Facebook Twitter WhatsApp

Fərqli ictihad

Sual: Bir şey bir məzhəbdə bir ibadəti pozarkən digər məzhəbdə pozmur. Yaxud, bir şey bir məzhəbdə halal ikən digər məzhəbdə haram ola bilər. O şey Allah qatında haramdırsa, halal deyən məzhəbin hökmüylə əməl edənlərin vəziyyəti necə olar? Sabah axirətdə ondan haram işlədiyi soruşulmayacaqmı?
CAVAB
Bəli, soruşulmayacaq. Müctəhidlərə bu səlahiyyəti, yəni ictihad səlahiyyətini Allahu-təala və elçisi vermişdir. Allahu-təalanın göndərdiyi dinlərdə də belə fərqli hökmlər vardır. Məsələn, Adəm əleyhissalamın dinindəki bir xüsus halal ikən daha sonrakı dinlərdə bu haram edilmişdir. əksi də olmuşdur. Heyvanların daxilindəki yağ Musa əleyhissalamın dinində haram ikən daha sonra halal edilmişdir. Spirtli içkilər mübah ikən islam dinində haram edilmişdir. Haqq məzhəblərin arasındakı fərqlər haqq dinlərin arasındakı fərqə bənzəyir. Məzhəblərin, müctəhidlərin fərqli hökmdə olmalarını dinimiz əmr etmişdir. İki hədisi-şərif tərcüməsi:
«Ümmətimin [müctəhid alimlərinin əməldəki] ixtilafı [məzhəblərə ayrılması] rəhmətdir». [Beyhəki, Münavi, İbni Nəsr, Deyləmi]

«Əshabım göydəki ulduzlar kimidir. Hansına tabe olsanız, hidayətə çatarsınız. Əshabımın ixtilafı [fərqli ictihadları] sizin üçün rəhmətdir». [Təbərani, Beyhəki, İbni Əsakir, Xatib, Deyləmi, Darəmi, Münavi, İbni Adiy]

Hər biri müctəhid olan əshabi-kiramın da, digər müctəhidlərin də fərqli ictihadları rəhmətdir. Müctəhid ictihadında isabət etməsə belə, yenə savab alar. Onun isabət etməmiş olan ictihadıyla əməl edən də xilas olar. Bir hədisi-şərif tərcüməsi:
«Müctəhid ictihadında isabət etsə, on; isabət etməzsə, bir savab alar». [Buxari, Əbu Davud, İbni Macə, İ. Əhməd]

Əshabi-kiramdan Əbu Səid Hüdri rəvayət edir:
Səfərdə iki adam su tapa bilmədikləri üçün təyəmmüm edərək namazlarını qılırlar. Sonra vaxtın içində suyu tapınca biri öz ictihadına görə dəstəmaz alıb namazını iadə edir, digəri də öz ictihadına görə iadə etmir. Vəziyyət Rəsulallaha deyildikdə hər ikisini də uyğun hesab edib belə buyurur:
«Namazı iadə etməyən sünnəyə uyub isabət etdi. Dəstəmaz alıb iadə edən də iki savab aldı». [Nəsai, Əbu Davud]

Göründüyü kimi, Peyğəmbər əfəndimiz ikisinə də səhv deməmiş, ikisinin də savab qazandığını bildirmişdir. Müctəhidlərin ictihad etmələri və öz ictihadlarına uyğun hərəkət etmələri lazım olduğu kimi, müctəhid olmayanların da tabe olduğu məzhəb imamının bildirdiyinə uymağı şərtdir.

İslam dinində qadağan olan, lakin daha əvvəlki dinlərdə qadağan olmayan bir şeyi «Necə olsa, digər dinlərdə haram deyildi» deyə işləyən haramdan xilas olmaz. Öz məzhəbində haram olan bir şeyi də “Necə olsa, digər haqq məzhəbdə haram deyil” deyərək etməsi caiz olmaz.

Ancaq bir zərurət və ya bir ehtiyac varsa, onda digər məzhəblərdən birinin hökmünə uyaraq onu təqlid edə bilər. Budur, dörd haqq məzhəbin müsəlmanlar üçün rəhmət olması da bu deməkdir. Məsələn, dəstəmaz alarkən istəmədən boğazına su qaçıran kimsə orucunu qurtarmaq üçün Hənbəli və ya Şəfii məzhəbini təqlid edə bilər. Evləndiyi xanımın süd qardaşı olduğunu öyrənən kimsə evliliyini qurtarmaq üçün digər üç məzhəbdən birini təqlid edə bilər. Hənəfidə bir dəfə əmməklə süd qardaşı olarkən digər üç məzhəbdə beş dəfə doymaq şərtiylə əmməlidir. Bunlar məzhəblərdəki rəhmət olan xüsuslara nümunədir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину