Facebook Twitter WhatsApp

Orucu pozan şeylər



Orucu pozan, ancaq qəzası lazım olan şeylərdən bəziləri:
1. Xəta ilə pozularsa.
2. Boğaza qar və yağış qaçarsa.
3. Zorla pozdurularsa.
4. Buruna maye dərman tökmək.
5. Buruna ətir çəkmək.
6. Başladığı orucu səfərdə ikən pozmaq.
7. Ud ağacı, ənbər ilə tüstülənib dumanını çəkmək.
8. Başqasının çəkdiyi siqaret dumanını istəyərək çəkmək.
9. Qulağın içinə dərman damlatmaq.
10. Dəridəki yaraya qoyulan dərman içəri keçsə.
11. Bədənə iynə ilə dərman vurmaq.
12. İstəyərək, zorlayaraq ağız dolusu qusmaq.
13. Dişi qanayan və ya diş çəkdirən ağızdakı qanı udarsa və ya tüpürcəklə bərabər miqdarda qarışıq qanı udarsa.
14. İmsaq vaxtının bitdiyini bilmədən yeyib-içmək.
15. Günəşin batdığını zənn edərək orucu pozmaq.
16. Dişlərin arasında qalan noxud boyda şeyi udmaq.
17. Ağrıyan dişini uyuşdurucu vurduraraq çəkdirmək məcburiyyətində qalan kimsə orucu pozulduğu üçün yeyib-içərsə sadəcə qəza lazım olar.
18. Dəstəmaz alan zaman boğaza su qaçarsa.
19. Kağız, daş, pambıq, ot, bişməmiş düyü... kimi dərman və qida olmayan şeyi udmaq.
20. Yatarkən ağza su axıdılarsa.
21. Oruclu olduğunu unudub yemək, orucunun pozulduğunu hesab edərək bilərək yeməyə davam etmək.
22. Ramazanda imsaq vaxtına qədər niyyət etməyib daha sonra niyyət edərək, günortadan əvvəl və ya sonra orucu pozmaq.
Yuxarıda qeyd olunanların hamısında oruc pozulur və bayramdan sonra bir gün üçün yalnız bir gün qəza etmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину