Facebook Twitter WhatsApp

Aşura gecəsi və günü

    Bu gün Məhərrəm ayının doqquzuncu günüdür. Məhərrəmin onuncu gününə “Aşura günü”, doqquzuncu günü ilə onuncu günü arasındakı gecəyə “Aşura gecəsi” deyilir. Məhərrəm ayı Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. Aşura gecəsi bu ayın ən qiymətli gecəsidir. 
    Hədisi-şəriflərdə buyruldu ki:

   “Aşura günü zərrə qədər sədəqə verənə Allahü-təala Uhud dağı qədər savab verər” (Şira)
 “Aşura gününün orucu, bir illik keçmiş günahlara kəffarədir.” (Müslim)
    “Allahü-təala Aşura gününü üstün qılmışdır. Allahü-təala göyləri, yeri, dağları, dənizləri, ulduzları, Ərşi və mələkləri, Adəm əleyhissəlamı Aşura günü yaratdı. İbrahim əleyhissəlam dünyaya gəlişi və Nemrudun atəşindən qurtuluşu Aşura günü oldu. İbrahim əleyhissəlama oğlunun yerinə kəsmək üçün böyük qoç bu gün ehsan edildi”. (Tabərani)
    Adəm əleyhissəlamın tövbəsinin qəbulu, Nuh əleyhissəlamın tufandan qurtulması, Fironun boğulması, Yaqub əleyhissəlamın oğluna qovuşması, Eyyub əleyhissəlamın xəstəlikdən qurtuluşu, Yunus əleyhissəlamın balığın qarnından çıxması, İsa əlehyissəlamın göyə çıxarılması... hamısı Aşura günü olmuşdur.

Allahü təala bir çox duaları Aşura günündə qəbul edər. Bu gün aşura bişirməyi ibadət hesab etmək bidətdir, günahdır. Muhamməd əleyhissəlamın etdiyi və ya əmr etdiyi şeyləri etmək ibadət olar. Din kitablarının yazmadığı, həqiqi din alimlərinin bildirmədiyi şeyləri etmək savab olmaz, günah olar. Bu gün hər hansı bir şirniyyat bişirmək, tanışları ziyarət etmək, kasıblara sədəqə vermək sünnətdir, ibadətdir. Bu günlərdə oruc tutmaq çox savabdır. Yalnız onuncu günü deyil, bir gün əvvəlki və ya bir gün sonrakı günlə birlikdə tutmaq lazımdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину