Dinimizdə Uğursuzluq Yoxdur

Bir şeyin, bir günün və ya bir yerin uğursuz hesab edilməsi, Yəhudilikdə vardır. Xristianlıqda da 13 rəqəminin uğursuzluq gətirdiyinə inanırlar. Dinimizdə isə bir şeyi uğursuzluğa yozmaq yoxdur. Lakin, “Bu iş və ya bu ev mənə uğursuz oldu” kimi sözləri söyləməkdə qüsur yoxdur. Hədisi-şəriflərdə buyurulur ki:

“Müsəlmanlıqda uğursuzluq [bir şeyi pisə yozmaq] yoxdur.” (Məktubatı Rəbbani 3/41)

“Bir şeyi uğursuzluğa yozma, xeyrə yoz! Sizdən biriniz, xoşuna gəlməyən uğursuzluq zənn etdiyi bir şey görüncə, belə desin: “Ya Rəbbi! Yaxşılıqları verən, pisliklərin qarşısını alan edən ancaq sənsən. La havlə vələ qüvvətə illa bikə. (Beyhəqı)

“Yumşaq rəftar uğurluluq (yaxşılıq), sərt davranmaq uğursuzluq (pislik) gətirər.” (Haraiti)

“Uğuru (xeyiri) və uğursuzluğu (şəri) ən çox olan üzv dildir.” (Tabərani)

“Pis xasiyyət uğursuzluq gətirər.” (Tabərani)

Keçmişdə, Ərəbistanda səfərə çıxarkən, bir quş uçurdardılar. Quş sağa uçsa, uğurlu sayıb, yola davam edərlər, quş sola uçsa, uğursuz sayıb geri dönərdilər. Peyğəmbər əfəndimiz bunu qadağan edib buyurdu ki:

“Quşlara toxunmayın, yuvalarında qalsın!” (İ. Maverdi)