• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Allahın Qanunları dəyişməz

Ateist deyir ki:
Sual: 
Allahın qanunları dəyişməz deyə bir çox ayə var. Təzadlı olan, biz hökmləri dəyişdirərik deyə də ayələr var. Madam ki, daha yaxşısını gətirəcəkdir, niyə onu əvvəldən gətirməmişdir? Ya da bənzərini gətirməyə niyə ehtiyac görmüşdür? Budur ayələr:
Allahın qanununda əsla bir dəyişiklik tapa bilməzsən. (Əhzab 62, Fətih 23, Fəti43)
Mənim qatımda söz dəyişməz və Mən qullara əsla zülm edici deyiləm. (Kaf 29)
Qanunlarının dəyişəcəyini bildirdiyi ayələr də bunlardır:
Hər hansı bir ayənin hökmünü qüvvədən salsaq və ya unutdursaq, onun yerinə daha xeyirlisini və ya onun bənzərini gətirərik. (Bəqərə 106)
Allah, dilədiyini silər, dilədiyini dəyişdirməz. Ana kitab Ondadır. (Rad 39)
CAVAB
Ateist, zəylə şəkəri səhv salır. Qurani-kərimdə Allahın qanunu deyə sünnətullah ifadəsi keçir. Bir hökmün qüvvədə olması və ya qüvvədən düşməsi ayrı, Allahın qanunu ayrıdır. Allahın qanunu ifadəsi, indi təbiət qanunu adlanan şeylərdir. Yer cazibəsi, dünyanın və planetlərin fırlanması kimi qanunlardır, bir də imanla bağlı xüsuslardır. Allahü təala Həzrəti Adəmdən bəri gələn bütün Peyğəmbərlərə eyni imanı bildirmişdir. Hər Peyğəmbər müsəlman idi. Həç bir dəyişiklik yoxdur. İslamiyyətdən əvvəlki dinlərin pis insanlar tərəfindən pozulması ayrı şeydir. Bundan sonra Allahü təala ən son və qiyamətə qədər qalıcı olmaqla, əvvəlki iman əsaslarına da inanmağı içində cəmləşdirən İslamiyyəti göndərmiş və sadəcə buna imanı əmr etmişdir. Amma əmələ, yəni ibadətlərə aid xüsuslarda dəyişiklik olmuşdur. Məsələn, heyvanın piyi Yəhudilərə haram idi, Müsəlmanlara halal qılındı. İçki daha əvvəllər sərbəst idi, Müsəlmanlara haram qılındı. Bunlar əmələ aid hökmlərdir. (Biz bir ayənin hökmünü qüvvədən salsaq) ayəsi əmələ aid hökmlərlə əlaqədardır. Bunlar dəyişməyən qanunlar deyildir. (Mənim qatımda söz dəyişməz) ayəsində bildirilən, Allahın sözündən dönməməsi, bir dəfə razı olduğundan rızasını geri almaması, Cənnətə və Cəhənnəmə gedəcək olanların vəsfi kimi dəyişməyən şeylərdir. Kafirlər hər dövrdə Cəhənnəmlik idi, iman edənlər hər dövrdə Cənnətlik idi. Dəyişməyən bunlardır. 

Yəhudilərə şənbə günü ova çıxmaq haram idi. Müsəlmanlara bunu sərbəst buraxdı. Bunlar imanla əlaqədar xüsuslar deyildir. Hər millətə əmələ aid fərqli hökmlər bildirilmişdir. Ateist bunları bilmədiyi üçün, üç fərqli ayəni tərəzinin eyni gözünə qoymaqdadır.

(Allah dilədiyini silər)
 ayəsi isə, bunlardan tamamilə fərqlidir. Qəza qədər(tale) ilə əlaqədardır. İnsanların başına gələcək hədisələr, doğulacaqları, öləcəkləri və nə iş tutacaqları kimi bütün bilgilər, lövhi-məhfuz adlanan bir kitabdadır. Bu kitabdakı bilgilərə qədər və ya tale, alın yazısı deyilir. Tale haqqında bir çox ayəti-kərimə vardır. Qəzai-müəlləq, lövhi-məhfuzda yazılıdır. Əgər o kimsə, yaxşı əməl edib duası qəbul olarsa, o qəza dəyişər. Hədis-i şərifdə də, (Qədər, tədbirlə, qaçmaqla dəyişməz. Lakin qəbul olan dua, o bəla gələrkən insanı qoruyar) buyuruldu. (Tabərani)

Alın yazısı iki cürdür: 
Biri dua ilə, sədəqə verməklə, yaxşılıq etməklə dəyişir. Biri isə əsla dəyişməz. Məsələn, evlənməyimiz, iş sahibi olmağımız ya dəyişən qisimdəndir və ya dəyişməyən, biz bilmərik. Onun üçün dua edərik, yaxşılıq edərik, dəyişən qisimdəndirsə o dəyişər. Məsələn, birinə bir bəla gələcəyi alın yazısında varsa, yenə alın yazısında bu kimsə dua edəcək o bəladan qurtulacaq deyə yazılır. Biz də dua edərik o bəlanın qarşısını almış olarıq. Ömrün uzanması, qısalması da belədir. Bu yaxşılığı edəcək və ömrü uzanacaq, yaxud bu pisliyi edəcək və ömrü qısalacaq deyə yazılıdır. Taleyin dəyişəni də, dəyişməyəni də olur. Dəyişməyən əcələ, əcəli-müsəmma deyilir. Dua ilə də gecikməz.

İnsanın işinə görə, ömrü və ruzisi dəyişə bilər. (Allah, dilədiyini silər, dilədiyini dəyişdirməz. Ümmül-kitab [lövhi-məhfuz] Ondadır) məalındakı ayə dəyişənləri bildirməkdədir.

 

Bütlər niyə Cəhənnəmə gedəcək

Ateist deyir ki:
Sual: 
Aşağıdakı ilk ayədə Xristianların İsanı Rəbb kimi qəbul etdikləri açıq-aydın qeyd olunur. İkinci ayədə isə sitayiş olunanların da Cəhənnəmdə əbədi olaraq qalacaqları ifadə olunur. Bu izahla, Quran, sitayiş olunan qismində olduğuna görə, Siz və Allahdan başqa sitayiş etdiyiniz şeylər Cəhənnəm yanacağıdır deyərək, İsanı da fərqinə varmadan Cəhənnəmə qoymurmu?

Onlar Allahı qoyub ravvinlərini(yəhudi ruhanisi), keşişlərini və Məryəm oğlu Məsihi rəbləri olaraq qəbul etdilər. Halbuki, tək Tanrıdan başqasına qulluq etməməklə əmr olunmuşdular. Ondan başqa tanrı yoxdur. Allah, qoşduqları şəriklərdən münəzzəhdir. (Tövbə 31)
Siz və sitayiş etdikləriniz, Cəhənnəmin yanacağısınız; ora girəcəksiniz. Əgər onlar ilah olsaydılar, ora girməzdilər. Hamısı [sitayiş edənlər də, edilənlər də] orada daimi qalacaqdır. (Ənbiya 98,99)


CAVAB
Bu, ərəb dilini yaxşı bilməməkdən qaynaqlanan bir sualdır. Ərəb dilində heyvan və cansızlara xitab şəkli fərqlidir. Ayəti-kərimədə "və mə tabüdünə" deyilir. "mə" ədatı ərəbcədə ağılsızlar, şüursuzlar üçün istifadə olunur, yəni; sitayiş etdiyiniz bütlər deməkdir. Burada "və mən tabüdünə" deyilmir, elə deyilsəydi, belə bir sual verilərdi. Burada ağıllılar üçün istifadə olunan "mən" ədatı işlənmədiyinə görə, Xristianların sitayiş etdikləri İsa əleyhissəlam, yaxud bəzi Yəhudilərin sitayiş etdikləri Üzeyir əleyhissəlam və ya mələklər deyə başa düşülməz.(İmam Kurtubi)

Yenə ateist soruşur: 
Sual: Bütə, daşa, heykələ sitayiş olunur. Sitayiş edənlərin cəzalandırılmasının məntiqi var, amma sitayiş olunanın bunda nə qəbahəti var ki, onlar da Cəhənnəmə atılır?
CAVAB
Cəhənnəmə atılan bütlər, daşlar, cəza üçün atılmır.Sitayiş olunana cəza olması üçün atılır. Bunlar cəza üçün yanacaq olur. İmam Kurtubi həzrətləri buyurur ki:
İnsana sevdiyi, dəyər verdiyi, sitayiş etdiyi şey tərəfindən cəza görmək daha ağır gəlir. Bütə sitayiş etmələrinin boşa çıxdığını görmək, əsas da sitayiş etdiyi ilə əzab olunması ona daha çox acı verir. Nə qədər güclü atəşdir ki, daşlar belə yanacağa çevrilir. (Camiul əhkam) 

Daş, büt, yanacaq olduğu kimi, kafir olan insan daha asan yanar, o da yanacaq olar. İki ayəti-kərimə məalı belədir:
Yoldan çıxanlar (kafirlər) Cəhənnəmə odun olmuşdur.” (Cin 15) (Kafirlər, Cəhənnəmin atəşini gücləndirəcəklər.)

“ Özünüzü və ailənizi, yanacağı insan və daş olan atəşdən qoruyun.” 
(Tahrim 6) (Bu ayəti-kərimədə də Cəhənnəmin yanacağının daş və insan olduğu bildirilir.)

Ona görə hikmət əhli, (Cəhənnəmdə atəş yoxdur, hər kəs atəşini (yanacağını) özü aparar) deyir.

Bir kimsə, bütü sevib ona sitayiş etdiyi üçün büt ona Cəhənnəmdə əzab edəcəkdir. Sevdiyimiz malların zəkatını verməsək, o mallar axirətdə cəza üçün yanacaq olacaqlar. 

Bir ayəti-kərimə məalı belədir:
“ Qızıl və gümüşü (malı, pulu) yığıb, Allah yolunda xərcləməyənlərə (zəkatını verməyənlərə) çox acı əzabı müjdələ! (Zəkatı verilməyən mallar) pullar, Cəhənnəm odunda qızdırılıb, sahiblərinin alınlarına, yanlarına, kürəklərinə (möhür basılan kimi) basılacaqdır. Bu özünüz üçün yığdığınız sərvətdir. Yığdıqlarınızı (əzabını) dadın deyiləcəkdir.” [Tövbə 34, 35] (Mötərizə içindəkilər, təfsirlərdəki izahlardır.)

İbni Macənin bildirdiyi hədisi-şərifdə, Peyğəmbər əfəndimiz, “ Zəkatı verilməyən mallar, ilan olub sahibinin boynuna dolanacaq ” buyurduqdan sonra, bu məaldəki ayəti-kəriməni oxudu:
“ Allahın ehsan etdiyi mallarda simiclik edənlər (o malların zəkatını verməyənlər), yaxşı iş gördüklərini (zəngin qalacaqlarını) zənn edirlər. Halbuki, özlərinə pislik edirlər, o mallar Cəhənnəmdə, (ilan şəklində) boyunlarına dolanacaq (onları sancacaq).” (Ali İmran 180)

Ay, günəş, kainat təsadüfən yaradılmayıbsa, bunların bir yaradanı varsa (ki inkarı mümkün deyil), ayələrdə ziddiyyət axtaran ateist, bu həqiqətlərin qarşısında tövbə etməzsə, artıq Cəhənnəmdə çəkəcəyi əzabı düşünməlidir. Bir şeyin öz-özünə mükəmməl bir vəziyyətə gəlməsinə, məsələn günəşin istiliyinin heç azalıb çoxalmamasına, həmişə müəyyən bir ox ətrafında fırlanmasına bir təsadüf demək qədər axmaqlıq olarmı? Görəsən ateist bunları anlayırmı? Kainatda heç bir şeyin təsadüf olmadığını görürmü? Özünə yazığın gəlsin, gəl iman et desək, görəsən eşidərmi? Küfründə inad edərsə eşitməz. Çünki bir ayəti-kərimə məalı belədir:
“ Onların qəlbləri var, amma anlamazlar; gözləri var, görməzlər; qulaqları var, eşitməzlər. Budur, bunlar heyvanlar kimidir, hətta daha da aşağıdır.” (Əraf 179)


Səbətdə: 0 Ədəd.

Ümumi məbləğ: 0

Cəmi: 0

Sifariş et Səbəti təmizlə