• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Bəraət gecəsi

Hər il Şaban ayının 15-ci Bəraət gecəsində o ildə olacaq şeylər, əməllər, ömürlər, ölümlər, ölüm səbəbləri, yüksəlmələr, alçalmalar, yəni hər şey Lövhi-mahfuza yazılır. Rəsulullah əfəndimiz bu gecə çox ibadət, çox dua edərdi.

  Şaban ayında nə üçün oruc tutduğunu soruşanda, Rəsulullah əfəndimiz buyurdu ki: “Şaban ayı elə fəzilətli bir aydır ki, insanlar bundan qafildirlər. Bu ayda əməllər aləmlərin Rəbbinə ərz edilir. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyirəm.”

  Aişə anamız buyurur ki: „Rəsulullahın heç bir ayda, Şaban ayından daha çox oruc tutduğunu görmədim. Bəzən Şabanın hamısını orucla keçirirdi”. Bu mövzuda hədisi-şəriflərdən bəziləri belədir: “Bəraət gecəsi göylərin qapıları açılır, mələklər möminlərə müjdə verir və ibadətə təşviq edərlər.” (Nəsai, Beyhəqı, A. Münziri)

  Şabanın 15-ci gecəsini ibadətlə, gündüzünü orucla keçirin! O gecə Allahu təala buyurur ki: “Əfv istəyən yoxdurmu əfv edim. Ruzi istəyən yoxdurmu, ruzi verim. Dərtli yoxdurmu, səhhət, afiyət verim. Nə istəyən varsa, istəsin verim.”Bu hal sabaha qədər davam edər. (İbni Macə)

İçki içmək, xəsislik, kin saxlamaq, ana-ataya qarşı gəlmək kimi günahlar işləyən kafir olmaz. İmanı düzgün isə günahların cəzasını çəkdikdən  sonra Cənnətə girər. Savabları günahlardan daha çox isə Cəhənnəmə girmədən də Cənnətə gedər. Bu gecəni qənimət bilmək, tövbə etmək, bağışlama diləmək, qəza namazı qılmaq, Quranı-kərim və elmi-hal oxumaq, xüsusilə elm öyrənmək lazımdır. Ən qiymətli elm, doğru yazılan elmi-hal kitablarıdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину