Namaz və həbsdəki məhkum

     Sual: Hücrə dar olub səcdə edə bilməyən məhkum namazı necə qılar?

CAVAB: Hücrə dar olub səcdəyə getmə imkanı yoxsa oturub ima (işarə) ilə qılar. (Mərakil-fələh)

      Sual: Təyəmmüm edə bilməyən bir xəstə və məhbus namaz qılarmı?

CAVAB: Dəstəmaz və qüsl ala bilməyən bir xəstə pul ilə də bir yardımçı tapa bilməsə təyəmmüm edər. Yardımçı ilə də təyəmmüm edə bilməyən qılmaz. Sağalınca qəza edər.

 Təmiz yer, su və torpaq tapmayan məhbus namazın sözlərini oxumadan namaz qılar kimi edər. Qurtulunca hamısını iadə (yenidən qılar) edər.

 Aradakı fərq belədir: Biri təyəmmüm belə edə bilmir. Digəri təyəmmüm edəcək və namazı qılacaq gücü var, amma nə su var, nə də təyəmmüm etmə imkanı var. Biri xəstə, digəri sağlamdır. Sağlam olanın namaz üçün bir şeylər etməsi lazımdır. Ona görə namaz qılar kimi yalnız hərəkətləri edir və qurtulunca iadə edir.

 Həbsdə olanın üzrü olduğu üçün bir əlac axtarması, namaz qılar kimi etməsi namazın nə qədər önəmli olduğuna gözəl bir nümunədir.

 Xəstənin isə təyəmmüm belə edə bilmədiyi üçün namazını qəzaya buraxması caiz olur. Yaxşı olarsa qəza edər. Yaxşı olmazsa əfv edilir.

      Sual: Cəza evi hücrəsindəki bir məhkumun paltarları nəcis olsa namazını necə qılar?

CAVAB: Təmiz paltar tapa bilməmək zərurətdir. Zərurət halında nəcasətli paltar ilə namazını qılar. Maliki məzhəbini təqlid edərsə nəcasət bağışlanar.