• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Quranda ziddiyyət ola bilməz

Ateist deyir ki:

Sual: Quranın bəzi ayələri niyə təzadlıdır?

CAVAB
Bir qarışqanı yaratmaqdan aciz birinin kainatı bir nizam içində yaradan və yaşadan bir Yaradana bu şəkildə deməsi nə qədər axmaqlıqdır. Bu nəhəng kainatı görürlər, amma bunun bir yaradanının olduğunu qəbul etmirlər. 
Allahın kəlamında ziddiyyət ola bilməz. Cənab Allah buyurur ki:
“Əgər o [Qurani-kərim] Allahdan başqası tərəfindən [gəlmiş] olsaydı, əlbəttə onda tutarsız [uyğunsuz] çox şey olardı.” [Nisə 82] 
Əshabı-kiramdan bir neçə şəxs bir ayəti-kərimələri müxtəlif cür şərh edərkən, Rəsulullah əfəndimiz gəldi və buyurdu ki: 
“Sizdən əvvəlki ümmətlər, Allahın göndərdiyi kitabı səhv şərh etdikləri üçün həlak olmuşdur. Bu Quranın bir qismi digər bir qisminə zidd deyildir. Anlaya bilmədiyiniz yerləri bilənlərdən soruşun! ” (İ. Əhməd)

Peyğəmbər əfəndimiz heç kimdən bir şey öyrənməmiş, heç yazı yazmamış ikən və keçmişdən, ətrafdakılardan xəbəri olmayan insanlar arasında olmuş ikən, Tövratda, İncildə və bütün başqa kitablarda yazılan məlumatları bildirdi. Keçmişlərin hallarından xəbər verdi. Hər dindən, hər sənətdən irəli gələnlərin hamısını dəlil və sübutlarla susdurdu. Ən böyük möcüzə olaraq Qurani-kərimi ortaya qoydu. Allahü təala Rəsuluna buyurur ki:

“Sən [Quran gəlmədən] əvvəl bir kitab oxumuş və əlinlə onu yazmış deyildin. Əgər elə olsaydı müşriklər, [Quranı başqasından öyrənib və ya əvvəlki səmavi kitablardan götürüb] deyər və [Yəhudilər də, Onun vəsfi Tövratda ümmidir, bu isə ümmi deyil, deyə] şübhəyə düşərdilər.” (Ənkəbut 48)

Qurani-kərimdə ziddiyyət yoxdur və ola da bilməz. Qurani-kərim hər cahilin asanlıqla anlayacağı bəsit bir kitab deyildir. Qurani-kərimin tərcüməsini oxuyub, ondan  hökm çıxarmağa çalışmaq çox səhv işdir.

Allah niyə biz və o deyir

Ateist deyir ki:

Sual: “Quran təzadlarla doludur. Allah kəlamı olsaydı, bir yerdə mən, bir yerdə biz, bir yerdə o deyə söyləməzdi. Məsələn, Fatihə surəsində aləmlərin rəbbi deyə üçüncü şəxs kimi söyləyir.”
CAVAB
Bu ateistin ifadələri din düşmənliyi ilə yanaşı, öz cahilliyini ifşa etməkdədir. Fatihə bir duadır. Möminlərin necə dua etməli olduğu bildirilir. Məali belədir:

 

“Aləmlərin Rəbbi, cəza gününün tək sahibi, rəhman və rəhim olan Allaha həmd olsun. Ey rəbbimiz, sənə qulluq edir və yalnız səndən yardım istəyirik. Bizi nemət verdiyin kimsələrin doğru yoluna yönəlt, qəzəbə uğrayanlarla azğınların yolundan uzaq tut”.

Quranda mən, biz, o kimi ifadələrin istifadə olunması haqqında İsmayıl Haqqı Bursəvi həzrətləri buyurur ki:

Sultanların dörd cür danışma tərzi vardır:

1- Mən etdim deyər.

2- Biz etdik deyər.

3- Özündən bəhs etmədən “Bunlar əmr edildi” deyər. 
4- Yalnız statusu ilə “Sultanınız sizə bunu əmr etdi, bunlar sizə qadağan olundu” deyər. Üçüncü şəxs kimi o deyə də bildirir.
Allahü təalanın bəzən mən, bəzən biz deməsi, xalqın aşina olduğu sultanlara məxsus bir xitab tərzidir. O, sultanlar sultanıdır. Yuxarıdakı kimi dörd tərzlə də xitab etmişdir. Qurani-kərimdən üç yerdən nümunə göstərək:
1- Mən dediyinə nümunələr:

Yalnız məndən qorxun. (Bəqərə 40)

Mən tövbə edənin tövbəsini qəbul edərəm. (Bəqərə 160)

Qullarım məni soruşsalar, bilsinlər ki, Mən, onlara yaxınam. Məndən istəyənin, Mənə dua edənin duasını qəbul edərəm. (Bəqərə 186)

2- Biz dediyinə nümunələr:

Biz şükr edənlərin mükafatını verəcəyik. (Ali İmran 145)

Biz kafirlər üçün pərişan edici bir əzab hazırladıq. (Nisə 37)

Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik. (İsra 8)

3- Özündən bəhs etmədən verdiyi əmrlərə nümunələr:

Oruc sizə fərz qılındı. (Bəqərə 183)

Evli qadınlarla evlənməyiniz də haram qılındı. (Nisə 24)

Namaz, möminlərə müəyyən vaxtlarda fərz qılınmışdır. (Nisə 103)

4- Üçüncü şəxs kimi bildirdiyinə nümunələr:

Allah ki, sizi yaratdı. (Rum 40)

O Rəbb ki, yeri sizin üçün bir sütun, göyü də bir tavan etdi. (Bəqərə 22)

O, yerdə nə varsa hamısını sizin üçün yaratdı. (Bəqərə 29)

Allahü təalanın Mən deməsi uca zatına görə, Biz deməsi isim və sifətlərinə görədir. İsim və sifətlərinin çoxluğu zatının birliyinə zidd deyildir. Çünki isim və sifətlərin hamısı zata aiddir. (Ruhul-bəyan c.1, s.37)

Müşriklərə təhqir

Sual: Ateist sifətli missioner bu iki ayənin bir-biri ilə təzadlı olduğunu iddia edir:

Müşriklərin sitayiş etdiklərini [bütləri] söyməyin ki; sonra onlar da həddi aşaraq Allahı söyərlər. (Ənam 108)

Ey iman edənlər, müşriklər murdar olduğu üçün onlar məscidi-harama [Kəbəyə] yaxınlaşmasınlar. (Tövbə 28)

CAVAB
Ateist, müşriklərə murdar deməklə onlar söyülmürmü, təhqir edilmirmi deyir. Müşrik, kafir deməkdir. Onlara müxtəlif ayələrdə, hamınız Cəhənnəmliksiniz, deyilir. Müşriklərin halları, kafirlikləri və etiqad olaraq natəmiz olduqları bildirilir. Birinci ayədə bütlərini söyməyin deyilir, təhqir etməyin deyilmir ki. Yəni, müşriklərin bütlərini söymək başqa şey, müşriklərin halını tərif etmək, aqibətlərini bildirmək başqa şeydir. Halları, müşriklik, yəni kafirlik və natəmizlikdir. Aqibətləri, yəni gedəcəkləri yer Cəhənnəmdir.

Dünya işində belə özləri də, məsələn, əxlaqsız qadına fahişə deyirlər, istəsələr fahişəxanaya qoyurlar. Adam öldürənə qatil deyirlər, həbsxanaya atırlar. Hər nə qədər bu ifadələr təhqir kimi görünsə də, bunlara təhqir üçün fahişə, qatil demirlər, hallarını,vəziyyətlərini bildirib, layiq olduqları yerə göndərirlər.

Burada təzad deyə bir şey yoxdur.

Cinlər nə üçün yaradıldı

Ateist deyir ki:

Sual: “Cinlər qulluq üçün, yoxsa Cəhənnəm üçün yaradıldı? Budur təzadlı ayələr:

Mən cinləri və insanları ancaq Mənə qulluq etmələri, ibadət etmələri üçün yaratdım. (Zariyət 56)

Biz cin və insanların çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, anlamazlar; gözləri var, görməzlər; qulaqları var, eşitməzlər. Onlar heyvanlar kimidir; hətta daha da aşağıdır. Budur əsl qafil onlardır. (Əraf 179)
CAVAB
Sadəcə cinlər deyil, insanlar da eyni ifadədə keçir. Cinləri də, insanları da qulluq etmələri, yəni ibadət etmələri üçün yaratdığı bildirilir. İkinci ayədə isə Allahü təala əzəli və əbədi elmi ilə bilir ki, cinlərin və insanların çoxu iman etməyəcəklər, Cəhənnəmə gedəcəklər. Burada cin və insanların kafirləri, yəni bütün dinsizlər, ateistlər bildirilir. Qəlbləri olduğu halda anlamazlar, gözləri olduğu halda görməzlər. Nəyi görməzlər? Ay, ulduz, günəş, planetlər var. Bunlar boş yerə yaradıldı? Bunları kim yaratdı? İnsanı yoxdan kim yaratdı? Öküzün qatara baxdığı kimi, aya, günəşə baxar, amma ibrət almazlar, deyilir. Həqiqətləri, oxunan azanları eşitməzlər. Heyvan kimidirlər, hətta daha da aşağıdırlar, deyilir. Öküzün qatara baxması ilə ateistin günəşə baxması arasında nə fərq var. Günəş indiki yerindən çox uzaqda olsaydı, soyuqdan hər yer donardı. İndikindən çox yaxın olsaydı, bu dəfə də hər yer yanardı, həyat olmazdı. Bunları tam yerinə kimin qoyduğunu düşünməyənin heyvandan nə fərqi var ki.

Bu iki ayədə ixtisarla deyilir ki:

Biz insanları da, cinləri də qulluq etmələri üçün yaratdıq; ancaq çoxu kafir olacağı və qulluq etməyəcəyi üçün Cəhənnəmə gedəcəkdir. 
Burada heç bir təzad yoxdur. Dünya işlərində də belə deyildirmi? Məsələn, dövlət, “Bütün məktəbləri təhsil üçün açdıq. Amma bu qiyməti ala bilməyənlər sinifdə qalacaq, bu qədər il ard-arda sinifdə qalan da məktəbdən çıxarılacaq” deyir. İndi dövlətə, tələbəyə təhsil verəcəkdin, bəs niyə məktəbdən kənarlaşdırdın demək olarmı? Bu iki söz arasında ziddiyyət axtaranın öz ağlında  ziddiyyət olmazmı? 

İtaət, üsyan və imtahan

Ateist deyir ki:

Sual: Bir ayədə hər şeyin Allaha itaət etdiyi bildirilərkən, digər ayələrdə İblisin itaət etmədiyi bildirilir. Bu bir ziddiyyətdir. Budur ayələr:
Göylərdə və yerdə olanlar hamısı Onundur. Hamısı Ona boyun əymişdir. [Rum 26]
Əvvəlcə sizi [ruhlarınızı] yaratdıq, sonra sizə şəkil verdik [cisimlərinizi yaratdıq], sonra da mələklərə, Adəmə səcdə edin deyə əmr etdik. İblisdən başqa hamı səcdə etdi. O səcdə edənlərdən olmadı. [Əraf 11]
CAVAB
İtaət etməyən milyonlarla insan var ikən, “Hamısı ona boyun əymişdir” deyilərmi? Demək, buradakı boyun əymək insanlarla əlaqəli deyildir. Ay, günəş, ulduzlar, planetlər boyun əyərək müəyyən istiqamətlərdə hərəkət edir. Təbiət qanunu adlanan hadisələrdə mövcud olan hər şey Rəbbimizə boyun əyir. Burada boyun əyənlərin insan olduğu bildirilmir. Necə bildirilsin ki, çox sayda insan dinsizdir.
İblisin səcdə etməməsi, hələ dünyada tək insan yox ikən, insanlığın başlanğıcında meydana gəlmişdir. Mələklər və İblis imtahan edilmişdir. Mələklər imtahanı qazanmış, İblis məğlub olmuşdu. İndi artıq nə İblis, nə də mələklər imtahan içində deyildir. Mələklər günah işləməz. İndi imtahan içində olan insanlar və cinlərdir. İnsanlar da, cinlər də itaət edib-etməməkdə sərbəstdirlər. Sərbəst buraxılmazsa, imtahanın əhəmiyyəti qalmaz.


İmtahan lüzumsuzdurmu?

Sual: Bir ateist, “Allah, insanların Cənnətə və ya Cəhənnəmə gedəcəyini bilirsə, onları imtahan etməsi lüzumsuzdur. İmtahan bilinməyən bir şeyi meydana çıxarmaq üçün edilir. İmtahana nə ehtiyac var?” dedi. Mənim də ağlıma batdı. İmtahan lüzumsuzdurmu?

CAVAB
Ateist bunu Allaha inandığı üçün deyil, cavab verə bilməsinlər deyə, Müsəlmanları çətin vəziyyətə salmaq üçün soruşur.
Allahü təala imtahan etmədən də qullarının nə edəcəyini, hansı günahları işləyəcəklərini əlbəttə bilir. İmtahanı özü üçün etmir, insanların öz etdiklərini onların özlərinə göstərmək üçün edir. Məsələn, Allahü təala, ateistə, “Mən əzəli elmimlə bilirəm ki, sən onsuz da inanmayacaqdın, ona görə, səni Cəhənnəmə atdım” desəydi, ateist, “Cinayət işləmədən, imtahan edilmədən, məni cəzalandırmaq ədalətsizlikdir. Məni dünyaya göndər, yaxşı əməllər edim” deməzdimi? Ateistin və digər kafirlərin belə deyə bilməmələri üçün onlar dünyaya gətirilmiş, onlara ağıl verilmiş, yaxşı və pis yol göstərilmiş, qəbirdə və axirətdə soruşulacaq suallar açıq-aydın bildirilmiş, etiraz edəcək bir vəziyyət qalmamış olur. Kafirlər buna baxmayaraq, bir qurtuluş ümidilə məalən belə deyəcəklər:
“Rəblərinin hüzurunda başları önə əyik, - Rəbbimiz, gördük, eşitdik, indi bizi dünyaya geri göndər ki, yaxşı işlər görək, artıq dəqiq inandıq - deyəcəklər.” (Səcdə 12)

“Ey Rəbbimiz, bizə az bir müddət ver, Sənin dəvətinə uyub tabe olaq.” [İbrahim 44)

Onlara, “Siz dünyadan gəlmirsinizmi?” deyiləcəkdir. Qurtuluş ümidi qalmayan kafirlər, “Kaş ki, torpaq olsaydıq” deyəcəkdirlər. (Nəbə 40)

Cənnət və Cənnətlər

Ateist deyir ki:

Sual: Quranda Cənnət və Cənnətlər deyilir. Bu isə bir təzaddır. Budur ayələr:
Kişi və ya qadın iman edib yararlı işlər görsələr, budur onlar Cənnətə girər. (Nisə 124)
Rəblərinə qarşı çıxmaqdan çəkinənlər isə dəstə-dəstə Cənnətə aparılacaqdır. (Zümər 73)

Allaha və Peyğəmbərlərinə inananlar üçün hazırlanmış, genişliyi göylə yerin genişliyi qədər olan Cənnətə girmək üçün yarışın. (Hadid 21)

Aşağıdakılar da cəm haldadır:

Allaha və Peyğəmbərinə itaət edəni içlərindən bulaqlar axan Cənnətlərə qoyacaqdır, orada daimi qalacaqlar, böyük qurtuluş budur. (Nisə 13)

Rəbləri onlara tərəfindən bir rəhmət və razılıqla onlar üçün içində tükənməz nemətlər olan Cənnətləri müjdələyir. (Tövbə 21)

İman edib, gözəl davrananlar üçün Allahın vədilə davamlı qalacaqları və nemətləri bol Cənnətlər vardır. (Loğman 8)

CAVAB
Cümlənin gəlişinə və saleh əməl işləyənlərin vəziyyətinə görə təkdə və ya cəmdə istifadə olunmuşdur. Bizim dildə də belə ifadələr vardır. Məsələn, “Oğlum üniversitetə daxil oldu” deyilir. Halbuki, bir çox üniversitet, ali məktəb vardır. Burada vurğulanan onun üniversitetə qəbul olmasıdır. Önəmli olan artıq onun üniversitet tələbəsi olmasıdır. Qazandığı bala görə, gedə biləcəyi üniversiteti araştırması, seçməsi, qeydiyyatı ondan sonra gəlir. Yəni üniversitetə qəbul oldu deyə, gəl istədiyinə qeydiyyatdan keç deyilmir, qazandığın bala görə bunlara gedə bilərsən deyilir.
“Azərbaycandakı həbsxanalar islah olunmalıdır” deyildikdə də cəm halda ifadə edilməlidir.

Həmçinin, Gəncədən bir kimsə, Bakıdakı İçərişəhərə, Mikrorayona və Yasamala gələcək olsa, gedəcəyi yerlərin hamısını bir-bir saymaz, “Mən Bakıya gedirəm” deyər. Xüsusi bir vəziyyət varsa, “Mən İçərişəhərə gedirəm” də deyə bilər.

Qurani-kərimdə də saleh kimsələrin vəziyyətinə görə, Firdövs və Ədn Cənnətlərindən də bəhs edilir. Ərəbcə Cənnət bağça deməkdir. Yaxşı insanların vəziyyətinə görə, ibadətinə görə bir deyil, bir neçə Cənnət veriləcəkdir.
Peyğəmbər əfəndimiz ayələri açıqlamış, yeddi Cəhənnəm və səkkiz Cənnətin olduğunu bildirmişdir. Cənnət kəlməsini təkdə və ya cəmdə ifadə etməyin təzadla nə əlaqəsi vardır?


Səbətdə: 0 Ədəd.

Ümumi məbləğ: 0

Cəmi: 0

Sifariş et Səbəti təmizlə