Namaz Qılmayanın İbadətləri

Sual: Bəzi kimsələr: “Mən namaz qılmıram, amma kasıblara yardım edirəm, heyvanlara acıyıram. Bunlar da ibadətdir. Sadəcə namaz qılmaqla olmaz. Vəzifə müqəddəsdir. Öncə iş, sonra namaz” deyirlər. Namaz qılmayanın etdiyi əməllər qəbul olurmu?

CAVAB: “Sadəcə namazla olmaz” demək namazı önəm verməmək olur. Namaz sanki iman kimidir. Necə ki, imanı olmayanın heç bir ibadətinə, yaxşılığına savab verilmirsə, namaz qılmayanın da heç bir ibadətinə savab verilməz.

 Peyğəmbər əfəndimiz buyurur ki:

“Qiyamət günü qulun ilk sorğuya çəkiləcəyi ibadət namazdır. Namaz düzgün isə digər əməlləri qəbul edilər. Namaz düzgün deyilsə heç bir əməli qəbul edilməz.” [Tabərani]

 “Namaz qılmayanın ibadətləri qəbul olmaz.” [Əbu Nuaym]

 “Namaz dinin dirəyidir, namazı tərk edən dinini yıxmış olur.” [Beyhəki]

 “Vəzifə müqəddəsdir. Öncə iş, sonra namaz” deyərək namaz qıldırmamaq doğru deyildir. Namaz qılmaqla işəgötürənin haqqı keçmiş olmaz. Yəni işəgötürənin namaza mane olma haqqı olmaz.

Vəzifə nə deməkdir? Vəzifə rəhbəri tərəfindən əmr ediləni etmək, qadağan ediləni etməmək deməkdir. Bir neçə rəhbərin verdiyi əmr bir-birinə bənzəmirsə, daha üstün olan rəhbərin əmri icra edilir. Dövlət işində və əsgərlikdə ən birinci vəzifə böyük rəhbərin [rəisin] əmrini yerinə yetirməkdir. Ən böyük rəhbər kimdir? Vəzifə əlbəttə müqəddəsdir. Çünki hədisi-şərifdə: “İnsanların ən yaxşısı insanlara faydalı olandır” buyruldu. (Kudai)

 İnsanlara nə edilirsə faydalı olacağını da ən böyük rəhbər olan Allahü təala bildirmişdir. Birinci vəzifə ən böyük rəhbərin əmrini yerinə yetirmək olduğuna görə ən böyük rəhbər nə deyir? “İmandan sonra ən böyük vəzifə namaz qılmaqdır” buyurur. Namaz qılmayanın ibadətləri, yaxşı əməlləri qəbul olmadığı kimi qazancı da bərəkətsiz olur.

 Namaz qılmaq işi axsatmaz. Hətta namaz qılan işini daha canla-başla yerinə yetirməyə səy göstərər. Namaz qılan qul haqqından, haramdan qorxar və vəzifəsinə laqeyd yanaşmaz. “Namaz qılmağa vaxtım yoxdur” demək və ya başqa bəhanə uydurmaq, namaz qılmayanın bəhanəsidir, namazın əhəmiyyətini bilməməkdir. Hədisi-şərifdə: “Bir kimsə namazını qəsdən, səbəbsiz qılmazsa, Allahü təala onun digər ibadətlərini faydasız qılar” buyruldu. (İ.Qazali)

 Allahü təala namaz qılmayanın yaxşılıqlarına savab verməz. (Səfəri axirət)