Facebook Twitter WhatsApp

Doğumdan sonra çölə çıxmaq olmazmı?

Sual: Deyilir ki, doğumdan sonra çölə çıxmaq olmaz. Dini yöndən bir zərəri varmı?
CAVAB
Bir şeyin tibbə görə zərəri varsa, dinə görə də zərəri vardır. Çünki dinimizdə tibb islamiyyətin bir şöbəsi və bir qoludur. Doyduqdan sonra yemək niyə zərərlidir? Bədənə ziyan verirsə, demək zərərlidir. Bax, buna görə qadağan edilmişdir.


Qadın doğuşundan sonra xəstəliyinə fikir verməyib gəzsə, xəstəliyi artar. Buna görə nənələrimiz yeni doğmuş qadını çölə çıxarmazdılar. Çölə çıxmağın heç bir zərəri yoxdur. Əhəmiyyətli olan xəstəliyi artırmamaqdır. Asanlıqla xəstələnə bilər. Qızdırmalı olarsa, qorxulu yuxular görər. Tək olanda sanki başının üstündə birinin var olduğunu zənn edər. Buna görə yeni doğanın yanında birinin olmağı və çölə çıxmamağı yaxşıdır. Ehtiyac olanda çölə də çıxa bilər, tək də qala bilər.

Sual: Doğan qadının qırx gün tək qalmasının uyğun olmadığını eşitdik. Yalnız körpə baxımı üçün deyil, ananın yanında bəzilərinin olması lazım imış. Dinimizə görə bu nə dərəcədə doğrudur?
CAVAB
Dini yönü yoxdur. Tibbi yönü vardır. Yeni doğan qadın xəstədir. Xəstə, qızdırması olan yuxuda həmişə qorxar, bir yerdən yıxılırmış kimi qorxar. Arxasından birinin gəldiyini zənn edər. Səhv düşüncəli olar. Tək qalanda qorxmağa başlayar. Ona görə yanında bir nəfər olmalıdır. Xəstə olduğuna görə, xidmətə də ehtiyacı vardır. Qoca arvadların söylədikləri səhv belə olsa, bəzən faydalı olur.


Sual: Doğan bir qadının bütün günahları əfv olurmuş. Doğrudur?
CAVAB
Bəli, doğan müsəlman qadının günahları bağışlanır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину