə getmişiksə mükim oluruq.

Adaya düşərgə qurmaq

Sual: Ev olmayan bir adaya ərzaq apararaq düşərgə qurulub iyirmi gün çadırda qalınsa mükim sayılarmı?

CAVAB

Bəli, mükim olur; çünki çadır ev sayılır.

Vətənı əslinin dəyişməsi

Sual: Gəncədə doğuldum, Ağdaşda zifaf oldu. İndi Bakıda iqamət edirəm. Bir ay sonra daimi qalmaq üçün Şəkiyə köçəcəyəm. Mənim vətəni-əslim haradır?

CAVAB

Hər kəsin vətəni-əslisi doğulduğu yerdir. Evləndikdə, doğulduğu yer vətəni-əsli olmaqdan çıxar. Şəkiyə köçənə qədər vətəni- əsliniz Ağdaşdır. Köçdükdən sonra vətəni-əsliniz Şəki olacaqdır.

Sual: Ən az 6 ay qalmaq niyyətilə ABŞ-a gələn kimsə normal vaxtın namazlarını səfəri kimi qılmalıdır?

CAVAB

15 gündən artıq qaldığı yerdə normal qılmalıdır.

Səfərdə səfəri [qonaq] olmağın ölçüsü

Sual: Bir kimsə, avtobusla, Bakıdan səfəri uzaqlığında olmayan Novxanıya 14 gün qalmaq üçün getsə, orada 3 gün qaldıqdan sonra Göyçaya getsə, Göyçayda 3 gün qalıb Bakıya qayıtmaq üçün təkrar Novxanıya qayıtsa, Novxanıda 8 gün daha qalıb Bakıya qayıtsa, Novxanıda və Göyçayda səfəri, yəni qonaq olarmı?

CAVAB

Bu vəziyyət, Hənəfini və Malikini təqlid edənə görə dəyişir:

Malikini təqlid etməyən Hənəfi:

Bakıdan çıxarkən Göyçaya da gedəcəyinə niyyət edərsə Novxanıda da, Göyçayda da səfəri olar. Həm gedərkən, həm də qayıdanda səfəri olar.

Göyçaya gedəcəyinə Novxanıda qərar veribsə, Novxanıda da Göyçayda da səfəri olmaz. Çünki Bakı Novxanı arası, səfəri uzaqlığında deyildir. Novxanıda səfəri olmadığı üçün, Göyçaya getdikdə də səfəri olmaz. Göyçaydan qayıdanda Bakıya getmək niyyətilə yola çıxdığı üçün, yəni səfəri uzaqlığında bir yerə getməyə niyyət etdiyi üçün, Göyçaydan çıxar-çıxmaz səfəri olur. Novxanıda və Bakıda, evinin əhatəsində, fina adlanan bölgəyə gələnə qədər səfəridir.

Malikini təqlid edən Hənəfi:

Bakıdan çıxarkən Göyçaya da gedəcəyinə niyyət edən, Novxanıda da, Göyçayda da səfəri olar. Çünki Novxanıda üç gün qalacaqdır.

Göyçaydan qayıdanda, Novxanıya qədər səfəri olur. Novxanıda 4 gündən artıq qalacağı üçün səfəri olmaz. Novxanıdan Bakıya qayıdanda da səfəri olmaz. Çünki Novxanı Bakı arası səfəri məsafəsində deyildir.

Əgər Göyçaya gedəcəyinə Novxanıda qərar veribsə, həm Novxanıda, həm də Göyçayda səfəri olmaz. Qayıdanda Bakıya getməyə qərar verdiyi üçün Göyçaydan çıxar-çıxmaz səfəri olsa da, Novxanıda yenə səfəri olmaz, mükim olar. Novxanıdan Bakıya qayıdanda da səfəri olmaz. Əgər Bakıya Novxanıya baş çəkmədən gedərsə, Göyçaydan çıxar-çıxmaz səfəri olar. Bakıya getməyə Göyçayın harasında qərar veribsə, oradan çıxdıqda səfəri olar.

Səfəri olmaq üçün

Sual: Hədisləri inkar edənlər, (Nisə surəsinin 101-ci ayəsində bildirilən həyat təhlükəsi xaricində səfəri sayılmaz) deyirlər. Peyğəmbər əfəndimizin səfərilik haqqında bildirdikləri niyə qəbul edilmir?

CAVAB

Peyğəmbər əfəndimizin sözlərini qəbul etməyən, Allahü təalanın bildirdiklərini də qəbul etməz. Qəbul etsə, (Rəsula itaət, mənə itaətdir)məalindəki ayələrə inanar. Ayələrin bir qismini inkar edib, bir qisminə inanan görünənlərin, din haqqındakı sözlərinə necə etibar edilsin?

Peyğəmbər əfəndimiz, Nisə surəsinin, (Yer üzündə səfərə çıxdıqda, namazı qısalda bilərsiniz!) məalindəki yüz birinci ayəsini açıqlamış, səfərdə namazlarını qısaldmış və qısaldılmasını əmr etmişdir. Bu mövzuda bir neçə Hədisi-şərif:

(Allahü təala səfərdə, dörd rükətli namazları iki rükət qılmağı əmr etmişdir.) [Tirmizi, Nəsai, Əbu Davud]

(Səfərdə namazı tamam qılan, mükimkən əksik qılan kimidir.) [Darə Kutni, İbni Nəccar]

İbni Abbas həzrətləri buyurur ki: Allahü təala, Rəsulullahın diliylə, dörd rükətli fərzləri, səfərdə iki rükət qılmağı əmr etmişdir. (Müslim, Əbu Davud, Nəsai)

İbni Məsud həzrətləri də, Rəsulullahın səfərdə yatsının dörd rükət fərzinı iki rükət qıldığını bildirmişdir.(Buxari)

Həzrəti-Ömər buyurur ki: Rəsulullah, cümə namazını iki, səfərdə dörd rükətli namazları iki, Qurban və Ramazan Bayramı namazlarını da iki rükət qılmışdır. (Nəsai)

Əshabı-kiramdan Abdullah İbni Ömər həzrətlərindən, (Nisə surəsində, sadəcə qorxu halında və səfərdə namazı qısaltmağa izn verildiyi halda, niyə namazları qısaldırıq?) deyə sual olunduqda, (Rəsulullah, bizə dinimizi izah edərkən, səfərdə namazı iki rükət qılmağı öyrətdi)buyurdu. (Nəsai)

Hənəfi alimləri, bu və bənzəri Hədis-şərifləri dəlil göstərərək, səfərdə dörd rükətli fərzləri iki rükət qılmağın vacib olduğunu bildirmişdir. (Taxtavi)

Rəsulullaha, onun Əshabı-kiramına və məzhəb alimlərinə etibar etməyən məzhəbsizlərə əsla etibar edilməz.

Sual: Səfəri olan bir kimsə, orucunu qəzaya saxlaya bilərmi, bir də cümə və bayram namazlarını qılmalı, qurban kəsməlidirmi?

CAVAB: Səfəri olan bir kimsənin, orucunu qəzaya saxlaması, məst üzərinə üç gün müddət ilə məsh etməsi caizdir. Cümə və bayram namazlarını qılması və qurban kəsməsi də lazım olmaz.

Sual: Doğulduğum yer Oğuzdur, burada 3 yaşına qədər yaşamışam. Buradan sonra 3 il Ağdamda, 5 il Naxçıvanda, 15 il Gəncədə yaşadım. 4 ildən bəridir ki Bakıda yaşayıram. Əgər mən Oğuza 3 gündən az qalmaq üçün getsəm Oğuzda səfərimi oluram, yoxsa mükimmi? Bu sualım daha əvvəl yaşadığım rayonlar üçün də keçərlidir.

CAVAB

Oğuz vətəni-əsliniz, digər bütün rayonlar vətəni-iqamət olur. Oğuza bir saatlığına da getsəniz mükim olursunuz, orada səfəri olmursunuz.

Sual: Məmləkətim Ağcabədidir. Bakıda işləyirəm. Evli deyiləm. 1 həftəliyinə Ağcabədiyə ailəmin yanına gedirəm. 1 həftə ərzində səfəriyəmmi?

CAVAB

Məmləkətiniz deyil, doğulduğunuz yer Ağcabədidirsə, ancaq yolda səfəri olarsınız. Ağcabədidə mükim olarsınız, yəni namazları Ağcabədidə ikən qısaltmazsınız.

Sual: Tez-tez tətil səbəbilə rayon və vəzifə yerimiz arasında gedib-gəlməkdəyəm. Öz rayonumdan vəzifə yerinə gedərkən (104 km-dən artıq), və ya tam əksi halda, namazlarımı səfərimi, yoxsa normalmı qılmalıyam?

CAVAB

Yollarda səfəri qılacaqsınız. Daimi iqamətə niyyət etdiyiniz yer yoxdursa, evləndiyiniz yer haradırsa, ora vətəni-əslinizdir. Oraya girdikdə bir gün və ya bir saat belə qalsanız namazları tam qılacaqsınız. Başqa şəhərlərdə isə15 gündən az qalsanız səfəri qılacaqsınız.

Sual: Gəncədə iqamət edən, eyni zamanda tələbə olub evli olmayan bir xanım (Atasının doğulduğu yeri və rayonu Ağdam, özünün doğulduğu yer Gəncə) Ağdama 10 günlüyünə gedərsə (Hənəfi məzhəbində olub diş dolğusu olduğu üçün Malikini təqlid edir) yolda və oraya getdikdə səfərilik vəziyyəti necə olacaq?

CAVAB

O xanımın doğulduğu yer Gəncədir, Gəncə vətəni-əslisidir. Ağdama gedərkən yolda səfəri kimi namazlarını qılar. Ağdamda giriş çıxış günləri daxil 5 gündən artıq qalacağı üçün səfəri ola bilməz, mükim olar, yəni namazlarını tam qılar, qısaltmaz. Yolda dörd rükətlik fərzləri iki qılar, üç rükətliləri eynilə qılar, sünnətləri isə vaxt müsaitdirsə qılar, deyilsə qılmaz.

Sual: Səfəri olan kimsə Cümə günü zöhrü-axırı iki rükətmi,yoxsa dörd rükətmi qılar?

CAVAB

İki rükət qılar.

Sual: Bir müddətliyə Amerikadayıq. Namaza evə çatmayacağımız zaman, maşını bir kənara çəkib, qibləni taparaq ayaqlarımızı altımıza yığaraq maşının içərisində imayla namaz qılırıq, doğru olurmu?

CAVAB

Ayaq üstə qılmalısınız. Ayaq üstə qılmaq imkanı yoxdursa, o zaman oturaraq dediyiniz şəkildə qıla bilərsiniz. Ancaq ayaq üstə qılınacaq yerlər tapılar. Başqalarının namaz qılarkən qadınları görmələri namazı pozmaz.

Sual: Bir kimsənin vətəni-əsli Bakıdır, namazda Maliki məzhəbini təqlid edir. İşlədiyi iş yerindən 21 gün illik məzuniyyətini alaraq yola çıxsa, niyyət olaraq 2 gün Balakəndə, 6 gün Göygöldə, 8 gün Naxçıvanda, bir neçə gün Masallıda və Sabirabadda  gedib qalaram deyə niyyət etsə, getdiyi yerlərdə bu adam namazlarını necə qılacaq?

CAVAB

Hənəfi olanlar davamlı səfəri kimi qılacaqlar. Maliki olanlar da giriş çıxış günləri xaric, 4 gün qaldığınız yerlər mükim, üç gün qaldığınız yerlərdə səfərisiniz.

Sual: İstanbul, New York kimi çox böyük şəhərlərdə şəhərin bir ucundan digərinə 104 km-dən artıq məsafə varsa, şəhərin içində bir ucundan digərinə getdikdə səfəri sayılırmı?

CAVAB

Bəli. Bəylikdüzündən Avcılardan çıxıb İzmitə gedilsə, demək olar ki,yollarda boş yer yoxdur, sanki bir şəhər kimidir. 104 kilometri keçərsə səfəri olar. Ankaraya qədər evlər bitişik olsa, hamısı bir şəhər olsa da yenə səfəri olar.

Sual: Vətəni-əslim İsmayıllıdır. Bakıda qalıram. Qaxa 15 gündən az qalmaq niyyətilə gəldim. Ancaq gəldiyim gündən 3 gün sonra 15 gündən daha artıq qalmağa niyyət etdim. Görəsən, bu üç günlük namazı qəza etməliyəmmi?

CAVAB

Üç gün 15 günün içərisindədirsə səfəri olmazsınız. Çünki niyyət etdiyiniz gündən etibarən 15 və ya daha artıq qalmağa niyyət etməlisiniz. Əgər, üç gün qaldıqdan sonra, yenidən 15 gündən artıq qalmağa niyyət etmisinizsə, o zaman mükim olacaqsınız. Üç gündür qıldığınız namazlar da doğrudur, qəza etmək lazım deyildir. Çünki o zaman səfəri idiniz.

Sual: Deyək ki, saat 20:35-də yatsı namazının vaxtı girir. Saat 21:00-də isə səfərə çıxılacaq. Yatsı namazı səfərə çıxılmadan əvvəlmi qılınmalı, yoxsa səfəri olduqda da qılına bilərmi?

CAVAB

Hər iki halda da qılmaq olar. Əgər səfərə çıxmadan qılınsa, dörd rükət qılınar. Səfərə çıxdıqda qılınsa, iki rükət qılınar.

Sual: Subayam. Naxçıvan vətəni-əslim idi. Daimi qalmaq üçün  gəlib İçərişəhərə köçdüm. Gəncədə evlənəcəyəm. Gəncədə evləndikdə vətəni-əslim hara olacaq?

CAVAB

Davamlı qalacağınız İçərişəhər vətəni-əslinizdir.

Sual: Yolçu, səfərdən qayıdarkən mükim olduğu yerə nə qədər yaxınlaşdıqda səfərilikdən çıxar?

CAVAB

Çıxarkən səfəri olduğu yerə gələnə qədər səfəri sayılır. Gəldikdə mükim olur.

Sual: Vətəni-əslim Naxçıvandır. Ailəmlə Mingəçevirə daimi qalmağa gəldik. Oteldəyik, ev tutduqda əşyalarımız gələcəkdir. Ailə-uşağım daha sonra gəlsəydi vətəni-əslim yenə Mingəçevirmi olacaqdı?

CAVAB

Bəli.

Sual: Sumqayıtda iqamət edərkən anam, doğuş üçün Bakıya getmişdi. Bakıda doğulmuşam. 7 gün sonra Sumqayıta gətirmişdir. Vətəni-əslim haradır?

CAVAB

Sumqayıtdır. Vətəni-süknada doğulanın, vətəni-əsli vətəni-sükna olmaz.

Sual: Xanımı vefat edən, başqa bir yerdə evləndikdə, son evləndiyi yermi vətəni-əsli olur?

CAVAB

Bəli.

Sual: Hər həftə Naxçıvandan Göygölə gedib-gəlirəm. Hər həftə gedəcəyimi bildiyimə görə, dövlət işi səbəbilə iqamət etdiyim Naxçıvanda da səfəri olurammı?

CAVAB

Səfərə çıxıldıqda səfərilik başlayır. Bilmək və təxminlə səfərilik olmaz. Niyyətlə iş bir arada olduqda səfərilik olur.

Göygölə getmək üçün Naxçıvandan çıxdıqda səfəri olursunuz. Göygöldən Naxçıvana gəldikdə də, bir həftə sonra təkrar getməyə qərar verilmişsə, Naxçıvanda da səfəri sayılır.

Sual: Vətən-əslim Oğuz ikən Bakıda evləndim. Xanımım rəhmətə getdi. Hələ də Bakıda yaşayıram. Vətəni-əslim haradır?

CAVAB

Başqa bir yerə daimi köçmədiyiniz müddətdə vətəni-əsliniz həmişə Bakı olacaq.

Sual: Gəncədə doğulmuşam. Məmuriyyət səbəbilə Zaqatalada iqamət edirəm. Bir iş səbəbilə Bakıya getdim. 20 gün Bakıda qalmağa niyyət etdim. Sonra Gədəbəyə getmək niyyətilə Bakıdan çıxıb Gəncədə 3 gün qaldım. Sonra Zaqatalaya baş çəkdim. 3 gün də Zaqatalada qaldıqdan sonra Gədəbəyə getdim. Gədəbəydə də 4 gün qaldıqdan sonra Zaqatalaya qayıtdım. Yolda və baş çəkdiyim yerlərdə namazlarımı necə qılmalı idim?

CAVAB

Gəncədə doğulduğunuz üçün vətəni-əsliniz Gəncədir. Zaqatala vətəni-iqamətiniz sayılır. Bakıya gedərkən və qayıdarkən yol boyu 4 rükətlik fərzləri 2 rükət qılmaq lazımdır.

Bakıda 20 gün qalmağa niyyət edildikdə, Zaqatala, vətəni-iqamət olmaqdan çıxar. Bakı vətəni-iqamət olar. Səfər niyyətilə vətəni- iqamətdən çıxdıqda vətəni-iqamət pozulur. Bakıda 15 gündən artıq qalmağa niyyət edilərsə namazlar qısaldılmaz, 4 rükət qılınar. Bakıdan çıxıb Gəncəyə dəydikdə Gəncədə istər bir saat, istər 3 gün qalınsın, Gəncə vətəni-əsli olduğu üçün Gəncədə namazlar heç vaxt qısaldılmaz. Gəncədən Gədəbəyə gedərkən yol boyu yenə namazlar qısaldılar. Zaqatalaya baş çəkilsə 3 gün öz evində qalsa, yenə namazlar qısaldılaraq qılınar. Gədəbəyə getdikdə, 15 gündən az qalındığı üçün orada da namazlar qısaldılar. Zaqatalaya geri gəlindiyində, 15 gündən öncə başqa bir yerə getməyə niyyət etmədikcə Zaqatalada namazlar qısaldılmaz.

Sual: Eyni şəxs, Zaqatalada evlənsə və eyni yolları getsə namazlarını necə qılmalıdır?

CAVAB

Gəncə vətəni-əsli olmaqdan çıxmış, Zaqatala vətəni-əsli olmuşdur. Gəncədə namazlarını qısaltmalıdır. Zaqatala vətəni- əsli olduğu üçün neçə günlüyünə gələrsə gəlsin Zaqatalada namazlarını qısaltmaz. Digər yerlər eynidir.

Sual: Eyni məmur, pensiyaya çıxıb Bakıda yaşasa, yuxarıdakı yerlərə getsə namazlarını necə qılmalıdır?

CAVAB

Bakıya daimi köçsə, Zaqatala vətəni-əsli olmaqdan çıxacaq. Gəncə isə daha əvvəl vətəni-əsli olmaqdan çıxdığı üçün Bakı xaricində 15 gündən az qaldığı yerlərdə namazlarını qısaldacaqdır.

Sual: Eyni şəxs, Yevlaxa getmək üçün yola çıxsa, Qobustanda bir neçə gün qaldıqdan sonra unutduğu bir şeyi götürmək üçün Bakıya gəlib, təkrar Yevlaxa yola düşsə, namazlarını necə qılmalıdır?

CAVAB

Yevlaxa getmək üçün Qobustanda olduğu müddətdə namazlarını qısaltmalıdır. Hətta bu gün-sabah gedərəm deyib Qobustanda 15 gündən artıq qalsa, yenə namazlarını qısaltmalıdır.

Əgər Qobustanda 15 gündən artıq qalmağa niyyət edərsə, Qobustan vətəni-iqaməti olar və namazlarını qısaltmaz.

Unutduğu şeyi götürmək üçün Bakıya qayıtmağa qərar verdikdə, Qobustan Bakı arası 104 km-dən az olduğu üçün namazlarını dörd rükət qılar. Bakıda isə, ora vətəni-əsli olduğu üçün həmişə dörd rükət qılmalıdır.

Təkrar Yevlaxa yola çıxsa, çıxışdan etibarən namazlarını qısaldaraq qılmalıdır.

Sual: 15 gündən artıq qalmaq niyyətilə Gəncədən Bakıya getdim. Bakıya gəldikdə işimin bir neçə gündə bitəcəyini anladım. Yəni 15 gündən artıq qalmayacağıma qərar verdim. Bakıda səfəriyəm,yoxsa mükiməm?

CAVAB

15 gündən az qalmağa qərar verdiyiniz andan etibarən səfərisiniz.

Sual: Vətəni-əslim Bərdədir, Saatlıda evlənib bir gün qaldıqdan sonra Gəncəyə gəldim. Daimi qalmaq niyyətim yoxdur. Vətəni- əslim haradır?

CAVAB

Evlənilən yer vətəni-əsli olur. Doğulduğu yer vətəni-əsli olmaqdan çıxar. Sizin vətəni-əsliniz Saatlıdır. Gəncədə daimi qalmağa niyyət etsəniz Gəncə vətəni-əsliniz olar.

Sual: Bakıda tələbəyəm. Hər şənbə günü bir iş üçün səfəri uzaqlığına gedirəm. Səfərdən dönüşdə də, bu həftə də filan yerə gedəcəyəm deyə niyyət edirəm. Bakıda səfəri olurammı?

CAVAB

Səfərə getmək fikrinizi dəyişdirmədikcə davamlı səfəri olursunuz.

Sual: Səfərilik, yatsı namazını kərahət vaxtına saxlamaq üçün üzrlü səbəb sayılırmı?

CAVAB

Bəli, üzrlü səbəb sayılır.

Sual: Bir ay qalmaq üçün, Naxçıvandan Zərdaba getdim. 2 gün qaldıqdan sonra, qayıtmağa qərar verdim. Qərardan etibarən səfəriyəmmi?

CAVAB

Bəli.

Sual: Vətəni-əslim Şəkidir. Bakıda iqamət edirəm. Hər həftə Şamaxıya gəlib üç gün sonra Bakıya qayıdıram. Davamlı səfərimi oluram?

CAVAB

Bəli, davamlı səfərisiniz.

Sual: Səfərə tək başına çıxarkən, bir neçə yoldaşa (Sən də gəl) deyə təklif etdikdə, tək getmək məkruhundan qurtulmuş oluruqmu?

CAVAB

Olunmaz.

Sual: Həsən Əliyev küçəsindəki Yataqxanadan səfərə çıxan, nə vaxt səfəri sayılır?

CAVAB

Qəbirstanlıq və ya fabrik-zavodları keçdikdə səfəri sayılır.

Sual: Məmuriyyət səbəbilə bir yerdə illərlə qalmağa niyyət edilsə, ora vətəni-əsli olarmı?

CAVAB

Bir kimsə, təhsil və ya vəzifə üçün bir yerdə illərlə qalmağa və sonra buradan çıxmağa niyyət edərsə, ora vətəni-iqamət olar. Daimi qalmaq üçün köçsəydi, bura vətəni-əsli olardı.

Sual: Bir neçə ay qalmaq üçün Naxçıvana gedəcəyəm. Gecələri Naxçıvanda qalıb, gündüzləri rayon və kəndlərinə gedəcəyəm. Naxçıvan vətəni-iqamət olacaqmı?

CAVAB

Gecələri Naxçıvanda, gündüzləri başqa yerdə qalmağa niyyət edilərsə, Naxçıvan vətəni-iqamət olacaq.

Sual: Masallıda yerləşən İstisu  sanatoriyasına qalmaq üçün 15 günlüyünə gedən, orada səfəri olarmı?

CAVAB

Səfəri uzaqlıqdan İstisu sanatoriyasına gələn kimsə, giriş-çıxış günləri xaric, 15 və ya daha artıq gün qalarsa mükim olar. Lakin giriş-çıxış günləri ilə birlikdə 15 gün qalarsa səfəri olar. Çünki giriş-çıxış günləri sayılmadığı üçün 13 gün qalmış olur. 5 gün qaldıqdan sonra, bir yoldaşı, (Mənim bağ evimdə 15 günlük də sən qal) desə, o da qəbul etsə, qərar verdiyi andan etibarən mükim olar. 15 gündən artıq qalacağı üçün mükim olar. Namazlarını qısaltmaz.

Bəzi kimsələr, (Bura da sizin evinizdir. Burada neçə gün istəyirsiniz qalın, həmişə mükim olacaqsınız) deyirmişlər. Ora kirayə qaldığımız bağ evi olmayıb hamısı bizim şəxsi evimiz olsa da, yenə mükim olmarıq. Mükim olmanın şərtləri vardır. Ancaq vətəni-əsli hər zaman mükim sayılır. İkinci, üçüncü, dördüncü evimiz, vətəni-əsli deyil ki, mükim olaq. 15 gündən az qaldıqda səfəri, 15 gündən artıq qaldıqda mükim sayılır.

Sual: Bakı Basqal arası təxminən 120 km-dir. Bakıdan Basqala gələn səfəri olarmı?

CAVAB

Bəli, Basqal, müstəqil rayon qəbul edildiyi üçün, səfəri olar.

Sual: Bakıdan Gəncəyə bir ay qalmaq üçün gedən bir kimsə, Gəncədə bir gün qaldıqdan sonra, qayıtmağa qərar versə, mükimlikdən çıxıb səfəri olacaqmı?

CAVAB

Gəncədə qalmaq qərarını dəyişdirənə qədər mükimdir. Sonra səfəri kimi geri dönəcək. (Hindiyyə)

Sual: Vətəni-əslinin üstündən təyyarə ilə keçdikdə səfərilik bitərmi?

CAVAB

Bəli.

Sual: 6 ay evləndiyi bağ evində, 6 ay şəhərdə qalanın vətəni-əsli haradır?

CAVAB

Şəhərdir.

Sual: Bakıdan Çuxuryurda gələn səfəri olurmu?

CAVAB

Bəli.

Sual: Su altında qalıb kəndi dağılanın vətəni-əslisi haradır?

CAVAB

Yeni məskunlaşdığı yerdir.

Sual: Vağzal və oteldə, namaz qılınan otaq, məscid hökmündədirmi?

CAVAB

Xüsusilə namaz üçündürsə və camaat ilə qılınırsa bəli, məscid hökmündədir.

Sual: Bakıda iqamət edirəm. Qubaya getdim. Hər həftə Bakıya gəlib 3 gün sonra Qubaya qayıdıram. Namazları necə qılmalıyam?

CAVAB

Davamlı səfərisiniz.

Sual: Göygöldə vətəni-iqamətdəyəm. Bakıya


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину