• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Arəfə gününün əhəmiyyəti

     Qiymətli gecəyə özündən sonra gələn günün adı verilər. Lakin Arəfə və Qurban bayramının üç gecəsi belə deyil. Bu dörd gecə, bu günləri izləyən gecələrdir. Arəfə, tək Zilhiccenin 9-cu günüdür. Yəni, qurban bayramından əvvəlki günə deyilir. Ramazan bayramından əvvəlki günə və başqa günə Arəfə deyilməz.

     Arəfə günü ediləcək işlərdən bəziləri bunlardır:

1- Arəfə günü səhər namazından, Qurban bayramının dördüncü günü ilkindi namazına qədər, kişi, qadın hər kəs, camaatla və ya tək, 23 vaxt fərz namazdan sonra salam verər verməz, “Allahümmə əntəssələm...” demədən əvvəl bir dəfə vacib olan təşrik təkbirini söyləmək, yəni, “Allahü əkbər, Allahü əkbər. La ilahə illallahü vallahu əkbər, Allahü əkbər və lilləhil-həmd” demək lazımdır.

Məsciddən çıxdıqdan və ya danışdıqdan sonra, təşrik təkbirini oxumaq lazım gəlməz. (Haləbi)

2- Zilhiccənin ilk doqquz günü oruc tutmaq savabdır; lakin Arəfə günü oruc tutmaq daha çox savabdır. Hədisi şəriflərdə buyuruldu ki:

“Arəfə günü oruc tutana, Adəm əleyhissalamdan, Sura üfürülənə qədər yaşamış bütün insanların sayının iki misli qədər savab yazılar. [R. Nasıhin]

 “Arəfə günü tutulan oruc, keçmiş və gələcək ilin günahlarına kəffarə olar. [Müslim] [Yəni Arəfə günü tutulan oruc, keçmiş və gələcək bir ildə edilən tövbələrin qəbul olmasına faydalı olar]

“Arəfə günü [Bəsmələ ilə] min İxlas oxuyanın günahları bağışlanıb duası qəbul olar. [Ebuşşeyh]

“Arəfə günündən üstün bir gün yoxdur. O gün Allahu təala, yer üzündəkilərlə fəxr edərək göydəkilərə, “Ey göy əhli, qullarıma baxın, rəhmətimə qovuşmaq və əzabımdan qaçmaq üçün uzaq yerlərdən gəldilər...” buyurar. Arəfə günü Cəhənnəmdən o qədər çox qul azad edilər ki, başqa günlərdə bu qədər azad olmaz. [Gunyə]

“Arəfə günü, qulağına, gözünə və dilinə sahib olan bağışlanar. [Tabərani]

“Şeytan, Arəfə günündən başqa bir gündə daha zəlil, alçaq və kinli görünməz. [İ. Malik]

“Allahü təala, Arəfə günü qullarına nəzər edər. Zərrə qədər imanı olanı bağışlayar. [Gunyə]

“Arəfə nə gözəl gündür. O gün rəhmət qapıları açılar. [Deylemi]

      İbadət olaraq elm öyrənmək ən fəzilətlisidir. Bu gecə elm olaraq, əhli-sünnətə uyğun elmi-hal oxumalıdır.

3- Bu günü fürsət bilib dua etməli! Hədisi şərifdə buyuruldu ki:

“Duanın fəzilətlisi, Arəfə günü edilənidir. [Beyhəqı]

4- Arəfə gününü ibadətlə, Allahü təalanı xatırlamaqla və təfəkkürlə keçirməyə, insanlara yaxşılıq etməyə çalışmalıyıq! Hədisi şəriflərdə buyuruldu ki:

“Arəfə gününə hörmət edin! Arəfə, Allahü təalanın qiymət verdiyi bir gündür. [Deyləmi]

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину