• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Peyğəmbər Əfəndimizin mövludu

    Dünyadakı bütün insanlara peyğəmbər olaraq göndərilən, peyğəmbərlərin sonuncusu və ən üstünü Muhamməd əleyhissəlam 571-ci il aprel ayının 20-də (rəbiül-əvvəl ayının 12) səhərə yaxın Məkkə Mükərrəmədə dünyaya gəlmişdir. Hər peyğəmbərin ümməti öz peyğəmbərinin doğum gününü bayram etmişdir. Bu gün də Müsəlmanların bayramıdır. Sevinc və şənlənmək günüdür. Dünyadakı müsəlmanlar tərəfindən hər il bu gecə Mövlud kandili olaraq qeyd edilməkdə, hər yerdə Mövlud qəsidələri oxunaraq Rəsulullah xatırlanmaqdadır. Mövlud doğum zamanı deməkdir.

    Rəsulullah əfəndimiz Mövlud gecələrində Əshabi kirama ziyafət verər, dünyaya təşriflərini və uşaqlıq zamanındakı şeyləri anladırdı. Həzrəti Əbu Bəkr də xəlifə ikən Əshabi kiramı toplayar, Rəsulullah əfəndimizin dünyaya təşriflərindəki heyrətamiz hadisələrdən söhbət edərdi. 

    Bu gecə Rəsulullahın doğum zamanında görülən hadisələri, möcüzələri oxumaq, dinləmək, öyrənmək çox savabdır. Peyğəmbər əfəndimizi tərif edən müxtəlif mövlud qəsidələri vardır. Məşhur olan və Türkiyədə sıx-sıx oxunan mövlud qəsidəsini Süleyman Çələbi 15-ci əsrdə yazmışdır. Mövludu-şərif oxumaq Rəsulullahın dünyaya gəlişini, meracını və həyatını anlatmaq, Onu xatırlamaq, Onu tərif etmək deməkdir. Mövlud gecəsi Qədir gecəsindən sonra ən qiymətli gecədir. Bu gecə Peyğəmbər (sallallahu aleyhi və səlləm) əfəndimiz doğulduğu üçün sevinənlər bağışlanır.

     Hədisi-şəriflərdə buyuruldu ki:

    “Bir mömin məni ana və atasından, övladlarından və hər kəsdən daha çox sevmədikcə, onun imanı kamil olmaz”

     “Bir şeyi çox sevən əlbəttə onu çox xatırlayar”

     “Peyğəmbəri anmaq, xatırlamaq ibadətdir.”

     Bu gecə çalğı və başqa haram şeylər qarışdırmadan Allah rizası üçün mövlud toplantısı etmək, mövlud qəsidəsi oxumaq, salavatı-şərifə gətirmək, şirin şeylər ikram etmək, xeyrat və ehsanlar etmək, beləcə bu gecənin şükürünü etmək müstəhəbdir. Digər mübarək gecələrdə olduğu kimi bu gün də Quranı-kərim oxumaq, qəza namazı qılmaq, sədəqə vermək, dua etmək, Cənab Haqdan əfv və bağışlama diləmək lazımdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину