Gözəl İslam / Hüzura qovuşmaq üçün

Hüzura qovuşmaq üçün

Dünya və axirət yaxşılıqlarına, rahatlıq və hüzura qovuşmaq üçün birinci olaraq doğru bir iman sahibi olmaq lazımdır. Doğru bir imana qovuşmaq üçün, Əhli sünnət etiqadını öyrənmək və inanmaq gərəkir.


İkincisi, insanların səadəti üçün lazım olan şey, dinin əmr və qadağalarını öyrənməkdir. Dinimizdə bildirilən halalı, haramı və digər xüsusları öyrənmək və buna uyğun hərəkət etməkdir.


Üçüncüsü, qəlbin pisliklərdən təmizlənməsi və nəfsin tərbiyə edilməsidir. Nəfs həmişə pislik etmək istəyər. Onun bu istəklərindən qurtulmaq və Allah sevgisini qəlbə yerləşdirmək üçün təsəvvüf alimlərinin əsərlərini oxuyub, əməl etmək gərəkir.

Bir kimsə doğru imana qovuşar, dinin əmrlərini sevə-sevə yerinə yetirərsə, ənbiyaya, övliyaya və məlaikəyə bənzəyər və onlara yaxınlaşar. Eyni cinsdən olan şeylər bir-birini çəkdiyi kimi onlar tərəfindən yanlarına çəkilər. Çox böyük bir maqnitin bir iynəni çəkməsi kimi onu yüksəkliklərə çəkib, Cənnətə qovuşmasına səbəb olarlar.


Mənən yüksəlmək, dünya və axirət səadətinə qovuşmaq bir təyyarənin uçmasına bənzədilərsə, iman ilə ibadət bunun gövdəsi və motoru kimidir. Təsəvvüf yolunda irəliləmək də bunun enerji maddəsi, yəni benzinidir. Təsəvvüfün iki qayəsi vardır: Birincisi, imanın yerləşməsi və şübhə gətirən təsirlərlə sarsılmaması üçündür. Ağıl ilə, dəlil və isbat ilə qüvvətləndirilən iman belə sağlam olmaz. Allahu təala buyurdu ki:

“Qəlblərə imanın yerləşməsi ancaq və yalnız zikr ilə olur.” [Rad, 28]

Zikr, hər işdə, hər hərəkətdə Allahu təalanı xatırlamaq, Onun rizasına uyğun iş görmək deməkdir. İkinci qayəsi, ibadətlərdə asanlıq, ləzzət hasil olması üçün, nəfsdən meydana gələn sıxıntıların aradan qalxmasıdır. İbadətləri asanlıqla, sevə-sevə yerinə yetirmək və günah olan işlərdən də nifrət edib uzaqlaşmaq, ancaq təsəvvüf elmini öyrənib, bu yolda irəliləmək ilə mümkündür.

13-02-2023, 15:14
Geri