Facebook Twitter WhatsApp

Oruc və sağlamlıq

Bəzi insanlar orucun sağlamlığa zərərli olduğunu söyləyir. Halbuki Allahü təala insanlara zərərli olan şeyi əmr etməz. Az yemək və oruc tutmaq vücudun səhhəti üçün çox önəmlidir. Zəkat verən malını kirdən qoruduğu kimi oruc tutan da vücudun zəkatını ödəmiş olur.
Oruc tutan vücud adətən baxışa girən bir maşın kimidir. Daxili orqanları bürüyən yağlar əriyər, vücudun gümrahlığı artar, dayanma gücü artar. Mədə, böyrək, ürək və qara ciyər xəstəliklərə qarşı müqavimət edər. Qara ciyər həzm ilə də vəzifəlidir. Oruclu ikən bir neçə saat istirahət edər, qida yığma işinə fasilə verər. Mədə də bir müddət dincəlir. Qan həcmi də azaldığı üçün təzyiq düşərək ürək rahatlayar. Damar sərtliyinə çox faydalıdır. Belə rahatsızlığı olanlar Ramazan ayından başqa aylarda da oruc tutmalıdır.
Çox yeyən çox yatar. Çox yatanın da vaxtı boşa gedər. Ayrıca sərt və qatı qəlbli olur. Hər zaman tox olan şəfqətsiz və mərhəmətsiz olur. Az yeyən səhhətli olur və məsrəfi də az olur. Orucun səbir, şükür, nəfs tərbiyəsi kimi digər ibadətlərlə də əlaqəsi vardır. Hədisi-şərifdə buyuruldu ki: “Oruc səbrin, səbir də imanın yarısıdır.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину