Facebook Twitter WhatsApp

Qurbanda ortaq  necə olunar

Sual: Qurbana ortaq olmaq üçün şərtlər hansılardır?

CAVAB

Bunlardan bəziləri aşağıdakılardır:

  • Hər ortağın Müsəlman olması, qurban və ibadətə niyyət etməsi və hər birinin hissəsinin yeddidə birdən az olmaması, şərtdir. Yalnız əti üçün ortaq olan varsa və bilinirsə, heç birinin qurbanı səhih olmaz. Bilinmirsə səhih olar. Ortaqların bir qismi ölmüş olsa yaxud ağılını itirmiş olsa, zərəri olmaz.
  • Biri nəzir, biri əqiq (doğulan uşaq üçün şükür niyyətiylə kəsilən qurban), biri vacib olan bayram qurbanı, biri nafilə, biri ölü üçün, biri də Peyğəmbər əfəndimiz üçün olmaq üzrə qurban kəsmək istənsə, bir inək kəsilə bilər. Əqiq, vacib, nəzir hamısı qatılar. Yeddi adama qədər ortaq olmaq caizdir. Ancaq ilk alarkən, yeddi adama qədər ortaq olmaq niyyəti ilə heyvan alınmalıdır. Tək özü üçün alıb, sonra da başqasını ortaq etmək məkruh olar.
  • Mütləq nəziri olan ortaqlığa girə bilməz. Yəni, bəlli bir heyvanı, məsələn , “Bu buynuzlu qara qoçu kəsəcəyəm” deyə nəzir edən, bunun yerinə başqa qara qoçu kəsə bilməz, bu nəziri üçün ortaq olaraq girə bilməz.
  • Zənginin tək özü üçün satın aldığı mala, sonradan ortaq olmaq caiz isə də məkruhdur. Yeddi adama qədər ortaq tapmaq niyyəti ilə satın alınmalıdır. Bir qövlə görə kasıb bir mal-qaranı qurban etmək üçün satın alsa, sonra başqalarını ortaq edə bilməz. Onunku nəzir hökmünə girər.
  • Bir malı məsələn bir inəyi, ən çox 7 adam kəsə bilər. Bir mala 3,5,7 kimi tək ortaq şərti yoxdur. 2,4,6 kimi cüt də olar. Tək sayda olması yaxşıdır. Sünnəti-zəvaiddir. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala təkdir, təkə riayət edəni sevər. Ey Quran əhli, təkə riayət edin!” (Tirmizi)

  • Bir nəfər keçən il kəsmədiyi vacib qurbana niyyət edib qurban kəssə, o qurbanı qəza etmiş olmaz, kəsdiyi nafilə olar. Belə zamanında kəsilməyən qurbanın əvəzi, qızıl olaraq kasıblara verilər.
  • Bir malı və ya dəvəni, yeddi adama qədər müsəlman və ağıllı, yetkin kəslərlə ortaq olaraq da, satın alıb kəsə bilərlər. Bunlara nəzir və ya əqiq qurbanı da ortaq edilə bilər.
  • Əti tərəzidə çəkilərək eyni olaraq paylaşmaq lazımdır. Yağ, içalatlar və yeyilən hər şey paylaşılı Çəkmədən bölüşüb halallaşmaq caiz olmaz, faiz olar. Yeddi adamdan dördünə ətlə birlikdə bir ayaq, beşinciyə ətlə birlikdə dərisi, altıncıya ətlə birlikdə başı verilərsə çəkilmədən paylaşmaq caiz olar. Yeddinciyə bir şey qoymaq lazım deyildir.
  • Yeddi nəfər qurbanlıq inəyi birinə təslim edib, “Kəsməyə, kəsdirməyə, ətini dilədiyin kimi sərf etməyə səni ümumi vəkil etdik” desələr, ümumi vəkil, bölüşdürmədən ətin hamısını hər hansı bir kimsəyə verə bilər və ya çəkməyə lüzum qalmadan ortaqlar arasında göz qərarıyla paylaşdıra bilər.
  • Mətbəxləri bir olan ər-arvad və ya ata-oğul da kəsdikləri qurbanı çəkib paylaşarlar. Paylaşdıqdan sonra biri digərinə istəyərsə ətin hamısını hədiyyə edə bilər. Paylaşmadan hədiyyə edə bilməz. Yaxud yuxarıda bildirilən üsullarla çəkmədən paylaşmaq caiz olar.
  • Bir malı, məsələn bir inəyi, ən çox 7 adam kəsə bilər. Yeddidən çox adam, bir və ya birdən çox inəyə ortaq ola bilməz. Məsələn, 8 adamın 7 malı ortaq satın almaları caiz olmaz. Çünki, hər birinin hər heyvanda hissəsi vardır. Heç birinin hissəsi yeddidə birdən az ola bilməz. Bunun kimi 10 adamın 15 inəyi qurban etmək üçün ortaq satın almaları da caiz olmaz. Çünki  10 adam 15 inəyin hər birinə onda bir nisbətində ortaq olmuş olar. Onda bir yeddidə birdən azdır. Bunun kimi 3 adamın 9 qoyunu ortaq satın almaları da caiz olmaz. Çünki 3 adam 9 qoyunun hər birinə üçdə bir nisbətində ortaqdır. Bir qoyunu isə ancaq bir adam kəsə bilər. Birdən çox adamın bir qoyunu ortaq alıb qurban olaraq kəsmələri  caiz olmaz.    

Sonradan ortaq olmaq

Sual: 4 adam qurban üçün ortaq bir inək aldıq, sonradan bir neçə adam daha bu qurbana qatıla bilər?

CAVAB

            4 adam alarkən 7 adama qədər ortaq olarıq deyə düşünülmüşsə ortaq olmaq caizdir, deyilsə məkruh olar. Məkruhdan xilas olmaq üçün onu bir başqasına satarsınız və ya içinizdən biri də satın ala bilər. Sonra o kimsə bunu alarkən 7 adama qədər ortaq edərəm deyə alarsa yenidən ortaq ola bilərlər.   

Sual: Üzərinə qurban kəsmək vacib olan üç zənginlə, üzərinə qurban kəsmək vacib olmayan bir kasıb birlikdə bir malı ortaq olaraq qurban kəsə bilər?

CAVAB

            Bəli, kəsə bilərlər.

Sual: Qurban bayramında bir adam tanımadığı kəslərin almış olduğu mala ortaq ola bilər?

CAVAB

            Kim olduğu bilinməyən kəslərlə ortaq olmamalı, içlərində Allah rizası üçün deyil də ət üçün kəsən olarsa digərlərinin də qurbanı olmaz. Niyyəti bilinmirsə o zaman məsul olmarıq. Onun üçün bilinən saleh kəslərlə ortaq olmaq lazımdır.

Sual: Şafii məzhəbində qurban kəsmək vacib olmadığı üçün qurban ortaqları arasında Şafii birinin olmasında zərər vardır?

CAVAB

            Məzhəb fərqi qurban ortaqlığına təsir etməz. Onunki də sünnət olar. Əqiq kəsən də, ölü üçün kəsən də ortaq ola bilər. Müsəlman olmayan ortaq ola bilməz. Bir də tək ət üçün kəsən ortaq ola bilməz.

Qurbana fərqli ortaq olmaq

Sual: Üç ortaq, fərqli pul versələr qurbanları səhih olarmı? Məsələn 2800 manata bir inək alınsa, ortağın biri 800 manat, biri də 1600 manat, üçüncü ortaq da  400 manat versə, əti də verdikləri pul nisbətində paylaşsalar caiz olar?

CAVAB

            Ən az verən üçüncü ortağın pulu, yeddidə birdən az olmadığı üçün caizdir. Əti paylaşarkən, üçüncü  ortaq bir hissə alar, ikinci ortaq dört hissə, birinci ortaq isə iki hissə alar. Hamısı yeddi hissə olar. Biri yeddidə bir hissədən yəni 400 manatdan az pul versəydi olmazdı.

            Hər ortaq neçə hissəyə girirsə o qədər pul verər. Ətin paylaşılması da bu hissəyə görə edilər.

Qurbana pulsuz ortaq olmaq

Sual: Qurbanlıq inəyə 7 adam ortaq girsə, ortaqlardan birinin pulu olmasa, digər ortaqlardan biri, mən sənin yerinə verərəm desə, hər kəs öz pulunu versə, biri də öz pulu ilə birlikdə pulum yoxdur deyəninkinin yerinə versə, qurban üçün pul vermədən qurban savabı alarmı, yəni qurban səhih olarmı?

CAVAB

            Bəli, səhih olar. Biri qurbanlıq inəyi yeddi adama hədiyyə etsəydi, heç biri pul vermədən kəssəydi, hamısının da qurbanı səhih olardı. Qurban üçün mütləq pul vermək lazım deyil. Başqasının hədiyyə etdiyi heyvan da qurban edilər. Vacib savabı alar və qurban borcundan xilas olmuş olar. 

Sual: Biri nəzir, biri əqiq, biri vacib olan bayram qurbanı, biri nafilə, biri ölü üçün, biri də Peyğəmbər əfəndimiz üçün qurban kəsmək istəsə, bir inək kəsə bilərlər?

CAVAB

            Bəli, kəsə bilərlər. Yeddi adama qədər ortaq olmaq caizdir.

Qurbanda ortaq saysı

Sual: Qurbanlıq inəyə ən az və ən çox neçə adam ortaq ola bilər?

CAVAB

            Bir inəyə yeddi hissəyə qədər girilər. Yəni 1, 2, 3, 4, 5, 6, 7 adam girə bilər. 3 adam girərsə inək 3 hissəyə bölünər. Dörd adam girərsə dördə bölünər.

Əqiq də qurbana daxil edilər

Sual: İki qardaş bir dana  almışdır. Bunlar uşaqları üçün indiyə qədər əqiqlərini kəsməmişlər. İndi əqiq kəsməyin müstəhəb olduğunu öyrənmişlər. Aldıqları qurbanlıq dana üçün əqiqləri  üçün də niyyət edib aldıqları bu qurbana qatılıb əqiqlərini kəsə bilərlərmi? Nəziri olan birisi belə alınmış bir qurbana nəzirini də daxil edə bilərmi?

CAVAB

            Əqiq, vacib, nəzir hamısı qatılar. Ancaq ilk alarkən yeddi adama qədər ortaq olmaq niyyəti ilə heyvan alınmalıdır. Tək özü üçün alıb da sonradan başqasını ortaq etməsi məkruh olar.

Qəssaba pul vermək

Sual: Qurbanı kəsən qəssaba pul verilir. Bu pulu bir adamın ödəməsində və sonra hər kəsin payını ödəməsində, ya da bu pulu verən adamın əskik ya da çox, əvvəl və ya sonra qurban sahiblərindən almasında və ya almamasında bir zərər olar?

CAVAB

            Hamısı caizdir. Bir adam ödəyib, digərlərindən ala bilər, istəyərsə almaya bilər.

Sual: Bayramda, özüm, anam, atam, xanımım və üç böyük oğlum olmaq üzrə cəmi 7 adam, bir inəyi qurban etmək istəyirik. Qurbanın pulunu mən verəcəyəm. Bu qurbanın əvəzi olan pulu onlara tək-tək verib onların qurban alınması üçün mənə hədiyyə etmələri lazımdır?

CAVAB

            Sizin onlara onların da sizə pul hədiyyə etməsi lazım deyil. Sadəcə hər biri, Mənim üçün bir qurban kəsməyə və ya dilədiyinə kəsdirməyə səni ümumi vəkil etdim, demələri yetər. Vəkil əsl kimidir, öz puluyla da kəsər. 

Uşaq, ateist və ya fasiq

Sual: Yeddi adamlıq qurban ortaqlarından biri uşaq, biri ateist və ya fasiq isə, qurban caiz olar?

CAVAB        

            Kafir və ya uşaq isə, qurban səhih olmaz. Fasiqin ortaqlığı caiz olarsa da, fasiq, bayramda qurban ibadətinə deyil, ət kəsməyə niyyət edə bilər, o zaman da qurban səhih olmaz.  Fasiq kimsəyə güvən olmaz. Ehtiyat üçün fasiqlərlə kəsməmək lazımdır.

Çox adamın bir qoçu nəzir etməsi

Sual: İki-üç adam bir qoçu nəzir etsə, səhih olar?

CAVAB

            Xeyr, səhih olmaz. Qurban da olsa, nəzir də olsa, bir qoçu ancaq bir adam kəsə bilər.

Pulsuz ortaq

Sual: Mal sahibiyəm, heyvan ticarəti edirəm. 3 min manata satmaq istədiyim bir inəyə, 3500 manat  deyirəm. Altı hissəni satarkən, bir hissə üçün də, “Mənim adamım var, hər hissə üçün 500 manat verin” deyirəm. Öz adamımdan pul almıram, yaxud çox az bir miqdar alıram. Belə heyvan satmaq caizdir?

CAVAB

            Caizdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину