Facebook Twitter WhatsApp

Abdullah ibn Süheyl

Bədirdə atasına qarşı döyüşən səhabə.

     Abdullah ibn Süheyl ilk Müsəlman olanlardandır. İkinci Həbəşistan hicrətinə qədər Müsəlman olduğunu gizlədi. Sonra Həbəşistana hicrət edən karvanda o da iştirak etdi.  Həbəşistandan qayıtdıqdan sonra atası tərəfindən həbs edilib, işgəncə edilmiş,  Müsəlmanlıqdan imtina etməyə məcbur edilmişdi. Bu səbəbdən çox şiddətli əziyyət və çətinliklərə məruz qaldı. Çarəsiz qalaraq atasının sözünə tabe olmuş kimi göründü. Əslində, istəməyərək imanını gizləmişdi.

    Peyğəmbərimizin və Müsəlmanların çoxu Mədinədə bir araya gəlmişdilər, gün keçdikcə güclənməkdə və vəziyyətləri yaxşı olmaqda idi.

İşinə yaramışdı

    Məkkə müşrikləri bunu bir cür həzm edə bilmirlər və ən qısa zamanda  Müsəlmanları və İslamiyyəti yox etmək istəyirdilər. Bu səbəbdən Bədir Müharibəsinə böyük bir intiqam ehtirası ilə hazırlanmışdılar. Bu Abdullah ibn Süheylin işinə yaramışdı. Bədəni müşriklər arasında, amma ruhu  Rəsulullah və Müsəlmanlarla birlikdə idi. Şirk və küfür ordusu arasında olmaq istəmirdi, amma  Rəsulullaha qovuşmaq üçün bir müddət səbr edəcəkdi.

     Bu arada atası onu tez-tez yoxlayır, lakin Abdullah ibn Süheyl, iç dünyasında olub bitənləri, ruhunda yaşadığı və daddığı ləzzəti atası və ətrafındakılara əsla hiss etdirmirdi.  Günlər belə keçdi. Atası onda qəribə bir vəziyyət, İslamiyyətə dair bir əlamət görmədiyi üçün artıq onun haqqında bir şübhəsi qalmamışdı.

    Halbuki o, onların çirkli və insanlıqdan uzaq dünyasından, Rəsulullahın Cənnət misalı  hüzurlarına, onun mübarək söhbətlərinə, Müsəlmanların o səadət və xoşbəxtlik dünyasına  necə qovuşacağının planlarını qurmaqda idi.

    Abdullah ibn Süheyl sanki başqa aləmdə yaşamaqda,  müşriklərdən çox-çox uzaqlarda idi. Onun vəziyyətindən heç kimin xəbəri yox idi. Müşriklərin Müsəlmanlardan bir neçə qat çox olan küfr və şirk ordusu Bədirə çatmış, bütün təchizatı yerləşdirmiş, müharibəyə hazır vəziyyətə gəlmişdi. Qarşılıqlı tək-tək vuruşmalar bitmiş, iki ordu bir-birinə girmişdi.  Hərb çox  qızışmışdı.

Haqqımda xeyirli etdi

    Abdullah ibn Süheyl üçün tam zamanı idi. İslam ordusu tərəfinə keçə bilərdi. Fürsəti qaçırmadı və Müsəlmanların tərəfinə keçdi. Beləliklə, günlərdən bəri xəyalı ilə yaşadığı dünyanın içinə  girmişdi. İndi başqa bir hava ilə tənəffüs etməyə başlamışdı. Bu, ruhlara həm qida və həm də şəfa olan bir hava idi. O, Allahu təalanın sevgilisinin yanında onunla yan-yana cihad edirdi. Nə böyük səadət idi. Qiyamətə qədər xeyirlə, dua ilə xatırlanacaqların arasına girmişdi.

Atası Süheyl onun bu hərəkətinə çox hirslənmiş və  ağır sözlər söyləmişdi. Abdullah isə atasına, “Allahu təala bunu mənim haqqımda çox xeyirli etdi” deyə cavab verdi.  Abdullah bu əsnada 27 yaşında idi.

    Abdullah ibn Süheyl artıq yerində dayana bilmirdi. Aslanlar kimi, şirk ordusunun üzərinə atıldı. Sanki əvvəlki Süheyl deyildi. Digər Səhabəyi-kiram kimi o da qəhrəmancasına döyüşdü. Sonunda müşriklərin şirk ordusu pərişan oldu. Abdullahın atası da əsir düşmüş, daha sonra fidyə ilə xilas olmuşdu.

    Abdullah ibn Süheyl Bədirdən sonra Ühüd və Xəndək  hərblərinə qatılmış, Hüdeybiyyə andlaşmasında da iştirak etmişdi. Ancaq bu andlaşma əsnasında gördüyü mənzərə onun qəlbinə bir xəncər kimi batmış və çox kədərlənmişdi. Çünki bu andlaşmada Məkkəli müşrikləri atası Süheyl  təmsil etmiş və andlaşmaya “Allahın Rəsulu”  ifadəsinin yazılmasına etiraz edərək  demişdi ki:

— Biz sənin  Rəsulullah olduğunu qəbul etsəydik səninlə döyüşməzdik.

Müsəlmanları üzmüşdü

Onun bu kobud hərəkətləri Abdullahı çox üzmüşdü. Rəsulullah əfəndimiz onun bütün şərtlərini qəbul etmişdi. Andlaşma imzalanmadan əvvəl olan bir hadisə də bütün Müsəlmanları üzmüş, Rəsulullah əfəndimiz də qəmli olmuşdu.

Çünki, Abdullah ibn Süheylin kiçik qardaşı Əbu Cəndəl Müsəlman olmuşdu. Bu səbəbdən Məkkədə zəncirə vurulub, həbs edilmişdi. Ancaq bir yolunu tapıb qaçmış,  Hüdeybiyyə andlaşması imzalanarkən, özünü Rəsulullahın mübarək ayaqlarının dibinə ataraq demişdi ki:

— Məni qurtar ya Rəsulallah!

Ancaq müşriklərin təmsilcisi olan atası Süheyl oğlunu orada görəndə, Əbu Cəndəli boynundan tutub dedi ki:

— Ya Muhamməd!  Andlaşmamız üzərinə  mənə geri verəcəyin insanların ilki budur!

Rəsulullah əfəndimiz onu təslim etmək istəməmişdi. Ona görə də Süheyl  israr etdi:

— O zaman andlaşmanı imzalamaram!

Ancaq Rəsulullah bu andlaşmanın edilməsini bir çox səbəbdən istəyirdilər. Bütün tələblərə baxmayaraq müşriklər təkliflərindən imtina etmədi.

Əbu Cəndəlin, atasına təslim edilərkən söylədiyi sözlər, bütün Müsəlmanların gözlərini yaşartmışdı. Başlanğıcı Müsəlmanların əleyhinə kimi görünən Hüdeybiyyə andlaşması,  daha sonra,  Müsəlmanların lehinə nəticə vermiş, Allahu təala Quranı-kərimdə bu andlaşmanı, Fəthi möbin deyə  vəsfləndirmişdir.  Əbu Cəndəl həzrətləri də  sonralar xilas olmuş,  sağ-salamat  Mədinəyə  qayıtmışdı.

Hüdeybiyyə andlaşmasından iki il sonra, Abdullah ibn  Süheyl  Məkkənin fəthində də iştirak etdi.  Məkkə fəth edilmiş,  öldürüləcək olanların siyahısı edilmişdi. Bunların arasında  Abdullah ibn Süheylin atası  da vardı.  Atasına dözə bilməmişdi.

Mən də şəhid olsaydım

            Atasının öldürülməməsi üçün çalışdı. Vəziyyət Rəsulullaha ərz edildi. Rəsulullah əfəndimiz Həzrəti Abdullahın bu istəyini qəbul etdi. Atasına bir amannamə verildi. Daha sonra atası Süheyl ibn Amr  Müsəlman oldu.  Səhabəlik şərəfinə nail oldu.  O qədər ixlaslı bir Müsəlman oldu ki, Rəsulullahın  axirətə təşrifləri əsnasında  danışmaları ilə, bir çox kimsənin dindən dönməsinə  mane oldu.

Abdullah ibn Süheyl Yəmamədə Cəvaş müharibəsində şəhid olmuşdu. Həzrəti Əbu Bəkir, Qureyş və Məkkənin irəli gələnləriylə birlikdə, oğlunun şəhadəti səbəbiylə atası Süheylə başsağlığı vermişdilər.  Oğullarına hər cür işgəncəni daha əvvəl etmiş olan Süheyl dedi ki:

— Kaş ki, mən də şəhid olaydım. Rəsulullah əfəndimiz mənə  şəhidin  ailəsindən 70 adama şəfaət edəcəyini bildirdi. Mən oğlumun məndən əvvəl kimsəyə şəfaət etməyəcəyini ümid edirəm. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину