Facebook Twitter WhatsApp

Rəqaib gecəsi

Bu gecə, Rəcəb ayının ilk Cümə gecəsi, yəni Rəqaib gecəsidir. Bu gecədə Allahu təala mömin qullarına rəğibələr, yəni ehsanlar və ikramlar edər. Bu gecəyə hörmət edənlər bağışlanır. Bu gecədə edilən dua rədd olunmaz və namaz, oruc, sədəqə kimi ibadətlərə qat-qat savab verilər. Çox tövbə və istiğfar etməli, qəzaya qalmış namazlarını dərhal qəza etməyə başlamalıdır. Bir an əvvəl bu öhdəliklərdən xilas olmaq üçün çalışmalıdır. Bu mübarək zamanlarda vəd edilən savablara qovuşmaq üçün hər şeydən əvvəl etiqadı düzəltməlidir. Elmihal bilgilərini öyrənməli və yaşayışını bunlara uyğun hala gətirməlidir.

    Bu gecə Rəsulullah (sallallahu əleyhi və səlləm)in atasının evləndiyi gecə deyil. Belə söyləmək səhvdir.

    Zünnun-i Mısri həzrətləri buyurdu ki: “Rəcəb toxum əkmə, Şaban suvarma, Ramazan isə məhsul ayıdır.”

    Hədisi-şəriflərdə buyuruldu ki:

    “Rəcəb, Allahu Təalanın ayıdır. Rəcəb ayına ikram edənə, hörmət göstərənə, Allahu təala, dünyada və axirətdə ikram edər”.

    “Rəcəb ayının ilk Cümə gecəsini əhya edənə (hörmət göstərənə) Allahu təala qəbir əzabı verməz. Dualarını qəbul edər. Yalnız, 7 kimsəni bağışlamaz və dualarını qəbul etməz: Faiz alan və ya verən, müsəlmanları aşağı görən, anasına, atasına əziyyət edən, qarşı çıxan övlad, müsəlman olan və dinin əmrlərinə tabe olan ərini dinləməyən qadın, mahnı və çalğıçılığı sənət tutanlar, livata və zina edənlər, beş vaxt namazı qılmayanlar".

    (Bunlar, bu günahlardan imtina etmədikcə, tövbə etmədikcə, duaları qəbul olmaz. Ananın, atanın, ərin, heç kimin dinə  zidd olan əmrləri dinləmək və etmək olmaz).


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину