Facebook Twitter WhatsApp

Hicri yeni il

MƏHƏRRƏM AYININ FƏZİLƏTİ

Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və Quranı-kərimdə qiymət verilən 4 aydan biridir. Məhərrəm ayının birinci gecəsi Müsəlmanların qəməri yeni il gecəsidir. Hicri Qəməri Təqvimdə, Muhamməd əleyhissəlamın Məkkədən Mədinəyə hicrət etdiyi il başlanğıc qəbul edilir. Məhərrəm ayının 1-i olan Qəməri yeni il, miladi 622-ci ilin iyul ayının 16-na təsadüf edən Cümə günü idi.

   Müsəlmanlar yeni il gecələrində və günlərində salamlaşaraq, telefonla və ya məktub yazaraq təbrikləşirlər. Bir-birini ziyarət edər və hədiyə verirlər. Yeni il mətbuat və qəzet elanları ilə təbrik edərlər. Yeni ilin bir-birilərinə və bütün Müsəlmanlara xeyirli və bərəkətli olması üçün dua edərlər. Böyükləri, qohumları, alimləri evində ziyarət edib, dualarını alarlar. Bu gün də bayram kimi təmiz geyinib, kasıblara sədəqə verirlər. Məhərrəmin ilk 10 gün və gecəsi mübarək gün və gecələrdir.

      Məhərrəm ayının ilk günü və Aşura günü oxunan dua:

    Əlhamdulillahi Rabiil aləmin. Vəssəlatu vəssələmu alə seyyidinə Muhammədin və alə əlihi və sahbihi əcmaın.

    Allahümmə əntəl əbədiyyul kadim, əl-hayyul kərim, əl-hannan, əl-mənnan. Həzihi sənətün cədidətün. əs-əlükə fihəl-ismətə minəşşeytanirracim, vəl avnə alə həzihinnəfsil-əmmarəti bissuuil vəl iştiğalə bimə yukarribüni iləykə, yə zəl-cələli vəl-ikram, birahmətikə yə ərhamarrahimin. Və sallallahü və səlləmə alə seyyidinə və nəbiyyinə Muhammədin və alə əlihi və sahbihi və əhli beytihi əcməın.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину