Facebook Twitter WhatsApp

Məsbukun namazı

İmama tabe olanlar dörd çesiddir. Bunlar, “Müdrik”, “Müqtədi”, “Məsbuk”  “Lahık”dır.

Müdrik, iftitah təkbirini imam ilə birlikdə alana deyilir.

Müqtədi, iftitah təkbirinə çatmayana deyilir.

Məsbuk, imama birinci rükətdə çatmayana deyilir.

Lahık,  iftitah təkbirini imam ilə birlikdə almış, lakin sonra özündə dəstəmazını pozan bir hal meydana gəldiyindən dəstəmaz alıb, təkrar imama uymuş olana deyilir. Bu kimsə yenə əvvəlcə olduğu kimi, qiraətsiz, rükü və səcdə təsbehlərini söyləyərək namazını qılar. O kişi, əgər dünya kəlamı söyləməmiş isə, imamın ardında kimidir. Lakin məsciddən çıxdıqdan sonra yaxın bir yerdə dəstəmazını almalıdır. Çünki çox irəliyə gedərsə, namazı pozulur da deyildi. Məsbuk, yəni imama birinci rükətdə çatmayan bir kimsə imam iki tərəfə də salam verdikdən sonra ayağa qalxaraq çatmadığı rükətləri tamamlayar. Qiraətləri birinci, sonra ikinci, sonra üçüncü rükət qılırmış kimi oxuyar. Oturmağı isə dördüncü, üçüncü və ikinci rükət sırası ilə, yəni sondan başlamış kimi edər. Məsələn; yatsının son rükətinə çatan kimsə imam salam verdikdən sonra qalxıb, birinci və ikinci rükətdə Fatihə və surə oxuyar. Birinci rükətdə oturar, ikincidə oturmaz. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину