• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Qədir gecəsi

         Ramazanı-şərif ayı içində olan ən qiymətli gecədir. Bəzi alimlərə görə Mövlud gecəsindən sonra ən qiymətli gecədir. Qədir gecəsi Muhamməd əleyhissəlamın ümmətinə məxsus bir gecədir. Başqa Peyğəmbərlərə belə bir gecə verilməmişdir. Hədisi-şərifdə buyuruldu ki:

        ”Allahü təala Qədir gecəsini ümmətimə hədiyə etdi ki, ondan əvvəl heç kimə vermədi“ (Deyləmi)

        Peyğəmbər əfəndimiz daha əvvəlki ümmətlərdən bir il cihad edən insanları düşünüb mənim ümmətimin ömrü qısadır, az ibadət edərlər deyə üzüldüyü zaman Allahü təala „Qədir gecəsi sənin və ümmətinindir“ buyurub Həbibinin qəlbini fərəhləndirdi. Həm də Qədir gecəsi hər Ramazan ayında gəlir.
Rəsulullah əfəndimizə özündən əvvəlki insanların ömürlərinin nə qədər olduğunu bildirəndə, öz ümmətinin ömürlərini qısa gördü, uzun ömürlü olan digərlərinin işlədikləri saleh əməlləri işləyə bilməzlər, deyə düşünəndə, Allahü təala Ona min aydan xeyirli olan Qədir gecəsini ehsan etdi. (İ. Malik)

         Rəsulullah əfəndimiz „Bəni İsrail Peyğəmbərlərindən 80 il Allahü təalaya ibadət edən oldu“ buyurduğu zaman, Əshabi-kiram heyrat etdilər. Bunun üzərinə Cəbrayıl əleyhissəlam gəlib “Ey Rəsulallah, sənin ümmətin bu Peyğəmbərlərin 80 illik ibadıtinə təəccüb edərlər. Allahü təala sənə ondan yaxşısnı göndərdi“ deyərək „Qədir gecəsi min aydan xeyirlidir“ məalindəki ayəti oxudu. (Təfsiri Muğni)
           Qədir gecəsi haqqındakı hədisi-şəriflərdə buyuruldu ki:

         “İnanaraq və savabını Allahü təaladan umaraq Qədir gecəsini əhya edənin keçmiş günahları bağışlanır“ (Buxari, Müslüm)
           Qədir gecəsi Ramazan ayı içindədir. Qədir gecəsinin hansı gecə olduğu dəqiq olaraq bəlli deyildir. Alimlərimiz „Allahü təala rizasını ibadətlərdə, qəzəbini günahlarda, orta namazı 5 vaxt namazda, övliyasını xalq arasında, Qədir gecəsini Ramazan ayı içərisində gizlətmişdir“ buyurur. 

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину