Gözəl İslam / Heyz və nifaslıya qadağan olanlar

Heyz və nifaslıya qadağan olanlar

1- Namaz qıla bilməz. Hədisi-şərifdə “Heyzli qadın namaz qıla bilməz” buyurulmuşdur. (Buxari, Müslim, Əbu Davud)

2- Oruc tuta bilməz. [Həzrəti Aişə anamızın nəql etdiyi hədisi-şərifə əsasən, heyzli ikən tutula bilməyən oruclar qəza edilər, qılınmayan namazlar bağışlanar. (Buxari)]

3- Quran oxuya bilməz. Hədisi-şərifdə “Heyzli və cünub Qurani-kərim oxuya bilməz” buyurulmuşdur. (Tirmizi)

4- Müqəddəs kitaba əl vura bilməz. Qurani-kərimdə tərcümə olaraq “Qurana təmiz olanlardan başqası toxuna bilməz” buyurulur. (Vaqiə, 79)

Hədisi-şərifdə “Qurana ancaq hədəsdən [dəstəmazsızlıqdan, cənabətdən, heyz və nifasdan] təmiz olan əl toxundura bilər” buyurulmuşdur. (Nəsai, Hakim, Beyhəki, Təbərani, Darə Qutni)

5- Məscidə girə bilməz. Hədisi-şərifdə “Cünuba və heyzliyə məscidə girmək halal olmaz” buyurulmuşdur. (İbni Macə)

6- Kəbəni təvaf edə bilməz. Hədisi-şərifdə “Beytullahı təvaf etmək, namaz qılmaq kimidir, yəni dəstəmazlı olmaq lazımdır” buyurulmuşdur. (Tirmizi)

7- Cima edə bilməz. (Bəqərə, 222)

8- Heyzli və heyzsiz ikən də qadına arxasından yaxınlaşmaq haramdır. Oral [ağızla] seks də heyzli ikən də, heyzsiz ikən də caiz deyil.

9- Qadın heyzin başladığını və bitdiyini ərindən gizləyə bilməz. Əri soruşduqda söyləməzsə, böyük günah olar. Hədisi-şərifdə “Heyzin başladığını və bitdiyini ərindən saxlayan qadın lənətlənmişdir” buyurulmuşdur. (Cövhərə)

10- Yanında əri və ya məhrəmi olmayan heyzli qadın uzun yola çıxsa, səfəri ola bilməz. Heyz bitəndə olduğu yerdən 104 km-dən daha çox gedərsə, ancaq o vaxt səfəri olar.

Sual: Xətt öyrənirəm. Ayəti-kərimələr yazırıq. Heyzli ikən ayəti-kərimə yazmaq caizdir?
CAVAB
Heyzlinin ayəti-kəriməyə toxunması caiz olmadığı kimi, yazmağı da caiz deyil. (Hələbi)


Sual: Uşaqlar surələri əzbərləyir, heyzli günümdə çaşdıqları yerdə necə kömək edə bilərəm?
CAVAB
Ayə oxunmaz. Bir söz deyilə bilər. Məsələn, uşaq “iyyəkə” dedisə, “Elə deyil, iyyakə” deyilə bilər.


Sual: Bəzi elmihallarda namaz surələri əsli ilə yazıldığı üçün, adətli qadın o elmihaldan oxuya bilərmi?
CAVAB
Elmihallardakı ayələri oxuya bilməz, əliylə də toxuna bilməz, elmihal bilgilərini oxuyar.


Sual: Müəyyən üzrü zühur edən qadın evdə ərinin, oğlunun və ya qızının oxuduğu Qurani-kərimi, qarşılığı dinləyə bilərmi?
CAVAB
Qurani-kərimə toxunmamaq şərtiylə qarşılıq dinləməkdə zərər yoxdur. Ancaq üzrlü qadın qarşılıq dinləmək üçün məscidə gedə bilməz. Məscidə girməyi haramdır. Hətta məscidə dəstəmazsız da girilməz. (Məvkufat)

“Evdə qarşılıq oxumanın savabı olmaz” deyənlər dinimizə böhtan atırlar. Qadınların məscidə getməyib evdə qadın bir müəllimin oxuyacağı qarşılığı dinləmələri çox savabdır.

Sual: Bir məscidin iki qapısı olsa, heyzlinin bir qapıdan girib o birindən çıxması caizdirmi? Məscidə dəstəmazsız girilə bilərmi?
CAVAB
Qüslsüz və ya heyzli ikən məscidə girmək, hətta məscid içindən keçmək haramdır. Keçəcək başqa yol tapa bilməzsə, məsciddə yatıb cünub olsa və ya məsciddən başqa yerdə su tapa bilməzsə, təyəmmüm edərək girər və çıxar. Məscidə dəstəmazsız girmək isə məkruhdur. (Dürər)


Sual: Bazardakı tərcümələri, təfsirləri heyzli ikən və ya dəstəmazsız ikən tutmaq caizdirmi?
CAVAB
Caiz deyil.


Sual: Bəzi din kitablarının sonunda orijinal halında ayələr yazılır. Heyzli ikən bu kitabların yalnız o səhifəsinəmi əl vura bilmərik, yoxsa ümumiyyətlə kitaba?
CAVAB
Kitaba deyil, yalnız o səhifədəki ayələrə əl sürtmək olmaz.


Sual: Bir qadın heyzli ikən Qurani-kərim öyrənə bilməz? Məsələn, Quran hərflərini oxuyub yaza bilməz?
CAVAB
Yalnız hərfləri yazar və oxuyar. Ayələrə toxuna bilməz və oxuya bilməz. Ayələrdə keçən sözlərə də toxuna bilməz.


Sual: Heyzli qadın Quran öyrədərkən ayəyə toxuna bilərmi və oxuya bilərmi?
CAVAB
Heyzli qadın ayəti-kərimələrə əli ilə toxuna bilməz və oxuya bilməz. Yalnız şagirdə doğru oxuması üçün ayəti-kərimələrdəki səhv oxunan sözləri “Elə deyil, belə” deyərək bir söz oxuya bilər. Məsələn, “zalikə” “ulaikə” “müflihun” kimi.


Sual: Heyzli olan qadın məscidin bağçasına girə bilməz?
CAVAB
Bağçasına girə bilər. Bağçası məscid hökmündə deyil.

15-02-2020, 10:25
Geri