Facebook Twitter WhatsApp

Qanuni Sultan Süleyman xanın sandıq vəsiyyəti

Qanuni Sultan Süleyman xan, vəfat etdiyi zaman yerinə yetirilməsini istədiyi bir vəsiyyəti var idi. Bu vəsiyyət, şəxsinə aid xüsusi, kiçik bir sandığın məzarda yanında dəfn edilməsi idi.

Həyatı səfərlərdə keçən Sultan Süleyman, yenə bir səfərdə ikən vəfat etdi. Cənazəsi İstanbula gətirildikdən dərhal sonra dəfn işlərinə başlandı. Bu vəsiyyəti üzərinə sandıq meydana çıxarıldı və hazır saxlanıldı.

Böyük hökmdarın cənazə mərasimində şübhəsiz bütün dövlət ərkanı hazır idi. Şeyxülislam Ebussuud əfəndiyə, Sultan Süleymanın belə bir vəsiyyəti olduğu deyildi. Ebussuud Əfəndi “Əsla, belə bir vəsiyyəti yerinə yetirə bilmərik, dini mübinə, yəni İslama uyğun olmaz” dedi.

Nəhayət vəsiyyətin yerinə yetirilməməsi qərarlaşdırıldı. Kiçik sandıq məzara qoyulmadı, amma içində nə var idi, dünyanın ən böyük hökmdarının məzarına qoyulmasını istədiyi şey nə idi? Hər kəsi bunun marağı narahat etmişdir. Bu vəsiyyət yerinə yetirilmədiyinə görə sandıq açılmalıydı. Belə ki, elə də edildi. Sandığın içi, Sultan Süleyman Qanuninin edəcəyi işlərin, verəcəyi qərarların dinə uyğun olub olmadığı haqqında Şeyhülislamdan aldığı fətvalarla dolu idi. Bunun üzərinə Ebussuud Əfəndi, “Hey böyük Sultan, sən Allah yanında özünü təmizə çıxardın, məsuliyyəti bizə yüklədin, biz necə bunun altından qalxacağıq görəsən” deyə ağladı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину