• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Mübarək gecələr

      Mübarək gecələr İslam dininin qiymət verdiyi gecələrdir. Allahü teala qullarına çox yazığı gəldiyi üçün bəzi gecələrə qiymət vermiş, bu gecələrdəki dua və tövbələri qəbul edəcəyini bildirmişdir. Qulların çox ibadət etməsi üçün bu gecələri səbəb qılmışdır. Qiymətli vaxt, günorta namazı vaxtından o gecənin sonuna, yəni imsaq vaxtına qədər olan zamandır. Mübarək gecələri ihya etməli, yəni qəza namazları qılmalı, Quranı-kərim oxumalı, dua və tövbə etməli, sədəqə verməli, Müsəlmanları sevindirməli, bunların savabını ölülərə də göndərməlidir. Mübarək gecələrdə tövbə və istiğfar etmək etmək, Allahü təalaya yalvarmaq, günahlarını düşünmək, ayıblarını, qüsurlarını düşünüb qorxmaq, Cəhənnəmin sonsuz əzablarından titrəmək lazımdır. Əfv və bağışlanmaq üçün çox yalvarmaq lazımdır. Mübarək gecələr bunlardır:

  1. Qədir gecəsi: Ramazan ayının içindəki bir gecədir. İmamı Azam Əbu Hənifə “rahmətullahi aleyh” həzrətləri “27-ci gecəsi olması çox vaqe olur” buyurdu.
  2. Fitr (Ramazan) Bayramı gecəsi: Ramazanın son günü ilə bayramın birinci günü arasındakı gecədir.
  3. Arəfə gecəsi: Arəfə günü ilə Qurban bayramının birinci günü arasındakı gecədir. Arəfə Zilhiccə ayının 9-cu günüdür. Başqa günlərə Arəfə deyilməz.
  4. Qurban Bayramı gecəsi: Qurban bayramının 1-ci, 2-ci, 3-cü günlərindən sonrakı gecədir. Bu üç günə “Eyyamı-nahr” deyilir.
  5. Mövlud gecəsi: Rəbiüləvvəl ayının 11-ci və 12-ci genləri arasındakı gecədir. Peyğəmbər əfəndimizin doğulduğu gecədir.
  6. Bəraət gecəsi: Şaban ayının 15-ci gecəsidir.
  7. Mirac gecəsi: Rəcəb ayının 27-ci gecəsidir.
  8. Rəqaib gecəsi: Rəcəb ayının ilk Cümə gecəsidir.
  9. Məhərrəm gecəsi: Məhərrəm ayının 1-ci gecəsi, müsəlmanların qəməri yeni il gecəsidir.
  10. Aşura gecəsi: Məhərrəm ayının 10-cu gecəsidir.

 Yuxarıda bildirilən gecələrdən başqa Zilhiccə və Məhərrəm aylarının ilk on gecələri, həftənin hər Cümə və Bazar ertəsi gecələri də mübarəkdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину