• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Allah niyə biz və o deyir

Ateist deyir ki:

Sual: “Quran təzadlarla doludur. Allah kəlamı olsaydı, bir yerdə mən, bir yerdə biz, bir yerdə o deyə söyləməzdi. Məsələn, Fatihə surəsində aləmlərin rəbbi deyə üçüncü şəxs kimi söyləyir.”
CAVAB
Bu ateistin ifadələri din düşmənliyi ilə yanaşı, öz cahilliyini ifşa etməkdədir. Fatihə bir duadır. Möminlərin necə dua etməli olduğu bildirilir. Məali belədir:

 

“Aləmlərin Rəbbi, cəza gününün tək sahibi, rəhman və rəhim olan Allaha həmd olsun. Ey rəbbimiz, sənə qulluq edir və yalnız səndən yardım istəyirik. Bizi nemət verdiyin kimsələrin doğru yoluna yönəlt, qəzəbə uğrayanlarla azğınların yolundan uzaq tut”.

Quranda mən, biz, o kimi ifadələrin istifadə olunması haqqında İsmayıl Haqqı Bursəvi həzrətləri buyurur ki:

Sultanların dörd cür danışma tərzi vardır:

1- Mən etdim deyər.

2- Biz etdik deyər.

3- Özündən bəhs etmədən “Bunlar əmr edildi” deyər. 
4- Yalnız statusu ilə “Sultanınız sizə bunu əmr etdi, bunlar sizə qadağan olundu” deyər. Üçüncü şəxs kimi o deyə də bildirir.
Allahü təalanın bəzən mən, bəzən biz deməsi, xalqın aşina olduğu sultanlara məxsus bir xitab tərzidir. O, sultanlar sultanıdır. Yuxarıdakı kimi dörd tərzlə də xitab etmişdir. Qurani-kərimdən üç yerdən nümunə göstərək:
1- Mən dediyinə nümunələr:

Yalnız məndən qorxun. (Bəqərə 40)

Mən tövbə edənin tövbəsini qəbul edərəm. (Bəqərə 160)

Qullarım məni soruşsalar, bilsinlər ki, Mən, onlara yaxınam. Məndən istəyənin, Mənə dua edənin duasını qəbul edərəm. (Bəqərə 186)

2- Biz dediyinə nümunələr:

Biz şükr edənlərin mükafatını verəcəyik. (Ali İmran 145)

Biz kafirlər üçün pərişan edici bir əzab hazırladıq. (Nisə 37)

Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik. (İsra 8)

3- Özündən bəhs etmədən verdiyi əmrlərə nümunələr:

Oruc sizə fərz qılındı. (Bəqərə 183)

Evli qadınlarla evlənməyiniz də haram qılındı. (Nisə 24)

Namaz, möminlərə müəyyən vaxtlarda fərz qılınmışdır. (Nisə 103)

4- Üçüncü şəxs kimi bildirdiyinə nümunələr:

Allah ki, sizi yaratdı. (Rum 40)

O Rəbb ki, yeri sizin üçün bir sütun, göyü də bir tavan etdi. (Bəqərə 22)

O, yerdə nə varsa hamısını sizin üçün yaratdı. (Bəqərə 29)

Allahü təalanın Mən deməsi uca zatına görə, Biz deməsi isim və sifətlərinə görədir. İsim və sifətlərinin çoxluğu zatının birliyinə zidd deyildir. Çünki isim və sifətlərin hamısı zata aiddir. (Ruhul-bəyan c.1, s.37)


Səbətdə: 0 Ədəd.

Ümumi məbləğ: 0

Cəmi: 0

Sifariş et Səbəti təmizlə