Facebook Twitter WhatsApp

Namaz qılanı öpmək

Sual: Namaz qılarkən yoldaşım məni öpsə namazım pozularmı?

CAVAB: Yoldaşım dedikdə qadın və ya kişi olduğu aydın olmur. Arvada da, ərə də yoldaşım deyilir. Arvad ərini öpür, yoxsa ər xanımını öpür?

 Əri tərəfindən öpülən qadının namazı ehtiraslanmasa da pozulur. Lakin arvadı tərəfindən öpülən ərin namazı ehtiraslanmasa pozulmaz. Ehtiraslansa, onun namazı da pozulur. Amma namaz qılan öpülməz, çünki öpərək namazı pozmaq haramdır.

 Xanımının namazını pozmaq

Sual: Bir kimsə namaz qılan xanımını öpsə və ya çimdikləsə xanımın namazı pozularmı?

CAVAB: Bir kimsə namaz qılan xanımını şəhvətsiz öpsə belə, qadının namazı pozular. Şəhvətlə xanımını tutarsa yenə xanımın namazı pozular.

Namaz qılan xanıma bunun kimi şeylər edərək xanımının namazının pozulmasına səbəb olmaq günah olar. Zarafat olaraq da, ciddi olaraq da namaz qılan xanıma belə şeylər edilməməlidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину