Təravih namazı haqqında

TƏRAVİH NAMAZI
Təravih namazı kişi və qadınlar üçün sünnətdir. Ramazanı-şərifin hər gecəsində qılınır. Camaat ilə qılınması sünnəti-kifayədir. Vaxtı işa namazından sonra və vitrdən əvvəldir. Vitrdən sonra da qılına bilər. Məsələn, Təravih namazının bir qisminə çatıb, imamla vitr namazını qılan kimsə təravih namazından, çatıb qıla bilmədiyi rükətləri, vitrdən sonra qılar.Qılınmayan təravih namazı qəza edilməz. Qəza edilirsə, nafilə olar. Təravih olmaz.Təravih namazı 20 rükətdir.


TƏRAVİH NECƏ QILINIR?
Vitr namazı yalnız Ramazan ayında camaat ilə qılınır. Təravih namazını 2 rükət olmaqla, on salamla və hər 4 rükət sonunda gözləyib təsbeh edərək qılmaq müstəhəbdir. Qəza borcu olan boş zamanlarında, beş vaxtın sünnətləri və təravih yerinə də qəza qılıb, bir an əvvəl qəzaları bitirib, sonra bu namazları qılmağa başlamalıdır.Təravih namazı məsciddə camaat ilə qılınınca, başqaları evdə tək qıla bilər, günah olmaz. Lakin məsciddəki camaat savabından məhrum qalar. Evdə, bir və ya bir neçə nəfər camaat ilə qılarsa, tək qılmaqdan 27 qat artıq savab qazanır. Hər iftitah təkbirində niyyət etmək daha yaxşıdır. İşanı camaat ilə qılmayanlar təravihi camaat ilə qıla bilməz. İşanı camaat ilə qılmayan bir kimsə fərzi tək qılıb, sonra təravihi camaat ilə qıla bilər.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.