• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Bir zındıq saytı

Sual: Yalnız Quran deyən və Vəhhabilərin də tərəfini tutan bir zındıq saytında, Övliya bütü heç bir zaman heç kimin yardımına gəlmədi! Bütün Övliya və kəramət nağılları cəfəngiyatdır. Nəqşilik, Qadirilik şirkdir. Bəhaddin Nəqşibəndi və Abdülqadir Qeylani kimi təriqət şeyxləri və onların təriqətlərini davam etdirənlər müşrik olduğu kimi, Əbu Hənifə, İmam Şafi və digər məzhəb imamları və onlara tabe olan məzhəb mənsubları da müşrikdir. Təriqət də, məzhəb də şirkdir deyilir. Belə deyənlərin özləri müşrik olmurmu?
CAVAB
Təriqət də, məzhəb də yol deməkdir. Yolun doğrusu da, əyrisi də olur. Məzhəbsizlik də bir yoldur. O zaman şirk olmayan yol yox deməkdir. Minlərlə alim və övliya şəxslərin Qurani-kərimdən anlayıb çıxardıqları yol şirk olursa, bəs məzhəbsizlərin anladıqları niyə şirk olmur?

Kəramətə inanmamaq Qurani-kərimdəki ayələrə inanmamaqdır. Bu isə şirk və dinsizliyin əlamətidir. Möcüzəni də, kəraməti də yaradan Allahü təaladır. “Allah, Övliyaya kəramət göstərə bilməz” demək də şirkdir.
Qurani-kərimdə Allahü təala tərəfindən yaradılan kəramətləri bildirən ayələrdən bəziləri bunlardır:
Həzrəti Süleymanın vəziri Asəf iki aylıq məsafədəki Belkisin taxtını göz açıb-yumuncaya qədər gətirdi. Həzrəti Süleyman, Haza min fadlı Rəbbi = Bu Rəbbimin bir lütfüdür dedi. [Nəml 40] Həzrəti Süleymanın vəziri peyğəmbər olmadığı halda bu kəraməti göstərmişdir. Kəraməti inkar etmək bu ayəni, bu hadisəni inkar etməkdir, yəni şirk və dinsizlikdir.

Qurani-kərimdə bildirilir ki, bir şəxsin səbətindəki bişmiş ölü balıq canlandı. (Kəhf 63Bu şəxsin Xızır olduğunu söyləyən alimlər də vardır. Bu açıq-aşkar bir kəramətdir. Necə inkar edilə bilər?
Həzrəti Məryəm peyğəmbər deyildi. Ərsiz uşaq doğdu və məbəddə yaşayar, yeməkləri kəramətlə hər zaman yanında hazır olardı. Bir ayəti-kərimə məalı:
“Xurma budağını özünə doğru silkələ, təzə xurma tökülsün.” [Məryəm 25]

Həzrəti Zəkəriyyə Həzrəti Məryəmin yanında təzə meyvələri gördükdə heyrət edərdi. Bir ayəti-kərimə məalı:
“Rəbbi Məryəmə hüsnü-qəbul göstərdi; onu gözəl bir bitki kimi yetişdirdi. Zəkəriyyə onun yanına, məbədə hər gəldiyində orada bir ruzi görər, “Ey Məryəm, bunlar sənə haradan gəlir?” deyər, o da: “Bunlar Allah tərəfindəndir” deyə cavab verərdi.) [Ali İmran 37]

Həzrəti Məryəm validəmizin bu kəramətləri necə inkar edilə bilər? Hansı məzhəbsizə təzə ruzilər gəlir?
Əshabı-Kəhf adlanan saleh kəslər yeyib-içmədən, 309 il yuxuda qaldıqdan sonra oyanmışdılar. Bir ayəti-kərimə məalı:
“Budur, bu Allahın qüdrətini göstərən dəlillərdən biridir. Yuxuda ikən sən onları oyaq zənn edirdin.” [Kəhf 17, 18]

Bunları edən Allahü təaladır, amma o şəxslərin kəraməti olur. Kəraməti inkar etmək, Allahın qüdrətini inkar etmək deməkdir. Bu xariqə hadisələr peyğəmbərin əlində olarsa möcüzə, Övliya şəxsin əlində olarsa kəramət, kafirdə olarsa sehr deyilir.

Kəramət Qurani-kərimdə bildirildiyi kimi hədisi-şəriflərdə də bildirilmişdir. Bunlardan biri belədir:
“Qəlbləriniz təmiz olsaydı, siz də mənim eşitdiklərimi eşidərdiniz.” [İ. Əhməd, Tabərani] Bu hədisi-şərifdəki kimi qəlbi təmiz olan Həzrəti Ömərin bəzi kəramətləri görülmüşdür. (Ş. Nübüvvə)
Yenə bir hədisi şərif:

“Keçmiş ümmətlərin içərisində vaqe olmasından öncə bəzi qeybləri xəbər verən kəramət əhli şəxslər var idi. Ümmətimdən Ömər də onlardandır.” [Buxari, Müslim]

Allahü təala, dilədiyinə kəramət verər, qeybi bildirər və o da qeybdən xəbər verər. (Əvarif-ül-məarif)
Abdülqəni Nablüsi həzrətləri buyurdu ki: Övliyalığı, kəraməti inkar etmək, dinin bir hökmünü inkar etmək kimi küfrdür. Övliya şəxslər və Peyğəmbərlər, nə qədər yüksək olarsa olsun quldur. Xariqənin, kəramətin hasil olmasında qulların heç bir təsiri yoxdur. Hər şeyi yalnız Allahü təala yaratmaqdadır. Ancaq Allahü təala, Peyğəmbərlərini və Övliya qullarını başqa qullarından üstün tutmuş, başqalarına vermədiyi kəramət və möcüzə kimi xariqələri, nemətləri bu şəxsiyyətlərə ehsan etmişdir. (Hadiqa)
Əsri-səadətdəki insanların imanı qüvvətliydi. Kəramətlə imanlarının qüvvətlənməsinə ehtiyac yox idi. Daha sonra gələnlərin imanı zəiflədi. İmanlarının qüvvətlənməsi üçün kəramətə ehtiyac oldu. Onun üçün daha sonra gələn Övliyalarda kəramət çox görüldü. (Şəvahid-ün-nübüvvə)

Əshabı-kiramdan bir neçə nümunə göstərək:

Həzrəti Əbu Bəkir vəfat edəcəyi zaman, “Ey Aişə, bir oğlumla iki qızım sənə əmanətdir” dedi. “Atacan, mənim bir bacım var. Digəri haradadır?” deyə soruşduqda, “Xanımım hamilədir” dedi. Vəfatından sonra bir qızı dünyaya gəldi. (Şəvahid)

Həzrəti Ömər, Mədinədə xütbə oxuyarkən, İrana göndərdiyi ordu məğlub olmaq üzrə ikən, bu halı görüb komandirə, “Ey Sariyə, arxanı dağa ver” buyurdu. O da dağa yanaşdı və zəfərə qovuşdu.  (Cami-ul-kəramət, Qisası-ənbiya, Şəvahid, İrşad-üt-talibin)

Həzrəti Əli, vəfat edəcəyi zaman, “Tabutumu Arneynə aparın, orada işıq saçan bir qaya görəcəksiniz. Məni oraya dəfn edin!” buyurdu. Elə də etdilər, buyurduğu kimi tapdılar. (Şəvahid)
Həzrəti Osman, yanına gələn bir nəfərə, “Gözündə zina əsəri var. Bir qadına baxmısan” buyurdu. O kimsə, “Haradan bildin?” dedi. Həzrəti Osman da, “Möminin fərasətindən qorxun, o, Allahın nuru ilə baxır” hədisi-şərifini bildirdi. (Buxari) (Cami-ul-kəramət)

Həzrəti Ömərin oğlu Abdullah, insanların yolunu kəsən aslana, “Dərhal uzaqlaş” deyə hirsləndikdə, aslan quyruğunu sallayaraq uzaqlaşdı. İbni Ömər həzrətləri, “Rəsulullah əlbəttə doğru söyləyir” deyərək, “Allahdan qorxandan hər şey qorxar” hədisi-şərifini bildirdi. (Hakim)
Həzrəti Hubeyb, əsir edildikdə, yanına gələnlər, onun qarşısında təzə üzüm görərdilər. (Buxari)
Avn ibn Abdullah günəşin altında yatarkən bir bulud üzərinə kölgə salardı. (Əbu Nuaym)

Övliyanın kəraməti ənbiyanın möcüzələrinin davamıdır. Bu ümmətin Övliyasından hasil olan kəramətlər də Peyğəmbər əfəndimizin möcüzəsidir. (Hüccətullahi aləl aləmin)

Sehrlə, kafirlərin necə xariqə şeylər göstərdikləri, Qurani-kərimdə bildirilir. “Yalnız Quran” deyənlər Qurani-kərimə inanmadıqları üçün bunları inkar edirlər. Şeytanın bu cür çoxlu xariqələr göstərdiyi yazılıdır. Necə olur ki, kafir xariqə göstərir, amma Övliya göstərə bilmir?

Kafirlərdən birinin bir anda şərqdən qərbə gedib gəldiyini kitablar bildirir və inanırıq. Bu kafir hər kəsin bildiyi İblisdir. Bu kafirə verilən şey, Allahü təalanın sevgili qullarına nə üçün verilməsin? Bunu yaxşı düşünmək və insaflı danışmaq lazımdır. (Əs-Sivad-ül azam)

İmam Süyutu həzrətləri deyir ki: Kəramətin iyirmi ikincisi, Övliyanın müxtəlif insan şəkillərində görülməsidir. (Təbəqət-ül-Kübra)
Əhli-sünnət alimləri, Məryəm surəsinin, [Cəbrayıl, Məryəmə] insan şəklində göründü” məalindəki 16-cı ayəsindən, Övliyanın ruhlarının müxtəlif şəkillərdə görüləcəyini anlayıb, bu ayəni dəlil olaraq bildirmişdirlər.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину