Facebook Twitter WhatsApp

Səfəriliklə bağlı nümunələr

Sual: Səfəriliyə aid nümunələr verə bilərsinizmi?
CAVAB
1- Vətəni-əslisi Naxçıvan olan bir nəfər ailəsi ilə Bakıya daimi məskunlaşmaq üçün gəlsə və oteldə qalsa, əşyaları ev tutduqdan sonra gəlsə, ailə-uşağı daha sonra gəlsə belə,  o adamın vətəni-əslisi Bakıdır.
2- Vətəni-əslisi Lənkəran olan bir atanın özü İçərişəhərdə qalarkən, Lənkəranda qalan xanımı İçərişəhərə gəldikdə uşaq dünyaya gətirsə, uşağı İçərişəhərdə iqamət edən atanın yanında qoyub Lənkərana getsə, uşağın vətəni-əsli İçərişəhərdir. Uşağın doğulub böyüdüyü yer vətəni-əslisi olur. Ana-atasına bağlı olmaz.
3- Bir kimsə Lənkəranda doğulduqdan 6 il sonra atası ilə birlikdə İçərişəhərə köçsə, orta məktəbi bitirdikdən sonra, tələbəlik səbəbi ilə müxtəlif illərdə orada qalsa, vətəni-əslisi doğulduğu yer olan Lənkərandır.
4- Sumqayıtdan Ağdama getmək üçün çıxan səfəri olur. Ağdamdan Sumqayıta gəldikdə də bir həftə sonra yenidən getməyə qərar vermişsə, Sumqayıtda da səfəri olur.
5- 15 gündən artıq qalmaq niyyətilə Şahbuzdan İçərişəhərə gedən bir nəfər İçərişəhərə gəldikdə işinin on gündə bitəcəyini bilərsə, yəni 15 gündən artıq qalmayacağına qərar verdiyi andan etibarən səfəri olur.
6- Vətəni-əslisi Göygöl olan bir kimsə vəzifəsinə görə İçərişəhərdə qalsa, ancaq iş yeri İçərişəhərdən 120 km. uzaqlıqda olsa, bazar günü xaric hər gün işinə gedib axşama evə qayıdırsa, həm İçərişəhərdə, həm də iş yerində səfəri olur. Vəziyyət heç dəyişməz isə ömür boyu səfərilik davam edər. Amma İçərişəhər vətəni-əslisi olarsa, İçərişəhərdə olduğu müddətdə səfəri olmaz. İçərişəhərdən çıxıb, iş yerindən yenidən İçərişəhərə qayıdana qədər səfəri olar. 
7- Vətəni-əslisi Ağcabədi olan Sumqayıtdan Lerikə 2 gündə bir gedib gələn bir sürücü həm Sumqayıtda, həm Lerikdə evində olsa, 15 gündən artıq qalmağa niyyət etmədikcə həmişə səfəri olur. Əgər Ağcabədiyə gedərsə, ora vətəni-əslisi olduğundan səfəri olmaz. Vətəni-əslidə bir saat da qalsa səfərilik sona çatar. 
8- Vətəni-əslisi Ağcabədi olan və İmişlidə iqamət edən bir kimsə, oradan da çıxıb gəzərkən niyyətsiz 51 km məsafədəki Sabirabada baş çəkib, Sumqayıta getməyə qərar versə, İmişliyə baş çəkmədən Sumqayıta getsə, Sabirabaddan çıxışından etibarən səfəri olur. İmişliyə baş çəkərsə, İmişlidə mükim olur. Ancaq Sumqayıtdan qayıdarkən Sabirabada getməyə niyyət etsə, İmişli tərəfdən qayıtsa, İmişlidə səfəri olur.
9- Təmir səbəbi ilə gəmidə15 gündən artıq qalan bir kimsə, Kapitan, “Burada 15 gündən artıq qalacağıq”, deyərsə, quruda mükim, dənizdə səfəri olur. Gəmi vətən olmaz. “Nə qədər qalacağımız məlum deyil”, desə də 15 gündən artıq qalınsa, yenə səfəri olur.
Səfəri olan camidə və ya evdə tək, yaxud camaatla namaz qılarkən azan oxumalıdır. Çünki camidə oxunan azan onun namazı üçün sayılmaz. Yolçu, yola çıxarkən səfəri olduğu yerə çatana qədər səfəri sayılır. Çatıb, sonra 15 gündən artıq qalmağa niyyət edərsə mükim olar.
Əsr namazının son rükətinə çatan səfəri kimsə, imamın mükim olduğunu zənn edərək 4 rükət qılsa, sonra imamın səfəri olduğunu bilsə, qəsdən 4 rükət qılmadığı üçün zərəri yoxdur.
Səfəri olanın səfərdə Şafii və ya Malikini təqlid edərək iki namazı təqdim və təxirlə, yəni zöhr ilə əsri zöhr vaxtında və ya əsr vaxtında, şam ilə işanı, şam və ya işanın vaxtında qıla bilməsi, yəni cəm edə bilməsi üçün bir ehtiyacın hasil olması lazımdır. İstər yolda, istərsə də səfərdə ehtiyac hasil olmadan təqdim və təxir ilə namaz qılınmaz. Çünki, asan hökmləri toplamağa təlfîq deyilir ki, caiz deyildir.
Səfərdə qatarla gedən bir kimsə, qatarda namazlarını ayaq üstə qıla bilməzsə, qatar durduğu zaman təqdim və ya təxirlə qıla bilər.
Məstli bir kimsə, dəstəmazlı halda səfərə çıxarsa, 3 günlük məsh müddəti dəstəmazı pozulduğu anda başlayar və 3 gün davam edər. 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину