Sual: Səfəriliyə aid kafi məlumata sahib olmadığım üçün bir yerə getdikdə görəsən səfəriyəm, deyiləmmi deyə qərar verə bilmirəm. Bu vəziyyətdə namazları necə qılmalıyam?
CAVAB
Səfəri olduğundan şübhə edən mükimdir. Namazlarını 4 rükət qılmalıdır. Təxminində yanılsa belə qəsdən 4 qılmadığı üçün üzrlü sayılır. Ancaq səfəri deyilkən 2 qılarsa, qıldığı namazları qəza etməlidir. Ehtiyyatlı hərəkət etməlidir.
Sual: Səfəri olduğumu zənn edib namazı qısaltdım. Qəzası lazımdırmı?
CAVAB
Bəli. Zənn ilə səfərilik olmaz.
Sual: Öz rayonunda səfəri olduğunu zənn etdiyi üçün namazlarını səfəri qaydasına görə qılan adam, daha sonra səfəri olmadığını bildiyi zaman o namazlarını qəza etməlidirmi?
CAVAB
Bəli, etməlidir.
В корзине: 0 шт.
на сумму: 0