• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Tərviyə günü

      Zilhiccə ayının 8-ci gününə Tərviyə günü deyilir. O gün Hacılar Məkkədən Minaya çıxarlar. Tərviyə deyilməsinin səbəbi Hacıların o gün Zəmzəm  suyundan çox içib doymalarıdır. Tərviyə təfəkkür mənasında da istifadə edilir.

     İbrahim əleyhissəlam, Zilhiccə ayının 8-ci gecəsi yuxusunda “Öz oğlunu kəsdiyi vəziyyətdə” gördü. Səhər olanda “Yuxu şeytanidirmi, Allah tərəfindəndirmi?” deyə tərviyə və təfəkkürə dalıb, o günü təfəkkürlə keçirdi. Arəfə gecəsi olduğunda ona”Əmr olunduğun şeyi yerinə gətir” buyurulanda, Allahü təala tərəfindən olduğunu başa düşdü. Bildiyi üçün o günə Bilmək mənasına gələn Arəfə, deyildi. Arəfə Zilhiccənin 9-cu günüdür. Başqa günlərə Arəfə deyilməz.

      Hədisi-şəriflərdə buyuruldu ki:

      “Bir Müsəlman, Tərviyə günü (Arəfə günündən bir gün əvvəl) oruc tutarsa və günah söyləməzsə, Allahü təala onu əlbəttə Cənnətə qoyar”

       “Rəhmət qapılar 4 gecə açılır. O gecələrdə edilən dua, tövbə rədd olunmaz. Ramazan və Qurban bayramının 1-ci gecələri, Bəraət və Arəfə gecəsidir” 

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину