Facebook Twitter WhatsApp

Cənnət və Cənnətlər

Ateist deyir ki:

Sual: Quranda Cənnət və Cənnətlər deyilir. Bu isə bir təzaddır. Budur ayələr:
Kişi və ya qadın iman edib yararlı işlər görsələr, budur onlar Cənnətə girər. (Nisə 124)
Rəblərinə qarşı çıxmaqdan çəkinənlər isə dəstə-dəstə Cənnətə aparılacaqdır. (Zümər 73)

Allaha və Peyğəmbərlərinə inananlar üçün hazırlanmış, genişliyi göylə yerin genişliyi qədər olan Cənnətə girmək üçün yarışın. (Hadid 21)

Aşağıdakılar da cəm haldadır:

Allaha və Peyğəmbərinə itaət edəni içlərindən bulaqlar axan Cənnətlərə qoyacaqdır, orada daimi qalacaqlar, böyük qurtuluş budur. (Nisə 13)

Rəbləri onlara tərəfindən bir rəhmət və razılıqla onlar üçün içində tükənməz nemətlər olan Cənnətləri müjdələyir. (Tövbə 21)

İman edib, gözəl davrananlar üçün Allahın vədilə davamlı qalacaqları və nemətləri bol Cənnətlər vardır. (Loğman 8)

CAVAB
Cümlənin gəlişinə və saleh əməl işləyənlərin vəziyyətinə görə təkdə və ya cəmdə istifadə olunmuşdur. Bizim dildə də belə ifadələr vardır. Məsələn, “Oğlum üniversitetə daxil oldu” deyilir. Halbuki, bir çox üniversitet, ali məktəb vardır. Burada vurğulanan onun üniversitetə qəbul olmasıdır. Önəmli olan artıq onun üniversitet tələbəsi olmasıdır. Qazandığı bala görə, gedə biləcəyi üniversiteti araştırması, seçməsi, qeydiyyatı ondan sonra gəlir. Yəni üniversitetə qəbul oldu deyə, gəl istədiyinə qeydiyyatdan keç deyilmir, qazandığın bala görə bunlara gedə bilərsən deyilir.

“Azərbaycandakı həbsxanalar islah olunmalıdır” deyildikdə də cəm halda ifadə edilməlidir.

Həmçinin, Gəncədən bir kimsə, Bakıdakı İçərişəhərə, Mikrorayona və Yasamala gələcək olsa, gedəcəyi yerlərin hamısını bir-bir saymaz, “Mən Bakıya gedirəm” deyər. Xüsusi bir vəziyyət varsa, “Mən İçərişəhərə gedirəm” də deyə bilər.

Qurani-kərimdə də saleh kimsələrin vəziyyətinə görə, Firdövs və Ədn Cənnətlərindən də bəhs edilir. Ərəbcə Cənnət bağça deməkdir. Yaxşı insanların vəziyyətinə görə, ibadətinə görə bir deyil, bir neçə Cənnət veriləcəkdir.
Peyğəmbər əfəndimiz ayələri açıqlamış, yeddi Cəhənnəm və səkkiz Cənnətin olduğunu bildirmişdir. Cənnət kəlməsini təkdə və ya cəmdə ifadə etməyin təzadla nə əlaqəsi vardır?


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину