• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Orucluya məkruh olanlar və olmayanlar

Sual: Orucluya məkruh olan və olmayan şeylər nələrdir?
CAVAB
Məkruh olanlar bunlardır:
1- Dişləri diş pastasıyla fırçalamaq, məcunsuz məkruh olmaz.
2- Dərmanla qarqara etmək. Əgər ağızdakı yara namazda oxumağa mane olarsa, dərmanla qarqara etmək məkruh olmaz, çünki qüsur vardır.
3- Cünub olma ehtimalı varsa xanımını öpmək.
4- Ramazan günü bir kimsə hər hansı bir səbəblə orucunu pozarsa, uşaq yetkinliyə çatarsa, kafir Müsəlman olarsa, səfərdəki yolçu şəhərinə gələrsə, qadının heyzi kəsilərsə, axşama qədər oruclu olmaları vacib olar, yeyib-içməkləri tahrimən məkruh olar. [Rəddül Muxtar]
Məkruh olmayanlar:
1- Gecə ihtilam olub sahura qalxanda imsaq vaxtına az qalmışdırsa, əvvəl ağızı yuyub yemək yeyilsə, imsaq çıxdıqdan sonra qüsl edilsə, yəni oruca cünub olarkən başlansa səhih olar. Daha sonra qüsl etmək caizdir.
2- Pozularsa kəfarət olmasın deyə, Ramazan orucuna imsaq vaxtından sonra niyyət etmək caizdir.
3- Ramazanda yatsıdan sonra cünub olan, daha sonra qüsl alaram deyə yatıb qalsa, oyananda da günəş doğulmuş olsa oruca zərər gəlməz, lakin namaz qılmaq üçün ilk fürsətdə qüsl almaq lazımdır.
4- Orucu axsatmamaq üçün heyzi dərmanla gecikdirmək caizdir.
5- Orucluykən heyzi başlayan qadın oruclu kimi dayanmaz, gizli yeyib-içər.
Oruc tutmaq üçün asanlıqlar
Sual: Oruc tutmaq üçün aşağıdakı asanlıqlardan istifadə etmək caizdir?
1-Susayanda hərarəti azaltmaq məqsədiylə ağıza su almaq, sərinləmək üçün başa soyuq su tökmək, soyuq suyla yuyunmaq,
2- Siqaret ehtiyacı hiss edəndə siqaret bantı vurmaq,
3- Ağrılı, rematizmalı yerlərə, sprey və ya məlhəm sürtmək, infarktda sinəyə qoyularaq əmilən dərman və mazdan istifadə etmək,
4- Aclıq hiss edəndə aküpunqtür iynələrini batırmaq və ya aclıq bantı istifadə etmək, [ Bunlar həm aclıq hissini aradan qaldırır, həm də kilo verməyə köməkçi olur.]
5- Ramazanı axsatmamaq, tam tutmaq məqsədiylə heyzi gecikdirmək üçün dərmandan istifadə etmək.
CAVAB
Bunların hamısı caizdir. Ancaq, birinci maddədəki xüsus, İmamı Azama görə tənzihən məkruhdur, çünki belə bir hərəkət ibadətdən bezməyi göstərə bilər. İmamı Əbu Yusifə görə isə, bunun zərəri olmaz, çünki belə etməklə ibadətə kömək edilərək çətinlik nisbətən aradan qalxmış olar. İmamı Əbu Yusifin sözünə tabe olaraq yuxarıdakıların hamısı edilə bilər.


Səbətdə: 0 Ədəd.

Ümumi məbləğ: 0

Cəmi: 0

Sifariş et Səbəti təmizlə