Facebook Twitter WhatsApp

Nəfsinə pay verməyənin mükafatı

Cüneydi Bağdadi həzrətləri ordu ilə bir səfərə qatılmışdı. Ordu başçısı ona bəzi qiymətli hədiyyələr göndərmişdi. O da istəməyərək alıb, hamısını səfərə qatılan qazilərə payladı. Ertəsi gün, “Nə üçün onları qəbul etdim” deyə öz-özünü qınamağa başladı. Bu sıxıntı ilə bir gün yatıb, yuxusunda, Cənnətdə çox bəzəkli köşklər gördü. “Bunlar kimindir?” deyə soruşdu. Deyildi ki:

“Qazilərə mal ilə yardım edənlərin.”

Onlara dedi ki:

“Mənə də bir şey var mı?”

Ən gözəl və böyük olan imarəti göstərib; “Bax bu sənindir” dedilər. O; “Başqalarından üstün tutulmağımın və ən yaxşısının mənə verilməsinin səbəbi nədir?” deyə soruşduqda, dedilər ki:

“Onlar mallarını savab gözləyərək verdilər. Bu səbəblə verilən saraylar, ona görədir. Sən isə, o malı qəbul etməklə səhv bir iş etməkdən qorxaraq, nəfsini hesaba çəkərək payladın. İbadətlərində, yaxşılıqlarında nəfsinə pay verməyənin, onu danlayıb hesaba çəkənin mükafatı da əlbəttə fərqli olur.”

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину