Facebook Twitter WhatsApp

Heyz elmi

Sual: Heyz və nifas bilgilərini öyrənmək fərzdirmi?
CAVAB
Bəli. Qadın-kişi hər Müsəlmanın elmihal bilgilərini öyrənməsi fərzdir. Bunun üçün əri xanımına öyrətməli, özü bilmirsə, bilən qadınlardan öyrənməsi üçün izn verməlidir. Əri icazə verməyən qadının ondan icazəsiz gedib öyrənməsi lazımdır; çünki dəstəmaz, namaz, Qurani- kərim, oruc, həcc, həddi-büluğa çatmaq, evlənmək, boşanmaq, iddət gözləmək kimi xüsuslar və ibadətlər üçün heyz elmini öyrənmək şərtdir.

Bir qız heyz görməyə başlayınca həddi-büluğa çatır, yəni qadın olur. Heyz görməyən qız 15 yaşı tamam olunca həddi-büluğa çatmış [baliğə] olur. 8 yaşını tamamlayan qıza anasının, anası yoxdursa nənələrinin, bacılarının, xala və bibilərinin heyz və nifas elmini öyrətmələri fərzdir. Əgər öyrətməsələr özləri və ərləri böyük günaha girərlər. 
Heyz bilgisi o qədər də çətin deyildir. Çətin olsaydı dinimiz alim-cahil hər kəsin öyrənməsini əmr etməzdi. Təməl qaydaları öyrəndikdən sonra anlaşılmayacaq bir şey yoxdur. 
Buxarada Əhməd ibn Hafs adlı bir gənc evlənmişdi. İlk gecə, qız ona, “Heyz elmini öyrəndinmi?” dedi. Xeyr deyincə, qız “Allahu təala, “Özünüzü və əmrinizdə olanları atəşdən qoruyun” buyurdu. Cahil olan necə qoruya bilər?” dedi. Bu söz gəncə çox təsir etdi. Xanımını Allahu təalaya əmanət edərək Mərvdə illərlə elm təhsil edib, alim olub evinə qayıtdı. Ustadı ona Əbu Hafsi kəbir adını qoydu.
Özəl günlər dəftəri tutmaq lazımdır
Bir aydakı qanlı və təmiz günlərin hansılarının heyz, hansılarının istihazə olduğunu təsbit edə bilmək üçün bundan bir öncəki ayda neçə gün təmiz olduğunun, neçə gün heyz olduğunun bilinməsi şərtdir.
Əgər bundan öncəki ay 10 gündən artıq qan gəlmişsə, 10 gündən az gələn yəni istihazəsiz olan son aydakı qan vəziyyəti də bilmək lazımdır.
Maliki məzhəbini təqlid edənlərin indiyə qədər gördüyü ən çox heyz miqdarını da bilməsi lazımdır, çünki Malikidə adətlərindən ən çoxunun üç gündən artıq olması heyz olur. Daha artığı və 15 gündən artığı istihazə olur.
Özləri təyin edə bilməyən qadınlar sual soruşarkən də qanlı və təmiz günlərin sayını bildirə bilər və ya qeydlərini göndərərək də soruşa bilərlər. Təmiz və qanlı günləri bildirərkən, məsələn “23 gün təmiz qaldı, 7 gün heyz olmuşdu, indi isə 25 gün təmiz qaldıqdan sonra 8 gün qan gəldi” şəklində bildirmək lazımdır. Yəni, “Bu qədər gün gəldi” deyə rəqəmlə yazılmalıdır. “3 oktyabrdan  9 oktyabra qədər qan gəldi” deyə tarixlə yazmamalıdır. Elə yazılsa bu tarixlərin də daxil olub- olmadığı bilinməyərək qarışıqlığa səbəb ola bilər.
Ona görə də bütün bunların təyin edilə bilməsi üçün hər qadının “Özəl günlər dəftəri”ni  tutması lazımdır. Bunun üçün bir qeyd hazırlayaraq saytımıza qoyduq. Aşağıdakı linkdən endirə bilərsiniz. Həm çap edib kağız üzərində işarələmək olar, həmçinin kompyuterdə, Excel sənədində də işarələmək olar. Nümunə olaraq boş və işarələnmiş bir cədvəl də aşağıya qoyulmuşdur. Qan gələn günləri bu cür- x ilə işarələmək olar.
Excel formatındakı qeydi bu linkdən endirmək olar:
Özəl Günlər Dəftəri
Heyzlə bağlı bəzi terminlər:
Heyz: 
Aybaşı və ya menstruasiya. 

Fasid qan: Heyz olmayan qan deməkdir. Bu qana istihazə də deyilir.
İstihazə: Heyz olmayan qanlı günlər. Buna üzrlü hal da deyilir.
Fasid təmizlik: On beş və ya daha artıq təmiz gün içərisində fasid qan, yəni istihazə qanı olarsa, bu günlərin hamısına fasid təmizlik deyilir. Heyz müddəti içərisində qan görülməyən günlərə də fasid təmizlik deyilir.
Nifas:  Zahılıq halı.
Ayisə: Heyzdən kəsilmiş (klimakterik dövr) yaşlı qadın deməkdir. Ayisə yaşı Hənbəlidə 50, Hənəfidə 55, Şafidə 60, Malikidə 70-dir. Bu yaşlardan sonra gələn qan heyz olmaz, istihazə olar.
Dində utanmaq
Sual: “Şəriətdə utanmaq yoxdur” sözündən, dində bilinməsi lazım olan mövzuları, məsələn heyz və nifas bilgilərini öyrənmək üçün çəkinmədən soruşmaq lazım olduğu nəzərdə tutulur?
CAVAB
Bəli, ədəbinə uyğun şəkildə soruşmaq lazımdır. Soruşulmazsa bir çox haram işlənmiş olar. Hər Müsəlman kişi və qadının elmihal bilgilərini öyrənməsi fərzdir. Bu bilgilərin içində, “Heyz və Nifas”bilgiləri də çox mühümdür. Dəstəmaz, namaz, Qurani-kərim, həcc, həddi-büluğa çatmaq, evlənmək kimi işlər üçün qadın hallarını bilmək şərtdir. Bunları bilməyən harama düşər, ibadəti səhih olmaz. Utanaraq bu bilgiləri öyrənməkdən imtina etmək caiz olmaz.

Həzrəti Əsmanın Peyğəmbər Əfəndimizdən necə qüsul ediləcəyini soruşarkən utanması üzərinə, Həzrəti Aişə validəmiz, “Ənsar qadınları necə də yaxşıdırlar; utanmaları dinlərini öyrənmələrinə mane olmayır” buyurdu. (Buxari)
Deməli, ayıb olar deyə özünə fərz olan bilgiləri öyrənməmək səhvdir. Peyğəmbər əfəndimiz məhrəm mövzuları öyrənməkdə utanmanın bəhanə olmadığını bildirmişdir. (Tirmizi)
Bir başqa hədisi-şərif:
“Yellənmək dəstəmazı pozar. Qadınlara arxalarından təmas etməyiniz! Bilin ki, Allah həqiqəti söyləməkdən həya etməz.” [Tirmizi]
Bir ayəti- kərimə məali də belədir:
“Ey iman gətirənlər! Peyğəmbərin evinə qəflətən girməyin və yeməyə izn verilmədikcə də girməyin! Çağrılsanız gedin! Yemək bitdikdə də dərhal dağılın! Söhbətə də iznsiz getməyin! Çünki bu halınız Rəsulumu incidir, amma utandığı üçün sizə söyləyə bilmir. Ancaq Allah həqiqəti söyləməkdən həya etməz.” [Əhzab 53] Həya etmək, utanmaq deməkdir.
Bu ayə və hədislər bilinməsi lazım olan həqiqətləri söyləməkdə utanmanın doğru olmadığını bildirir.
Türkiyə qəzetinin yazarlarından ilahiyyat professoru Ramazan Ayvallı hoca çox lazımlı mövzu olan heyz bilgilərinin əhəmiyyətindən yazır. Bir oxucu, “Biz ailəliklə oxumaqdan utandıq” deyərək əks münasibət bildirdi. Nə biz, nə də oxucu hansı vəziyyətdə utanmaq lazım olduğunu və ya olmadığını əlbəttə Allahdan və Rəsulundan daha yaxşı bilə bilmərik. Onların “Bu mövzularda utanmaq olmaz” buyurduğu yerlərdə, “Biz utanırıq” deyə bu cür bilgilərə əks münasibət göstərərək fərz olan əmri- mərufa mane olmaq çox yalnışdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину