Facebook Twitter WhatsApp

Namaz Qılmayanın Yaxşılıqları

Sual: “Namaz qılmayanın heç bir yaxşılığına savab verilməz və haram işləyənin ibadətləri qəbul olmaz” deyilər. Allah yaxşılıqlarımızı niyə puç edir ki?

CAVAB: Allahü təala yaxşılıqları puç etməz. Kimsəyə haqsızlıq etməz.

 Namaz qılmamaq ən böyük günahlardan biridir. Yəni namaz qılmamaq haramdır. “Haram işləyənin ibadəti qəbul olmaz” demək o ibadət üçün bildirilən böyük savablara qovuşmaz, yəni savablarının hamısını mühafizə edə bilməz. Çünki günahlar bu savabları azaldır deməkdir. Yoxsa heç savab ala bilməz demək deyildir. Hər ibadətdən savab alınır, amma işlənən haramlar savabları alıb götürür. Deyək ki, oruc tutana 70 ədəd savab verilirsə, içki içənə də 70 ədəd günah yazılırsa, orucunu içkiylə açan 70 savab qazanarkən, içki içincə 70 günah yüklənir və savabsız qalır. Əgər oruc tutmasaydıq içki günahı əlavə olaraq qalacaqdı. Orucun içki günahının əfvinə səbəb olması yetməzmi? Günah işləyənlərin də ibadətlərini axsatmamaları lazımdır. Başqa günahlar da işləmişsə savabları azalar. Namaz qılmamaq min ədəd günah isə nə qədər çox yaxşılıq və ibadət edərsək edək, min ədədi əldə edə bilmərik. Nafilə ibadətlər fərzlərin yanında dənizdə damla belə olmadığı üçün edilməyən fərzlərin günahları bu yaxşılıqları alıb götürür və insan heç yaxşılıq etməmiş bir hala düşər. Bununla da “Namaz qılmayanın yaxşılıqlarına savab verilməz və ya haram işləyənin ibadətləri qəbul olmaz” deyiminin izahı budur.

 “Qəza namazı olanın nafilə namazları qəbul olmaz” demək də belədir. Fərzi təxirə salıb nafilə ilə məşğul olunca fərzi təxirə salma günahı, nafilə namazın savabından artıq olduğu üçün nafilə namazları boşa getmiş olur. Nafilə namaz qıldığı üçün əlbəttə savab alır, fəqət zərəri qazancından xeyli çox olur. Çünki fərzin yanında nafilələr dənizdə damla belə deyildir.

 Yuxarıdakı bilgilər etiqadı düzgün olan müsəlmanlar üçündür. Bidət əhlinin etdiyi ibadətlər səhih olsa, borcdan, əzabdan qurtulsa da, vəd edilmiş olan savablara qovuşmaz. Axirətdə, dünyada etmiş olduğu yaxşılıqların xeyir və gözəl işlərinin qarşılığına qovuşa bilməz. (Cənnət Yolu Elmihalı)

 Kafirlərin və bidət sahibi olanların xeyirləri rədd edilib, şərləri üçün də cəza görərlər. (Cavab Verə Bilmədi)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину