Facebook Twitter WhatsApp

Namazın Hikmətləri

Müsəlman namazı Allahü təalanın əmri olduğu üçün qılar. Rəbbimizin əmrlərində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu şübhəsizdir. Bu fayda və zərərlərin bir qismini bu gün tibb mütəxəssisləri sübut etmişlər.  İslamiyyətin sağlığa verdiyi qiyməti heç bir din və düşüncə verməmişdir. Dinimiz ibadətlərin ən üstünü olan namazı ömrümüzün sonuna qədər qılmağı əmr etmişdir. Namaz qılan sağlıq üçün olan faydalarına da əlbəttə qovuşur. Namazın sağlıq tərəfdən təmin etdiyi faydalardan bəziləri bunlardır:

  1. Namazda edilən hərəkətlər yavaş olduğundan qəlbi yormaz və günün müxtəlif saatlarında olduğu üçün insanı davamlı dinc tutar.
  2. Gündə başını səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq artıq qan çatar. Buna görə də beyin hüceyrələri yaxşı qidalandığından hafizə və şəxsiyyət pozğunluqlarına namaz qılanlarda daha az rastl gəlinir. Bu insanlar daha sağlam bir ömür keçirirlər. Bu gün tibdə “demans sanil” deyilən ağlını itirmə xəstəliyinə tutulmazlar.
  3. Namaz qılanların gözləri müntəzəm olaraq qalxdığı üçün daha qüvvətli qan dövranına malik olar. Bu səbəblə göz içi təzyiqində artma olmaz və gözün ön qismindəki mayenin davamlı dəyişməsi təmin edilmiş olar. Gözü “katarakt” və ya “qara su” xəstəliyindən qoruyar.
  4. Namaz qılmaqdakı izometrik hərəkətlər mədədəki qidaların yaxşı qarışmasına, ödün asan axmasına və bu səbəbdən öd kisəsində yığın etməməsinə, mədəaltı vəzidəki fermentlərin asan boşalmasına kömək etdiyi kimi, qəbzliyin aradan qaldırılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşı çalxalanmasında, böyrəyə daşın düşməsinin qarşısının alınmasına və sidik kisəsinin boşalmasına da kömək edir.
  5. Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda hərəkət etməyən əzələ və oynaqları işlədərək, artroz və əhənglənmə kimi oynaq xəstəliklərini və əzələ tutulmalarının qarşısını alır.
  6. Bədənin sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsl həm maddi, həm də mənəvi bir təmizlikdir. Məhz namaz təmizliyin əsl özüdür. Çünki həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsl bədənin təmizliyini təmin edər. İbadət etmək vəzifəsini yerinə yetirən ruhən istirahət etmiş, təmizlənmiş olar.
  7. Praktiki müalicədə müəyyən zamanlarda edilən bədən hərəkətləri çox mühümdür. Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün ən uyğun vaxtlardır.
  8. Yuxunu tənzim edən əsas şərt namazdır. Hətta vücudda toplanan statik (durğun) elektriklənmə, səcdə etməklə torpaqlanmış olur. Beləcə, vücud təkrar gümrahlığa qovuşur.

Namazın bu faydalarına qovuşmaq üçün namazı vaxtında qılmaqla birlikdə təmizliyə, çox yeməməyə və yeyilən qidaların təmiz, halal olmasına diqqət edilməsi də lazımdır.

 

Kimsəyə baqi deyildir, mülkü dünya, sim və zər,

Bir xarab olmuş könlü, təmir etməkdir hünər!

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину