• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Hikmət Əhli buyurdu ki,

"Allahü təala bir quluna iki şey veribsə, deməli, hər şeyi vermişdir:Doğru iman, yəni əhli-sünnət etiqadı.Böyükləri tanımaq. [Məzhəb və etiqad imamlarımızı, əhli-sünnət alimlərini, silsiləyi-aliyyə böyüklərini tanımaq, yəni yollarında olmaq, hamısının yolu birdir.] Allahü təala bu iki neməti kimə veribsə, o insan seçilmiş deməkdir. Onu Allahü təala seçmiş və sevmişdir, mən seçmirəm, mən sevmirəm heç elə şey olarmı?"

Bayram namazı necə qılınır

Bayram namazı iki rəkatdır. Camaatla qılınar. Birinci rəkatda Subhanəkə-dən sonra əllər üç dəfə qulaqlara qaldırılıb birinci və ikincisində iki yana salınır. Üçüncüsündə göbək altına bağlanır. Fatihə və zammı-surə oxunub rükü və səcdələr edilir. İkinci rəkata qalxaraq, Fatihə və zammı-surə oxunduqdan sonra iki əl yenə üç dəfə qulaqlara götürülür. Üçündə də əllər yana sarılır. Dördüncü təkbirdə əllər qaldırılmayıb rüküyə əyilir. Səcdələr edilib oturduqdan sonra salam verilir.


Səbətdə: 0 шт.

Qiymət: 0

Cəmi: 0

Sifarişi təsdiqlə Səbəti təmizlə