Facebook Twitter WhatsApp

Vəzifəmi görəcəm

     Çox kibirli, qürurlu bir hökmdar var idi. Bir gün ölkəsini gəzmək istədi. Xidmətçilərinə sərt-sərt əmrlər verməyə başladı “Paltarlarımı gətirin”, “Atımı hazırlayın”, “Yollarımı açın”.

     Bəzəkli ata, bəzəkli paltarlarla mindi. Atın üstündə gedərkən qürurundan, təkəbbüründən yanında yan-yana gedənlərə belə baxmırdı. Yanına yaxınlaşmaq istəyəndə, onlarla maraqlanmırdı. “Uzaqlaşdırın onları” deyə əmr edirdi. Günün birində qarşısına yamaqlı, lakin təmiz paltarlı yaşlı bir nəfər çıxdı. Dərhal əmr etdi “Uzaqlaşdırın su qocanı”.

     Bir az sonra eyni ixtiyar atın yüyənindən tutub dedi ki “Ey məğrur hökmdar, səninlə mütləq görüşməliyəm” Yanındakılar uzaqlaşdırmayanda məcbur olub soruşdu “De görüm dərdin nədir” “Ehtiyacımı gizli olaraq deməliyəm” qoca dedi. Əyilib qulağına belə dedi “Mən Əzrailəm, vəzifəmi görməliyəm”.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину