Facebook Twitter WhatsApp

Namazın növləri

Sual: Namazın növləri hansılardır?

CAVAB: Namazlar fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Bunlardan;

1- Fərz namazlar: Beş vaxt namazın fərzləri, Cümə namazının iki rükət fərzi və cənazə namazı, fərz namazlardır. (Cənazə namazı fərzi-kifayədir.)

 2- Vacib namazlar: Vitr namazı, bayram namazları, adak (nəzir) olan namaz və başlanıb yarıda qalan nafilə namazlardır. Qəzaya qalan vitr namazını da qəza etmək vacibdir.

 3- Nafilə namazlar: Beş vaxt namazın sünnətləri, təravih namazı və savab qazanmaq niyyəti ilə qılınan təhəccüd, təhiyyat-ül-məscid, işraq, duha, əvvabın, istiharə, təsbeh namazları kimi namazlar nafilə namazlardır. Yəni, qılınması əmr deyildir. Fərz və vacib olan namazlardan borcu olmayanın nafilə ibadətlərinə də savab verilir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину