Gözəl İslam / Cənazə namazı necə qılınır?

Cənazə namazı necə qılınır?

Cənazə namazının dörd təkbirindən hər biri bir rükət kimidir. Dörd təkbirin yalnız birincisində əllər qulaqlara qaldırılır. Sonrakı üç təkbirdə əllər qaldırılmaz.
1. İlk təkbir alınıb iki əl bağlanınca “
Sübhanəkə” oxunur və oxunarkən “vəcəllə sənəükə” də deyilir. Fatihə oxunmaz.
2. İkinci təkbirdən sonra təşəhhüddə oturarkən oxunan
“salavat”lar, yəni “Allahümmə salli” və “Barik” duaları oxunur.
3. Üçüncü təkbirdən sonra cənazə duası oxunur. [Cənazə duası yerinə “
Rabbəna ati-na...” və ya yalnız “Allahümməğfirləh” demək və yaxud dua niyyətiylə “Fatihəi şərifə”ni oxumaq da olar.]
4. Dördüncü təkbirdən sonra dərhal sağa və sonra sola salam verilir. Salam verərkən, cənazəyə və camaata niyyət edilir.
İmam yalnız dörd təkbiri və iki çiyinə salamı, yüksək səslə söyləyər, digərlərini içində oxuyar.
Cənazə namazı qılındıqdan sonra tabutun yanında dua etmək caiz deyildir. Məkruh olar.

24-03-2020, 08:03
Geri