Facebook Twitter WhatsApp

Səfəriliyə niyyət

Sual: Üç günlük yola, [məsələn, Bakıdan Gəncəyə] gedən və orada bir həftə qalmağı nəzərdə tutan hər hənəfi avtomatik olaraq səfərimi olur?

CAVAB

Bəli. Getməyə qərar vermək niyyətdir.

Sual: Tam Elmihalda, “Niyyət etməzsə, bütün dünyanı dolaşsa belə, səfəri olmaz” deyilir. Səfərsiz niyyət, niyyətsiz səfər olmaz, ikisi də olmalıdır, deyilir. Biri olmazsa olmaz deyilir. Mən niyyət etmədən təyyarəyə minib Amerikaya getsəm səfəri olmayacağımı anlayıram. Anladığım doğrudurmu?

CAVAB

Anladığınız yalnışdır. Amerikaya getmək üçün bilet alırsınız, təyyarəyə minirsiniz və Amerikaya gedirsiniz. Bunlar niyyət deyildirmi? Bunları öz iradənizlə etmirsinizmi? Niyyət bir işi görməyə qərar vermək deməkdir. Həm Amerikaya gedirsiniz, həm də mən getməyə qərar vermədim deyirsiniz. Getməyiniz qərar verdiyinizi göstərir. Həm niyyət etmiş, həm də səfərə çıxmış olursunuz.

Elmihalda, “Niyyət etməzsə, bütün dünyanı dolaşsa belə, səfəri olmaz” deyildikdən sonra, “Düşməni axtaran əsgərlərin vəziyyəti belədir. Ancaq, geri dönüşdə səfəri olur” ifadəsi var. Əsgərlər düşməni buralarda axtarırlar, səfər məsafəsi olan uzaqlıqda axtarmırlar. Amma axtara-axtara səfər məsafəsini də keçsələr, yenə səfəri olmazlar, çünki oraya getmək üçün niyyət etməmişdilər. Bir yerə getməyə qərar verdikdə səfər məsafəsini keçmək lazımdır, yoxsa oraya getməklə səfəri ola bilməz.

Başqa nümunə göstərək:

Bakıdan Qobustana getmək üçün avtobusa minən kimsə, yolda yatıb qalsa, oyandıqda Sabirabada gəlib çıxsa, Sabirabadda səfəri olmaz. Çünki buraya gəlməyə niyyət etməmişdi. Amma oradan yenidən Bakıya gəlməyə qərar verərsə, o zaman Şamaxıdan çıxar-çıxmaz səfəri olar.

Sabirabaddan Bakıya gəlməyə qərar versə, Sabirabad-Bakı arası səfəri məsafədə olmasa da, yenə səfəri olmaz. Bakıdan da Şabrana getsə, yenə səfəri olmaz. Çünki səfər məsafəsi qədər getmir. Şabrandan da Xızıya gedim desə, yenə səfəri olmaz, beləliklə səfər məsafəsi olmayan yerlərə gedərək dünyanı dolaşsa səfəri olmaz.

Səfəriliyə niyyət şərtdir

Sual: Səfəri olmaq üçün, niyyət şərtdirmi?

CAVAB

Bəli, niyyət şərtdir. Məsələn, bir kimsə, Gəncədən 50-60 km uzaqlıqdakı Yevlaxa getmək üçün avtobusa minsə, avobusda yatıb qalıb, Kürdəmirə çatdıqda oyansa, Gəncə-Kürdəmir arası səfərilik məsafəsində olduğu halda Kürdəmirə niyyət edərək gəlmədiyi üçün səfəri olmaz. Bir kimsə də Gəncədən Kürdəmirə getmək üçün avtobusa minsə; ancaq mən səfərə niyyət etmirəm desə də, səfəri uzaqlığa getməyə qərar verdiyi üçün səfəri olur. Bu qərarı niyyət sayılır. Yəni, gedəcəyi yer səfərilik məsafəsindən artıqdırsa, niyyət etməsə də səfəri olur; səfərilik məsafəsindən azdırsa, səfəriliyə niyyət etsə də səfəri olmaz. Deməli, səfəriliyin baş tutması üçün, həm səfəri uzaqlıq, həm də niyyət şərtdir.

Səfərilikdə niyyət

Sual: Bir kimsə, 80 km uzaqlıqdakı A şəhərinə getsə, sonra, bir işi çıxıb A şəhərinə 85 km uzaqlıqdakı B şəhərinə gedib, təkrar A şəhərinə qayıtsa, B şəhərində səfəri olarmı?

CAVAB

Səfəri olmaz. Əgər A şəhərinə gedərkən, B şəhərinə də baş çəkəcəyini bilirsə, o zaman həm A şəhərində, həm də B şəhərində səfəri olar.

Səfərilikdə niyyət

Sual: Bir kimsə, səfər uzaqlığındakı A şəhərinə cəmi 30 gün qalmaq üçün getsə, gedərkən orada on gün qaldıqdan sonra, 10 km uzaqlığındakı B şəhərinə gedib, orada on gün qaldıqdan sonra, 10 km uzaqlıqdakı D şəhərinə getsə, orada da on gün qaldıqdan sonra təkrar A şəhərinə gəlsə, 30 gün davamlı səfərimi olur?

CAVAB

Xeyr, səfəri olmaz, mükim olar. Mükim olduqdan sonra, səfəri uzaqlığına gedilmədikcə davamlı mükim olur. Əgər, çıxarkən, B və D şəhərində hərəsində 10 gün qalacağını bilərsə, 30 gün davamlı səfəri olardı. Eyni vəziyyətdə, Malikini təqlid edən isə davamlı mükim olardı.

Səfəri olmamaq üçün hiylə

Sual: Bakı İçərişəhər-Saatlı arası, səfəri məsafəsində olduğu üçün bir qadın yanında məhrəmi olmadan Saatlıya gedə bilmir. Mollanın biri, bir hiylə tapıb. “Qobustan və ya Ələtə qədər niyyət etməzsiniz, sonra niyyət etsəniz də, onsuz da səfəri olmazsınız və məhrəmsiz Saatlıya gedə bilərsiniz” deyib. Bu cür bir niyyətlə bir qadının Bakıdan Saatlıya məhrəmsiz getməsi caiz olarmı?

CAVAB

Qətiyyən caiz olmaz. O zaman niyə Qobustanda niyyət edir ki? Saatlıya qədər heç niyyət etməsin. Ələtə də  niyyət etmədən getsin, Gəncəyə də niyyət etmədən getsin. O zaman bir kimsə niyyət etmədim deyərək dünyanı dolaşsa səfəri olmaz. Səfərilik deyə bir şey qalmaz. Niyyət, bir yerə getməyə qəlbdən qərar vermək deməkdir. Səfəri olmamaq üçün niyyət etmirəm demək keçərsizdir. Gəncəyə getmək üçün qərar verib bileti almaq niyyətdir. Gəncəyə getməyə qərar versə, biletini də alsa, mən səfərə niyyət etdim desə; lakin getməsə səfəri olmaz. Deməli, səfəri olmaq üçün həm niyyət, həm də getmək lazımdır. Qərar verib getdiyi halda, mən niyyət etmədim deməsi keçərsizdir. Buna hiyləyi-şəriyyə deyilməz, hiyləyi-batilə, yəni batil olan hiylə deyilir.

Qəbələdə mükim olub qurban kəsmək üçün də belə keçərsiz hiylə edirlərmiş. Quru yoluyla gedərkən, Qobustana qədər niyyət edilmirmiş, sonra niyyət edilirmiş. Madam ki, istənildiyi zaman niyyət etmək olar, heç niyyət edilmədən gedilsin! Amma bu yalnış olar. Qəbələyə getməyə qərar vermək niyyətdir. 104 kilometrdən artıq gedən səfəri olur, kəsəcəyi qurban da nafilə olur.

Səfərdə niyyət dəyişdirmək

Sual: Bakıdan gəlib səfəri uzaqlığındakı Lerikdə 20 gündən artıq qalmağa niyyət etdim. 17-ci gün Gəncəyə getməyə qərar verdim. Qərar verdikdən sonra Lerikdə səfəriyəm, yoxsa mükiməm?

CAVAB

Mükim səfərə çıxmağa niyyət etməklə səfəri olmaz. O yerin fina adlanan yerlərini keçdikdə, ancaq o zaman səfəri olar. Amma səfəri ikən mükimliyə qərar verərsə, məsələn, 3 gün qalmaq üçün gəldiyi yerdə 20 gün qalmağa qərar versə, qərar verdikdən etibarən mükim olar.

Lerikdə 20 gün qalmağa qərar verib 3 gün qaldıqdan sonra Gəncəyə getməyə qərar versə, hələ mükimliyi olmadığı üçün niyyət dəyişdirdikdən sonra səfəri olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину