Facebook Twitter WhatsApp

Vəsiqəsiz imarətdə oturmaq

    Bir gün bir qadın Bəlh padşahına gəlib, “Mən seyidəyəm, uşaqlarım var, bizə qalmaq üçün bir ev ver” deyər. Padşah, “Sübutun varmı” deyə soruşduqda, qadın hirslənib bir atəşpərəstə gedər. Ona da eyni şeyləri söyləyər. Atəşpərəst, əlbəttə, deyər. “Həzrəti Muhammədin nəvələri gəlsin mən də boş yola salım. Al sənə ev, al sənə xidmətçi” deyər.

    Bəlh padşahı o axşam yuxusunda Peyğəmbər əfəndimizi görər, imarətlər görər. Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanına gəlib. “Ey Rəsulallah, bu imarətlər kimindir” deyər. O da, “Müsəlmanların” buyurar. Bəlh padşahı, “Mən də Müsəlmanam” dəyəndə, Rəsulullah əfəndimiz butun varmı” buyurar.

     Bu yuxudan Bəlh padşahı oyanar. Bəlh şəhərində o seyidə xanımı axtarar və Atəşpərəstin evində tapar. Bəlh padşahı Atəşpərəstə “Mən ona ev verəcəm” deyər. Atəşpərəst, “Gecdir artıq” deyər. Mən bu seyidə xanım gəlincə müsəlman oldum. O gecə yuxumda Rəsulullahı gördüm. Cənnətdə Müsəlmanların imarətləri var idi. Peyğəmbərimiz, “Bu imarətlər müsəlmanlarındır, sübut da lazım deyil, keç bu imarətlərdə otur” dedi. Səni də gördüm nə olmuşdusa, saçını başını yolur, sübut-sübut deyə qıvrılırdın. Səhər yuxumu danışdığım xanımım və uşaqlarım da hamısı müsəlman oldular.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину